Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə61/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

254

buna görə də ona kömək etdi. Xanım öz əsabələri ilə katolikosun

yanına gedib ondan cəsədin bağışlanmasını xahiş etdi. Bu barədə o,

öz əri, erməni sərkərdəsinə də möraciət edib dedi: “ Mənim ölkəmə

və atalarımın evinə də böyük Qriqorun cəsədinin bir hissəsini verin

və vətənimdən gəlmiş yepiskopun xahişini yerinə yetirin ki, onların

diləklərinə  əməl olunsun və yepiskop da buradan bəxtəvər getsin”.

Və insansevən Allah hər ikisinin ürəyinə razılıq salıb şəhid

Qriqorun çənəsini İsrailə verdirdi. O da istəkli xəzinəni onlardan alıb

ermənilərlə vidalaşdı və özünü Allaha tapşırıb evinə qayıtdı.

İsrail və yanındakılar bir neçə günlük yolu gedərək öz

vətənlərinə gəlib gətirdiyi əmanəti Baş vəngdə rahatlandırdı

220

QIRXINCI FƏSİL

Knyaz Varaz – Tiridatın yepiskop İsrailin Hunlar

ölkəsinə sülh bağlamaq üçün göndərilməsi haqda öz

əyanları ilə müşavirəsi

 Məğrur Məhəmmədin Cənub padşahlığının 62-ci ilində

221

Albaniyanın knyazı Varaz – Tiridat öz qohumları olan əyanlar və



katolikos Yelizarla  məsləhətləşib dedi: “Rəhmsiz Ərəbistan xalqının

üzərimizə qoyduğu vergilər bizi sıxır və ağır vəziyyətə salır. Eyni

zamanda, hunların hər il ölkəmizə etdiyi basqınlar da bizim üçün

dəhşətli fəlakətdir. Buna görə də ölkəmiz ikitərəfli düşmən

basqınlarından talan olub taqətdən düşür. Ey mənim qohum və

sevgilərim, gəlin ölkəmizin yepiskoplarından birini seçib hər iki




255

hökmdarın yanına göndərək ki, bizim sakitliyimiz üçün o. Allahın

köməyi ilə onların hər ikisini sülhə və dostluğa dəvət stsin və biz də

onlar tərəfə qorxu və düşmənçıliıklə baxmayaq”.

Bütün knyazlar və əyanlar onunla razılaşıb elə orada müdrik

və təvazökar Böyük Kolmank vilayətinin yepiskopu İsrailin üstündə

durub, ondan xahiş etdilər ki, hunlar ölkəsinə elçi getsin. İsrail öz

ləyaqətli davranışı və müdrikliyi ilə başqalarından fərqlənib təmasda

olduğu adamların əqlini özünə cəlb etməyi bacarır və Allaha itaət

etməkdə heç bir vəsiyyəti pozmurdu. O dərhal uzaq hunlar ölkəsinə

yola düşmək razılığını verdi. Hunlar üçün hədiyyələr hazırladılar və

onun özünü və onu uzaq səfərdə müşaiyət edənləri ərzaqla təmin

edərək Mehekan ayının on səkkizində yola saldılar. Onlar Firuz –

Qubad şəhərindən çıxaraq Kür çayını keçib Albaniyanın sərhədini

aşdılar və səfərin on ikinci günündə Lpink şəhərinə çatdılar. Şəhərin

bütün əhalisi onları qarşılamağa çıxdı. İsrailə isə yepiskopluq

mənsəbinə və xüsusən, Allahın Xaşaçuran bayramının

yaxınlaşmasına görə böyük hörmət və məhəbbət ərz etdilər.

222

 Onlar


şəhərdə istirahət edib bayramı keçirdilər və sonra yola düşüb

möhtəşəm dağların ətəklərində olan Çilblər ölkəsinə gəkldilər.

223

Burada, Qafqaz dağlarının ətəklərində, şimaldan əsən soyuq qış



küləkləri tezliklə tufana çevrilib onları üç gün yoldan etdi. Onlar

gözlərini açıb heç yollarını da tapa bilmədilər. Həddindən artıq

yorulmalarına, şeytanların qaldırdığı ulaşma və gurultudan dəhşətə

gəlib əldən düşmələrinə  baxmayaraq, onlar daim sayıq qalırdılar.




256

Lakin Allah adamı İsrail bunların heç birindən qorxmayıb Xaçı əlinə

alaraq əmr etdi ki, hamı diz çöküb ibadət etsin. Bundan sonra İsrail

yavaş – yavaş adamları ilə Bərdə Qruak adlanan dağa qalxdı.

Müqəddəs Xaçın qüvvəsi və yepiskopun duaları ilə tufan yatdı və

onlar əzəmətli dağları aşa bildilər. Amma yenə də bir neçə gün nə

günəş göründü, nə də ulduzlar və  şiddətli şaxtadan nəfəs almaq

mümkün deyildi. Onlar taqətdən çox əldən düşmüş halda hələ bir çox

gün yollarına davam etdilər və axırda böyük Qriqorinin nəvəsi,

Albaniyanın katolikosu Qriqorisin şəhid çələnginə layiq görüldüyü

qədim çar iqamətgahına

224


 çatdılar.

Onlar bir neçə gündən sonra Dərbənd yaxınlığında olan Çola

darvazasına çatdılar və burada şəhər əhli onları böyük hörmətlə

qarşılayıb,sonra da ehtiramlayola saldılar.

Uzun səfərlərini davam edərək axırda 40 günlük Pəhriz

bayramı ərəfəsində

225

 gəlib dəbdəbəli Varaçan şəhərinə



226

 şatdılar.

227

İsrailin gəlməsini xəbər alan hunların böyük knyazı onun



qabağına təbriklərlə çıxıb böyük sevinclə qəbul edərək, ona

yepiskopluğuna layiq lazımi hörmət və ehtiram göstərir. Qırxgünlük

Pəhriz bayramının xoş günləri gələndə isə  şəhər əhli İsraili böyük

məhəbbətlə qarşıladı. Onlar ona çox böyük hörmət göstərdilər və

qayğıkeş hunlar knyazı və onun alicənab əyanları bu cəhətdən

fərqləndilər.

Belə təmtəraqlı qəbulu və dostluq münasibətlərini görən

yepiskop İsanın sözlə deyilə bilməyən mərhəmətilə təşəkkürünü




257

bildirdi.

Uzun və yorucu əziyyətlərdən sonra İsrail bir neçə gün

istirahət edir və bu günlər ərzində o, çoxlu küfr eşidib və bədbəxt ,

lakin mehriban xalqın xurafata meylini görürdü. Çoxlu şər və dinin

ikitirəliyini görən İsrailin ürəyi acıyır, özü də kədərlənirdi, çünki

burada elə adamlar var idi ki, özlərini Allaha sitayiş edənlər

adlandırırdılar, lakin həqiqətdə Allah qüvvəsindən üz çevirib başqa –

başqa şeylər uydururdular.

QIRX BİRİNCİ FƏSİL

Yepiskop İsrail öz təbliğatı və nəsihətilə hunları

xaçpərəst dininə çevirir. Onun möcüzələrini görən

hunlar onu itaətlə dinləyirlər

  Şeytanın təhrikilə yolunu azmış və ağaca sitayiş günahına

qərq olmuş bu qəbilə, öz şimal kütbeyin axmaqlığına görə,

uydurulmuş və yalançı inamlarına sadiq olaraq öz  murdar bütpərəst

ayinlərini başqa dinlərdən yüksək tuturdular. Əgər gurultuyla

müşayiət edilən və fəzanı yandıran ildırım bir insanı və yaxud bir

heyvanı vururdusa, hesab edirdilər ki, bu, onların Kuar adlı

ihahilərinə qurbandır və buna görə də ona sitayiş edirdilər.

228

Bundan başqa onlar sitayiş etdikləri nəhəng və eybəcər, farsların



Aspandiat adlandırdığı Tanrı- xan allahlarına at kəsib qurban

verirdilər.

229

 Heç bir sağlam fikirləri olmadan onlar müxtəlif eyiblərə



düşürlər. Meyitlər üstündə dumbul və zurna çalır, bıçaq və ya


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə