Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə83/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   77   78   79   80   81   82   83   84   85

381

tərəfindən dərc olunmuş ingilis mətni nəzərə alınmazsa, demək olar

ki, Mxitar Qoşun “Alban salnaməsi”nin mətni bu vaxta qədər dərc

edilməmişdir.

Venesiyada San Lassaro mxitaristlərinin monastırında

saxlanılan 1237 nömrəli və “Bizim Bzommar Ümmulilahə”nin uniat

monastırında mühafizə olunan 8 nömrəli əlyazmalarının mətnlərini

tutuşduraraq Ç. Dovset bu nəticəyə gəlmişdir ki, həmin əlyazmaları

bu vaxta qədər ya itmiş, yaxud da heç yazılmamış hesab edilən

Mxitar Qoşun “Alban salnaməsi” mətninin özüdür.

1

1237 nömrəli əlyazmasının belə bir sonluğu vardır: “Bizi



Qanunlar Kitabını ( Qanunnaməni – Z. B.) bu hissədə yarımçıq

qoymağa məcbur edən Xilaskarımız İsaya və onunla birlikdə Ruhani

Ataya və Müqəddəs Ruha eşq olsun! Lakin biz qısa sonluğu

yazmaqdan qabaq “Qanunlar Kitabı” burada sona yetir” – dedikdə də

bu, həmin kitabın sonu deyildi; biz, ehtimal ki, işimizi hissə - hissə

davam etdirmək üçün fasilə verməyi qərara almışdıq. Həm də

yazmağı elə davam etdirmək istəyirdik ki, bizdən başqa yazmaq,

həmçinin  nəyi isə  əlavə etmək istəyənlərə mane olmayaq. Təsis

olunmuş bütün qanunları yazmağa başladığımız ildə xaricdən deyil,

ağır bir yük kimi üzərimizə düşən ölkə daxilindəki təqiblər üzündən

bu salnamənin tərtib edilməsi işi dayandırıldısa da, biz həmin

salnaməyə alban katolikoslarının siyahısını da daxil etməyi lazım

bildik...”

1

Ç. Dovset, s. 473- 474.




382

8 nömrəli əlyazmasının sonluğu belədir: “ “Biz Qanunlar

Kitabı” ilə birlikdə öz əlyazmamıza burada yazılmağı müvafiq hesab

etmədiyimiz kiçik salnamə də yazırıq... Biz patriarxların siyahısını

(Moisey Dasxuranlının) Albanlar tarixinin axırından başlayıb (indiki)

Albaniyaya qədər, həm də başqa hadisələrlə birlikdə, özü də

gördüyümüz və haqqında eşitdiyimiz qaydada yazırıq...”

Mxitar Qoş 1130-cu ilə yaxın Gəncə  şəhərində anadan

olmuşdur. Onun müəllimi vardapet Yovhannes Tavuzski olmuşdur.

Mxitar Qoş vardapet olduqdan sonra Kilikiyada təhsil almışdır.

Gəncəyə qayıtdıqdan sonra Mxitar öz şöhrəti ilə şagirdlərini ətrafına

cəlb etmişdir. Bu şagirdlərdən ikisi – Vardan Aravelsi və Vanakan

Vardapet daha çox məşhur idi. Vanakanın şagirdi Kirakos

Qandzakesinin “ruhani babası” olan  Mxitar Qoş haqqında bildiyimiz

məlumatın böyük bir hissəsi bizə ondan (Qandzakesidən) qalmışdır.

Albaniya katolikosu III Stepannos (təxminən 1155- 1195 – illər)

Mxitar Qoşu sevməyib, onu sıxışdırdığı üçün Mxitar Xaçına gedir və

təxminən 1184-cü ildə Getik monastırında sakin olur. Mxitar  zəlzələ

nəticəsində monastır dağılana qədər orada qalır. Sonralar Xaçın

knyazı Vaxtanqın və onun yaxın adamlarının köməyi ilə Mxitar Qoş

Nor Getik monastırının əsasını qoyur və1213 –cü ildə elə orada da

ölür.


Oxuculara təqdim etdiyimiz bu “ Salnamə”də Mxitar Qoş

Albaniyada 1130-1162-ci illər ərzində, daha doğrusu, Səlcuqilərin

hakimiyyəti dövründə baş vermiş hadisələrin təsvirini verir.



383

Haqqında danışdığımız illər uzun bir dövrü əhatə etməsə də, hər

halda bu müddətdə Albaniyada çox mühüm hadisələr baş vermişdir.

970-ci ildən 1075-ci ilədək Şəddadilər hakimiyyəti altında

olan Gəncəni “Salnamə” yazılan dövr ərəfəsində Səlcuq Məlikşah

onların əlindən almışdı. 1093-cü ildə Gəncə sultan Börküyarığın

qardaşı Məhəmmədin hakimiyyəti altına keçir. Sultan Səncərin

hakimiyyəti dövründə (1118- 1157) Arranın paytaxtı olan Gəncə İraq

sultanının tabeliyində idi. 1139-cü ildə, yəni zəlzələ baş verən il

Gəncədə Azərbaycanın və Arranın əmiri Qara Sunqurun iqamətgahı

yerləşirdi. Qara Sunqurdan sonra əmirlik Çavlıya keçdi ( 1140/1-

1146). Sonradan Arranın hakimi Rəvvadi oldu.

“Salnamə” yarımçıq qalmışdır. Lakin onda verilən azacıq

məlumat da həmin dövrü öyrənən tədqiqatçıya  çox maraqlı material

verir.  “Salnamə” 1237 nömrəli əlyazması  əsasında ingilis dilindən

Azərbaycan dilinə tərcümə edilmişdir.

Mxitar Qoşun “Qanunnamə”sinin də taleyi Moisey

Kalankatuklunun “Alban tarixi”nin taleyinə bənzəyir. Məlumdur ki,

Mxitar Qoşun başlıca əsərinin adı “Datastanagirk”, yəni

“Qanunnamə”dir və onu müəllif təxminən 1184-cü ildə tərtib

etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri, nədənsə, əlyazmasında

olmayan “ hayos” sözünü onun adına əlavə etmiş və beləliklə, Qoşun

özünün heç bir zaman yazmadığı yeni qondarma ad: “Datastanagirk

hayos”, yəni “Erməni qanunnaməsi”adını uydurmuşlar.

1

1



384

Məlum olduğu kimi, Qoş bu “Qanunnamə”ni “ Alban çarlığı

kilsələrinin nəcib rəhbəri” Albaniya katolikosu III Stepannosun

dəfələrlə etdiyi xahişinə görə yazmışdır.

1

 “Qanunnamə”yə heç bir



sistem və istiqamət verən xətti olmayan Şərqi Roma imperiyasının

qanunları ilə yanaşı Albaniya kilsə qanunları, “Musanın qanunları”

2

və erməni xalq adətləri daxil edilmişdir ki, bu da “Qanunnamə”nin



erməni hüquqi sənədlərinə aid olduğunu əsla təsdiq etmir.

A L B A N  S A L N A M Ə S İ

  Biz siyahıya həmçinin alban katolikoslarını da daxil etməyi lazım

bildik. Burada onları yekunlaşdırıb, (aşağıda göstərdiyimiz qaydada)

hamısının  siyahısını  əldə  edə  bilərik.  Biz  onların  adını,  əvəla,  bu

1

2



385

prinsipə müvafiq olaraq yazırıq və digər tərəfdən siyahını elə tutarıq

ki, alban sülaləsi haqqında tam hesabat verən Moisey Dasxuranlının

yazmış olduğu tarixi davam etdirmək istəyən hər kəs buradan

patriarxların siyahısını asanlıqla götürə bilsin. Həmin adam bu

tarixdə yalnız tarixdə yalnız haqqında onun (Moiseyin) yazmış

olduğu adamların adını tapa biləcəklər. Bu, çox faydalı bir siyahı

olacaq, çünki o zamandan indiyə qədər ( bu barədə) heç kim

yazmamışdır; ( ehtimal ki,) gələcəkdə kim isə ( bu haqda yazmaq)

həvəsinə düşər.

  Aşağıda həmin siyahını veririk:

  Müqəddəs ata Yelisey – Qüds şəhərindən gəlmiş patriarx

  Müqəddəs  Şuphalişo,

  Matte (os),

 Sahak,

 Karen


2

,

 Pand,



 Lazar. O, Bəqaməckdə

3

 Hazarapatı və müqəddəs Pantaleon



kilsəsini tikdirmişdir. O, bunları Allah – təaladan ona vəhy gələndən

sonra bina etmişdi.

   

Müqəddəs  Yegişedən  müqəddəs  Qriqora  qədər  300  il



keçmişdir. Sonradan albanlar ermənilərin müqəddəs Qriqorisi xahiş

edib istəmişdilər. Müqəddəs Qriqoris 15 yaşında patriarxlığa seçılmiş

və katolikos olduğu zaman barbarlar tərəfindən öldürülmüşdür.

4

 Bu,



Roma tarixinin 101-ci ili idi ( eramızın 348-ci ili)

5

.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə