Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə84/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   77   78   79   80   81   82   83   84   85

386

Aşağıdakı göstərilənlər isə Çolada patriarx olanlar idi;

Zəkəriya

6

,



Davud,

Müqəddəs İohann

7

,

İyeremiya



8

.

  Lakin erməni təqviminin başlandığı ildə (11 iyul 552- 10 iyul



553 – cü il) onlar katolikosluq taxtını Bərdəyə köçürmüş və ona

patriarx olaraq müqəddəs ata Abbası  əyləşdirmişdilər. Abbas

katolikosluğu 23 il idarə etmişdir.

9

 Qədim albanlarda məktubun ünvanını aşağıdakı qaydada



yazmaq adəti vardı: “Albaniyanın, Lpinkin və Çolanın

katolikosundan...”

Müqəddəs ata Viro, 33 il idarə etmişdir, müqəddəs ər,

xeyirxahlıqda  məşhur idi – erməni təqviminin 75- ci ili (23 iyun 626

– 22 iyun 627- ci il).

10

  Müqəddəs ata  Zəkəriya, müqəddəs və nöqsansız ər, 17 il.



11

  Müqəddəs ata  İohann, 25 il.

12

  Müqəddəs ata  Uxtanes, 12 il.



13

 Müqəddəs ata  Yeliazar, 6 il, o, Allah tərəfindən arxiepiskop

rütbəsindən təyin edilmişdi – erməni təqviminin  137 – ci ili ( 7 iyun

668 - 6 iyun 689 – cu il).

14

  Müqəddəs ata  Nerses, 15 il. O, Xalkedon küfrünün tərəfdarı idi.



15

  Müqəddəs ata Simeon, 1.5 il.

16



387

  Müqəddəs ata  mikayıl, 35 il. Erməni təqviminin 190 – cı ili ( 25

may 741 – 24 may 742 – ci il).

17

  Müqəddəs ata Anastas, 4 il.



18

  Müqəddəs ata Yusif, 15 il.

19

  Müqəddəs ata  Davud, 4 il.



20

  Digər bir müqəddəs ata  Davud, 9 il. Erməni təqviminin 225 – ci ili

( 16 may 776 – 15 may 777 –ci il).

21

  Müqəddəs ata Matte (os), 1.5 il.



22

  Müqəddəs ata  Harun, 2 il.

23

Müqəddəs ata Movses, 1.5 il.



24

Müqəddəs ata  Solomon, 1/2 il.

25

Müqəddəs ata  Teodoros, 4 il. Erməni təqviminin 234 – cü ili



( 14 may 785 – 13 may 786 – cı il).

26

Müqəddəs ata  Solomon, 11 il.



27

Müqəddəs ata  Yovhannes, 25 il.

28

Müqəddəs ata  Movses, 1/2



29

Müqəddəs ata  Davud, 28 il.

30

Müqəddəs ata  Yovsep, 22 il.



Erməni təqviminin 327 – ci ili ( 21 aprel 878 – 20 aprel 879 –cu il).

31

Müqəddəs ata  Samuel, 15 il.



32

Müqəddəs ata  Yovhan, 8 il.

33

Müqəddəs ata  Simeon, 21 il.



34

Müqəddəs ata  Davud, 35 il. Erməni təqviminin 378 – ci ili ( 8 aprel

929 – 7 aprel 930 –cu il).

35



388

Müqəddəs ata  Sahak, 25 il.

36

Müqəddəs ata  Qaqik, 10 il.



37

Müqəddəs ata  Davud, 6 il.

38

Müqəddəs ata  Petros, 12 il.



39

 O, hələ sağlığında taxtdan əl çəkmiş

Və  Parisosun  rahibi  olan  müqəddəs  ata  Movsesi  öz  varisi  təyin

etmişdi.


40

 Movsesdən sonra isə patriarxlıq taxtına mömin və

müqəddəs ata Markos əyləşmişdi.

41

  Markosdan sonra patriarxlıq taxtını müqəddəs ata Yovsep



42

,

ondan sonra başqa bir müqəddəs ata Markos



43

, daha sonra müqəddəs

ata Stepannos

44

 tutmuşdur, sonra da müqəddəs ata Yovhannes



tuitmuşdur.

45

 Sonra Müqəddəs ata Stepannos gəlir. O, gənclik illərində



katolikosluğa cəlb olunmuş və patriarx kimi il yarım çalışmışdır.

46

Onun ölümündən sonra Albaniya ölkəsi 8 il patriarxsız qalmış



47

 və


bu müddət ərzində orada katolikos olmamışdır. Həmin müddətdə

Albaniyada başqa vilayətdə ruhanilik etməli olan adamları katolikos

seçirdilər. Bu dövrdə müqəddəs yağın miqdarı o qədər azalmışdı ki,

uşaqları adi su ilə xaç suyuna çəkir və üstünə cüzi miqdarda adi sirkə

yaxırdılar.

  Lakin 8 il keçdikdən sonra, daha doğrusu, erməni təqviminin

588 – ci ilində (15 fevral 1139 – 14 fevral 1140 – cı il) Erməniyyə

katolikosu olan müqəddəs ata patriarx Qriqorisin nəslindən olan

Ərzurum yepiskopu Sahak

48

 – məşhur Davud vardapetin



49

  şagirdi,

ölkəmizin vardapeti Qriqorun təşəbbüsü ilə və onun xahişinə  əməl



389

edərək öz adamları ilə birlikdə Erməniyyədən Albaniya ölkəsinə

gəldi. İndi müqəddəs ata Sahak bu Albaniya ölkəsinə gəldikdə

hamını çar Kurikenin oğlu çar Abbas Baqratuninin

50

 evinə, öz yanına



çağırtdırdı. O da hamını Tovuz adlanan qalada onun ətrafında

topladı. Buraya ( aşağıdakı) müqəddəs ərlər və yepiskoplar cəm

olundu: çar Abbasın qardaşı çar Davud, Kurikenin oğlu, onların

qardaşı müqəddəs ata Stepannos

51

, Davud vardapetin



52

 şagirdi Sərkis

vardapet; Gəncə arxiyepiskopu Qriqor; Sərkis vardapetin şagirdi

yepiskop Sahak; Koqt vilayəti və  Şamxor şəhərinin

53

 yepiskopu



Stepannos; Şəmirəməcor

54

yepiskopu Sərkis; Kabr



55

 yepiskopu

Manuel; Hamşi Vank

56

 keşişi Sərkis. Bu yığıncağın başında



Erməniyyə katolikosunun baş yepiskopu müqəddəs ata Sahak, habelə

tərki – dünya və müqəddəs vardapet Sərkis dururdu.

  Beləliklə, onlar gurultulu mərasim və təntənəli ibadə  şəraiti

rəhmətə getmiş Albaniya katolikosu müqəddəs ata Stepannosun

qardaşı oğlu Qriqori Albaniya katolikosluğuna layiq gördülər.

57

Həmin məclis günü Tre ayında ( erməni təqviminin 27 Tre 588 –ci ili



(11 iyun 1130 –cu il) İşıqlı Dirilmə günü), Müqəddəs Ruhun zühur

günü ilə bir gtünə düşdü.

  Bundan sonra nümayəndələrin hər biri öz evinə qayıtdı. Sonra

İslaholma bayramı günündə (30 iyul 1139 – cu il) yenidən hamı

Katolikosi Kar (Katolikos Qayası)adlı qayaya toplandı. Bu dəfə

yuxarıda adlarını çəkdiyimiz yepiskoplar, vardapetlər, müqəddəs

atalar, habelə başqa vardapet və ruhanilər əvvəlkindən çox gəlmişdi.



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə