Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə74/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

308

ölkəsinə qayıtdı. Bundan sonra o, Şərq ölkəsini Taciklərə (ərəblərə)

təslim edib vergiləri də yalnız onlara göndərirdi.

Həmin Varaz – Tiridatın hakimiyyəti dövründə Albaniyada

dəhşətli aclıq oldu və adamlar bu haqda belə bir əfsanə

qoşmuşlar:“Mən Şakaşen vilayətindəki Kaku çölündə gizlənmiş bir

darıyam. Yanımdan bir çox müştəri keçirdi, amma mənə əhəmiyyət

verməyib almaq istəmirdilər. İndi isə yaxşı günlər günlər gəldi, çünki

padşahlıq mənim Aclıq adlı qardaşımdadır. İndi mən knyaz Varaz –

Tiridatın və katolikos Yeliazarın

19

 daim yemək masalarındayam.



Məni yeyəni isə qan aparırdı. Onları təqsirləndirməyin!”

Albaniya knyazı Varaz – Tiridatın Qaqik və Vardan adlı

oğulları  əvvəl romalıların əlində girov saxlanırdılar, sonra isə

imperator qəzəblənib onları on iki il həbsdə saxladı. Bunun səbəbi

onda idi ki, ataları  Şərq ölkəsini ərəblərə təslim etmişdi. Romalılar

imperatoru Yustianın ölümündən sonra onun yerinə gələn erməni

mənşəli Bardanes Filipikos

20

 xatırladı ki, zülmətli zindanda qalanlar



var. O əmr etdi ki, onları dözülməz əzablardan xilas etsinlər. Lakin

onların gözləri zülmətdə o qədər ağır vəziyyətə düşmüşdü ki, onları

işığa çox ehtiyatla çıxarırdılar. İmperator onlara hədiyyələr verib

vətənlərinə göndərdi. Qaqika isə  əlavə olaraq Kainatın məşəli olan

həyatverici xaçın hissəciyini bağışladı. Vətənə qayıdan kimi Qaqik

bu böyük hədiyyəni Albaniya katolikosu Mikayıla verdi və onun

əmrilə albanlar Allah xaçını dikəltdilər. Onun üzərində belə bir yazı

var idi: “ Rəbbimiz İsa, bu xaçın üstündə bizim xilas olmağımız




309

naminə könüllü çəkdiyin əziyyəti yadına sal! Səndən qorxanlara bu

verdiyin xaçı qəbul et! Mənim, Albaniya katolikosu Mikayılın

günahlarını bağışla, ölkəmiz Albaniyaya rəhmin gəlsin və bizi bütün

məşəqqətlərdən xilas et ki, Sənin zühurun günündə biz Sənin sağ

qolunda oturmağa layiq olaq. Bundan başqa dua edirəm ki, bəndən

Qaqikin, onun bacısı Məryəmin və böyük zərgər Varazonun

21

günahları bağışlansın”.



ON BİRİNCİ FƏSİL

Albaniya katolikosu Mikayıl yaxın qohhumların

evlənməsinin  qadağan edilməsi üçün qurultay çağırır

  Albaniyanın katolikos kürsüsünü Simeondan sonra otuz beş il

ərzində müqəddəs Mikayıl tutmuşdu. Onun katolikosluğunda

Albaniya knyazları arasında yaxın qohumlar arasında evlənmə baş

vermişdi: Varazmanın nəvəsi Vaxtanq oğlu Varazo həmin

Varazmanın nəvəsi olan Vardanuhi ilə evləndi. Katolikos Mikayıl

onları kilsədən uzaqlaşdıraraq dedi:“Bunu etməyə ixtiyarınız yoxdur,

çünki hər ikiniz bir babanın nəvələrisiniz!”

Lakin Varazo öz xətərli niyyətinə nail olmaq üçün gürcülər

katolikosu Taliyaya müraciət etdi və ondan bu nigaha xeyir – dua

istədi. Və bu haqsız Talila belə qərara gəlir: “Əgər siz mənim

məzhəbimdənsizsə, onda xoşbəxt olun. Lakin albanların adətlərinə




310

razısınızsa, onda özünüz bilərsiniz”.

Belə vəziyyətdə Albaniyanın katolikosu Mikayıl öz kilsəsinin

qurultayını çağırır və məclisə ermənilərin məşhur olan Makenos

vənginin  keşişi  Solomonu  da  dəvət  edir.  Hamılıqla  Şamxorun  Berd

vəngində toplaşıb, onlar yekdilliklə Varazonun nəslini

lənətləndirdilər. Elə həmin vaxt onun evinə  ərəblər basqın edib bir

oğlunu anasının qucağında parçaladılar, ikinci oğlunu isə mindiyi

atın yəhərindən salıb ayaqları ilə öldürdülər.

Qurultay iştirakçıları gürcülər katolikosu Talilaya məktub

göndərdilər: “ Nəyə görə sən, Antakiyada toplaşmış

22

 və Samosatlı



Paveli

23

  kilsədən kənar etmiş müqəddəs havarilərin şagirdlərinin



qəbul etdikləri qanunları pozursan? Axı onlar “ heç kəs özünə

qohumlarından arvad almasın” adlı qanunu qəbul ediblər. Bu haqda

müqəddəs Afanasinin

24

 də “ bu evlənmə yox, pozğunluqdur” hökmü



var. Yenə bu barədə müqəddəs Vasilinin

25

 də fikri var. Buna görə də



biz, burada din naminə toplaşanlar, səni bütün dönüklərlə birlikdə

lənətləyib, ədalətli hakim İsanı isə tərənnüm edirik!”



ON İKİNCİ FƏSİL

Albaniya katolikosu Mikayılın – Zaxariyyanın

dilinin tutulması, milad və xaçı suyasalma günü


311

məsələlərində İsanın iki təbiətinə inananların

(diofizitlərin) əleyhinə apardığı araşdırmalar

 Musa peyğəmbər İsrail oğulları üçün ilin yeddinci – tişrin

ayında üç bayram təyin etmiş: ayın birində - Kərənay bayramı

1

,ayın



onunda – Təmizlənmə bayramı

2

və on beşində  - Ağac budaqları



26

bayramı.


3

 Zaxariyyanın dilinin tutulması həmin ayın on yeddisindən

iyirmi ikisinə qədər çəkdi. Sonra o, öz evinə getdi və arvadı

Yelizaveta hamilə olub, Lukanın dediyinə görə “ beş ay bunu

gizlətdi”, “ altıncı ayda isə Cəbrayıl Allah adından bakirə Məryəmin

yanına göndərilmişdir”

4

.

İndi gəlin baxaq, hansı ay altıncı ola bilər? Təqvimə baxıb



müəyyən etdik ki, tişrin ayının iyirmi ikisi Roma təqvimilə oktyabr

ayının doqquzuna düşür. Bu ayın onundan başlayıb altı ay sayıb aprel

ayının yeddisinə düşərik və bu da mələk dediyi kimi, “Yelizavetanın

hamilə olmasının altıncı ayı idi”

5

 Bakirə Məryəmin xəbərdar olması



yəhudi nisan ayının on ikisinə düşür. Bu gündən yanvarın beşinədək

270 gün təşkil edir, bu da doqquz aydır. Bundan sonra da İsanın

miladıdır.

Bu barədə müəllimlərimizin başqa fikirlərinə  də malikik.

Milad,  Zühur  və  Xəbərdar  olunma  kilsə  tərəfindən  bir  bayram  kimi

keçirilir, çünki bu vahid Allahın miladıdır və bu barədə

1

 İncil. Musanın üçüncü kitabı, XXIII, 24.



2

 Yenə orada, XXIII, 27.

3

 Yenə orada, XXIII, 34.



4

 Yenə orada, Lukadan, I, 24, 26.

5

 İncil. Havari İsayyanın kitabı, II, 3.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə