Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə82/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   77   78   79   80   81   82   83   84   85

341

idi. Katolikos Movses yarım il kürsüdə oturdu. Katolikos Davud

iyirmi səkkiz il kürsüdə oturdu. O, Qəbələ yepiskopluğundan

seçilmişdi. O, Şəki hökmdarının  qanunsuz nigahına xeyir – dua

vermişdi. Hökmdarın qardaşı ondan soruşmuşdu: “ Ağam, haradan

gəlirsən?” O, cavab vermişdi: “ Qardaşımın evindən”. Onda knyaz

Davuda belə demişdi: “ Qoy sənin xeyir – dua verən dilin qurusun və

heç vaxt dillənməsin! Qoy sənin sağ əlin qurusun!” Bunu deyən kimi

dililə  əli qurudu və o, ölümünə qədər sağalmadı. Katolikos Yovses

iyirmi beş il kürsüdə oturdu. Böyük Kolmank yepiskopluğundan

seçilmişdi. Onun katolikosluq dövrünün üçüncü ilində erməni

təqviminin üç yüzüncü ili tamam oldu.

125

  Katolikos Samuel on yeddi



il kürsüdə oturdu. Böyük Kolmank yepiskopluğundan idi. O

katolikosluğu özü mənimsəmişdi, sonra erməni katolikosu Qeorq

tərəfindən devrilmiş, sonra da yenidən seçilmişdi. Katolikos Yovhan

səkkiz il yarım kürsüdə oturdu. O, Erməniyyədə saray keşişi idi.

Qeorq əsir olanda, o, Qeorqun icazəsi olmadan Albaniyaya getdi və

burada katolikos seçildi. Albaniya knyazları pul verib Qeorqu azad

etdikdən sonra

126


, o, əvvəlcə Yovhanı katolikos adından məhrum

etdi. Lakin Alban knyazlarının xahişi ilə qədirbilən Qeorq onun

ikinci dəfə təyinatını təsdiq etdi. Katolikos Simeon iyirmi bir il

kürsüdə oturdu. O da Erməniyyədə saray keşişi olub və Müqəddəs

xaç adına monastırı daha yaxşı bəzədi.Katolikos Davud alrı il

kürsüdə oturdu. O, Parisos vənginin keşişi idi. Katolikos Sahaq on

səkkiz il kürsüdə oturdu. O, Böyük Kolmank yepiskopluğundan idi.



342

Katolikos Qaqik on dörd il kürsüdə oturdu. O, Girdıman

yepiskopluğundan idi. Onun katolikosluq dövrünün dördüncü ilində

erməni təqviminin dörd yüzüncü ili tamam oldu.

127

Katolikos Davud yeddi il kürsüdə oturdu. O, Qəbələ



yepiskopluğundan idi.

Katolikos Davud altı il kürsüdə oturub. Onu katolikosluğa erməni

katolikosu Ananiya təqdim etmişdi.

Katolikos Petros on səkkiz il kürsüdə oturub. O, Girdıman

yepiskopluğundan idi.

Katolikos Movses altı il kürsüdə oturdu. O, Parisos vənginin baş



keşişi idi.


343


344


345


346


347


348


349


350


351


352


353


354


355


356


357


358


359


360


361


362


363


364


365


366


367


368


369


370


371


372


373


374


375


376


377


378


379

MXİTAR  QOŞ

ALBAN

SALNAMƏSİ

M Ü Q Ə D D İ M Ə


380

Qafqaz Albaniyasının VII – X əsrlər dövrü tarixi haqqında

əsas və yeganə mənbə Moisey Kalankatuklunun (Dasxuranlı)

“Ağvan tarixi”dir.

1

 Sonralar  XII  –  XIII  əsrlərdə  baş  verən  hadisələr



haqqında Vardan Arevelsinin, Kirakos Qandzakesinin, İbn əl –

Əsirin və  əl – İsfahaninin tarixi əsərləri məlumat verir. Albaniyanın

XI əsr – XII əsrin əvvəlləri dövründəki tarixinə gəldikdə isə, qeyd

etmək lazımdır ki, bu vaxtadək yerli məbbələrdə bu barədə məlumat

yox idi.

Belə fərz edilirdi ki, həmin dövrün tarixi çoxlu ibrətli hekayə

və təmsillərin, habelə məşhur “Qanunnamə”nin

2

 müəllifi Mxitar Qoş



tərəfindən yazılmalı idi. T. İ. Ter – Qriqoryan da göstərirdi ki, Mxitar

Qoş M. Dasxuranlının bitirmiş olduğu dövrdən başlamaqla davam

etdirmək istəmişdir. “Lakin Qoşun başladığı  əsər öz orjinalındaca

tamamlanmamış qaldı”.

3

  T.  İ.  Ter  –  Qriqoryan  da  göstərirdi  ki,



Mxitar Qoş M. Dasxuranlının yazdığı tarixi davam etdirməyə

başlamış, lakin bu işi başa çatdırmamışdır.

4

  

1901-ci  ildə  F.  Alişan



5

tərəfindən nəşr edilmiş erməni mətni və 1958 –ci ildə Ç. F. Dovset

6



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə