Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə76/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

316

ərəblərin adına bərpa etdi.Ərəblər Şərq ölkəsi katolikosunun sarayını

dağıtmadılar və bu saray indiyə qədər qalmaqdadır.

ON DÖRDÜNCÜ FƏSİL

Yepiskop Stepannosun bizanslılara səfəri və Şərq

ölkəsinə tapılmayan kitabların gətirilməsi. Onun vəfatı

və Allahın cəzası.

  Elə bu zaman gənc yaşlı, lakin savadlı və müqəddəs Kitabın

mahir şərhçisi Sünikli Stepannos yaşayırdı.

46

 Bir dəfə o, erməni



diofizitləri başçısı Smbatla mübahisəyə girişdi, lakin onu inandıra

bilməyib bizanslıların yanına getdi. Orada Stepannos bir xaçpərəst

zahidlə tanış olub şagird kimi onun yanında qaldı. Amma həmin

Smbat Bizans imperatoruna

47

 xəbər verdi ki, “Stepannos adlı bir



dönük buradan sənin ölkənə gedib filan zahidin yanında qalır”.

İmperator çox qəzəbləndi və Stepannosu öz sarayına çağırtdırdı.

Zahid ona məsləhət gördü ki, o, özünü imperatora yurdsuz bir yetim

kimi təqdim etsin. Bunu eşidə Stepannos ona dedi: “ Mən səndən




317

xahiş edirəm ki, mənim üçün kitab sandıqlarını açsınlar”.

Orada Stepannos qızılı işlənmiş cildli din haqqında kitab tapır

və onu imperatora təqdim edir.Kitabla taniş olduqdan sonra

imperator Stepannosu Romaya göndərir ki, orada həqiqi dinə aid üç

başqa kitabı gətirsin və bu kitablara isnadən o, öz ölkəsini həqiqi

dinə çevirsin. Amma Stepannos bu kitabları götürüb imperatorun

əmrinə baxmayaraq Konstantinopola yox, Dəbil şəhərinə gedir ki, bu

kitabların əsasında orada camaata dərs versin. Burada onu Sünik

knyazları Babgenlə Kürdoyun xahişilə Sünikin yepiskopluğuna

seçdilər. Lakin bir il yepiskop olduqdan sonra onu Mozu əyalətində

öldürdülər. Deyirlər ki, onu öldürən şəhvətli qadın olub. Stepannosun

cənazəsini Ərkəzən kəndinin sovməəsinə gətirdilər, sonra da Tanahat

vənginə apardılar.

 Bəxtiyar Stepannosun Romadan bu üç dini kitabı gətirməsi

Sünikin yepiskopluğunu yerli kilsənin üçüncü dərəcəsinə

qaldırmışdı.

Stepannosun ölümündən sonra o, Nuh adlı bir zahidin

yuxusuna girdi. Stepannos ətəyi dolu qanla Xilaskarın qabağında

durub deyirdi: “İlahi buna bax və qoy Sənin ədalətli hökmün icra

olunsun!” Zahid vilayət əhalisini Allahın qəzəbi haqqında

xəbərdarlıq edib hamıdan tələb edirdi ki, səylə ibadət etsinlər. Birdən

Mozu  əyalətinə  səmalardan  dəhşətli  zülmət  endi.  Qırx  gün

kəsilmədən yer əsdi və on minə yaxın adam yerin içində yox oldu.

Buna görə buranın adını “Fəryad dərəsi” qoydular (“Vayos dzor”)

48.


.


318

ON BEŞİNCİ FƏSİL

Stepannosun  kitablarında İlion şəhərinin

dağılması və Roma şəhərinin tikilməsi barəsində hekayə

tapılıb

  İlion şəhəri

49

 Adil Abdanın vaxtında belə alınmışdı. Bu şəhər



Avropada Axey ölkəsində olub Peloponesə yaxın və Makedoniyadan

qərbdə idi. O zaman hələ yunanların çarları yox idi və ölkəni

knyazlar idarə edirdilər. İlion elə böyük şəhər idi ki, yer üzündə onun

tayı- bərabəri yox idi.

O zaman şəhər knyazlarından olan bir gənc əyləncə üçün

Makedoniyanın şərqində yerləşən Fessalonika şəhərinə gedir və onu

şəhər əyanları qəbul edir. Burada o, bir əyanın qızına vurulur və onu

şirnikləndirərək İliona qaçır.

Qızın ata – anası bunu bilən kimi bu barədə İlion sakinlərinə

xəbər verirlər, lakin onlardan çox kobud cavab alırlar. Onların cavabı

Fessalonika camaatının hüzurunda oxundu və hamını intiqam hissi

bürüdü. Bütün ətrafda yaşayanlar köməyə çağırıldı. Onlar böyük




319

qoşun toplayıb on beş il ərzində İlionla müharibədə oldular və bütün

ölkəni dağıtdılar. Onlar şəhəri ala bilməyib, hiyləyə  əl atdılar və

İliona nümayəndələrini göndərib barışıqdan söhbət açdılar: “İlionun

ilahiləri çox əzəmətlidir, buna görə də qüvvələrimiz zəiflədi. Gəlin

gələcək naminə sülh bağlayaq, aramızda dostluq yaradaq və  İlion

ilahilərinə nəzir gətirək”.

İlion camaatı onlara inandı.  Fessaloniklilər isə ağacdan iki

min içi boş at timsalları hazırlayıb içlərinə qırx minə yaxın silahlı

döyüşçü yerləşdirdilər. Atlara qızıl və gümüşdən üz çəkərək onları

arabalara yükləyib bu məhvedici hədiyyələri şəhər qapılarına

çatdırdılar. Burada carçı xəbər verdi: “ Budur, İlion ilahilərinə

hədiyyələr gəlib!”

Bu atların hündürlüyü doqquz dirsək idi və onları  şəhər

qapılarından keçirmək mümkün olmadı. Buna görə  şəhər divarının

bir hissəsini sökməli oldular.

Təyin olunan vaxtda döyüşçülər atların içindən çıxıb divar

yarığından şəhərə girərək bütün qoca və gəncləri qılıncdan keçirdilər.

Qadınları isə əsir edib öz gəmilərinə apardılar ki, Asiyadan ölkələrinə

qayıtsınlar. Amma qəflətən şərq küləyi əsdi və gəmiləri 2500 mil

kənara aparıb İtaliya adlanan özgə ölkənin sahilinə çatdırdı. Buradan

onlar öz ölkələrinə qayıtmaq istəyəndə  əsir aparılan qadınlar

gəmilərin hamısını yandırdılar. Fessaloniklilər məcbur olub bu

yerlərdə qaldılar və  əsir qadınlarla evləndilər. İllər keçəndən sonra

onlar öz aralarından Romul adlı birisini başçı seçdilər. O, dəniz



320

sahilindən 25 mil kənarda bir şəhər saldırdı və ona Roma deyib öz

adını verdi. Beləliklə də, romalılar xalq kimi dünyaya gəldi.

Bu əhvalat İlionun alınmasından 441 il sonra baş vermişdi.

Bundan qırx dörd il sonra Filipp Romada çar oldu.

Romanın salınmasından min il sonra imperator Konstantin

50

öz taxtını oradan Bizantiona köçürdü. İndi bu şəhərin adı



Konstantinopoldur.

51

ON ALTINCI FƏSİL



Erməni təqviminin 200-cü ilindən sonra

Albaniyada cərəyan edən hadisələr

  O illərdə kobud və rəhmsiz cənub xalqının zülmü yer üzünün

hər tərəfinə yayılıb atəş kimi bəşəriyyətin bütün gözəlliyini və

şöhrətini yandırmışdı. Müqəddəs Yaqubun dediyi kimi: “ Budur,

hakim qapıda durub”

1

,  dəhşətli  saat,  amansız  və  ədalətli  gün



yaxınlaşır. Beləliklə, vəhşiləşmiş Həcər oğulları, İsmayıl nəsli (

ərəblər) yer üzünün bütün sərvətlərinə malik oldu, dənizlər də, quru

da Dəccəl sələflərinə tabe oldu.

Albaniyamızda da böyük mərhumiyyətlər baş verdi, çünki

ərəbləralban knyazlarının qohumlar arasında olan murdar nigahları

üzündən paytaxt şəhəri olan Bərdəni əllərindən almışdılar. Öz

1

 İncil. Yaqubun risaləsi, V. 9.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə