Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə57/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

236

OTUZ ÜÇÜNCÜ FƏSİL

Yepiskopların  məktubuna katolikosun və knyazın

cavabı

  “ Biz sizin yazdığınız məktubu oxuduq və ona görə hər gün

Öz mərhəmətli əməlləriylə xaliq etdiyi insanlar üçün möcüzələr

yaradan səxavətli Allaha böyük tərif və mədhlər deyirik və sizi, ey

yepiskoplar, Davudu bə İoveli təbrik edirik!

Mən, ləyaqətsiz katolikios Uxtanes və sipəhsalar və knyaz

Cavanşir sizi Allah simasında şadlıqlarda olmağınızı arzulayırıq!

Biz, bizə bəxş olunmuş həyatverən xilasımıza görə daim

Allaha şükür edirik. Onun bizə verdiyi tükənməyən hədiyyələrə görə,

gəlib bizim gözlərimizi açan, bizim aramızda, burada zühur etmiş

müqəddəs Xaça görə  şükür edirik. Buna görə də biz yorulmaq

bilməyən dilimizlə rəbbimizi xeyriyyəçimizi, möcüzə gətirəni, bütün

nemətləri bəxş edəni və Müqəddəs Ruhun pak mükafatını bizə verən

İsa peyğəmbəri tərənnüm edirik. Hərçənd biz cismən sizlərdən

uzaqdayıq, ruhca yanınızdayıq və siz indicə əlinizə gələn Müqəddəs

Xaçın önündə bizi yada salın. Yubanmadan siz bu bərəkətlə,

Müqəddəs Xaçla və mömin zahid İsraillə birlikdə bizim hüzurumuza

ehtiyatla gəlin ki, biz də böyük kilsə məclisinin üzvləri ilə birlikdə bu

töfhəyə səcdə edək. Allahın adı ilə salamat qalın!”

Yepiskoplar Şərqin sipəhsaları Cavanşirin və müqəddəs




237

katolikos Uxtanesin məktubunu oxuyan kimi, elə o an əldə etdikləri

xəzinəni götürüb zahid İsraillə birlikdə  Şərqin böyük knyazı

Cavanşirin, katolikos Uxtanesin və bütün əyanların olduğu böyük

Firuz – Qubad şəhərinə gəldilər. Onlar nursaçan bərəkəti qəbul

edərək bütün ellə birlikdə təntənəylə meydanda ona səcdə etdilər.

Cavanşir müqəddəs Xaça hədiyyələr gətirib katolikos və bütün

camaatla birlikdə zahid İsraili tərənnüm etdi. Bundan sonra Cavanşir

əmr etdi ki, İsraili işıqsaçan müqəddəs Xaçla onun olduğu yerə  -

Böyük Kolmank vilayətinin şimal hissəsinin dağlıq yerində olan

Qlxoy vəngə aparsınlar. Və bu müqəddəs ərlə vidalaşıb hamı

sevinclə öz evinə qayıtdı.



OTUZ DÖRDÜNCÜ FƏSİL

Alban zadəganları nəsilləri murdar edən nigahlar

bağlayır. Buna görə onları lənətləyirlər

  O zamanlar Albaniyanın zadəganları yaxın qohumlar arasında

qanunsuz nigahlara yol verib, özlərini murdar etdilər. Bunların

arasından birinci çar nəslindən olan Koqtun hakimi idi, sonra

Arşaqaşen vilayətindən üç ailə  - Dastakertdən, Cinşımdan və

Mamşelundan, sonra Kürün o tayındakı həcəri ailəsi, sonra Uti

vilayətində laknar (eşikağası) adını daşıyan Varaz – Firuzun ailəsi,

sonra Arajakanda yaşayan kilsədə keşiş paltarını saxlayan Varajan və

Tuyerakın ailəsi.

Mömin katolikos Uxtanes onları qanunsuz nikahlarına görə




238

lənətləyib bu nikahları pozurdu. Lakin bunların hamısı öz şərlərindən

əl çəkmədikləri üçün məhv edilib yer üzündən yeksan oldular.

Bundan sonra müqəddəs katolikos Allah civarına köçdü və

onun taxtında Şəkinin keçmiş yepiskopu, Uxtanesin matəminə dəvət

olunmuş xeyirxah və nəcib Yeliazar seçildi. Səhər ibadətindən sonra

yepiskoplar katolikosluğa Firuz – Qubadın yepiskopu olan bir rahibi

seçmək istədilər. Elə bu vaxt Şeytan onu yerə yıxdı və o, hamının

yanında rüsvay oldu. Bundan sonra yepiskoplar püşk atdılar və

vaxtında Matfey kimi

197

 səxavətli Yeliazar həmin yığıncaqda



katolikos rütbəsinə layiq görüldü. Həmin vaxt dünyəvi hakimiyyət

Allahın izniylə bu fani dünyada xoşbəxt Cavanşirin əlində idi.

198

OTUZ BEŞİNCİ FƏSİL

Böyük knyaz Cavanşirin faciəli ölümü

 Bu vaxt


199

 böyük knyaz Cavanşirin dağ mahalında gedib ilin

bayram günlərini şadlıqlarda və mahir xalq mahnıları ustalarının

arasında keçirmək istəyirdi. Şöhrət qazanmış, sevimli, qəddi –

qamətli  sərkərdə olan, öz zəkası ilə hamını hökmranlığa tabe etmiş

və xoşbəxtlikdən bütün yer üzünün səadəti ilə yüklənmiş Cavanşir öz

rəşadəti və qabiliyyəti ilə başqalarından üstün idi. Lakin bu şöhrətli

və hamının istəklisi olan ər qüsurlar tələsinə düşərək Allahın

ehkamlarını atdı və vurnuxan, bihudə bir adama döndü. Onun bütün



239

şan – şöhrəti hörümçək toruna döndü

1

 və  əcaib cah – cəlal tezliklə



yox olub getdi.

Yayın qızmar günlərində

200

 bizim məşhur sərkərdəmiz öz



əyanları və şəxsi qoruqçuları ilə yüksək dağlar ətəyinə qalxıb orada

gül – çiçəklə dolu çəmənliklərlə gəzib, onların sükütündan zövq alıb

günlərini kefdə və firavanlıqda keçirirdi. Yayın ortasının qızmar

günləri keçib Xaçqaldırma bayramı gələndə

201

 o, dağlardan enib Uti



vilayətinin Bərdə şəhərinə gəldi ki, orada özü tikdirdiyi kilsəyə gedib

Allaha ibadət etsin və onun adına qurbanlar versin.

Şanlı Cavanşir orada zövqlə istirahət etdiyi vaxt adı

bilinməyən bir namussuz, şərli və murdar adam Cavanşirin ona qarşı

olan məhəbbətini, hədsiz ehtiramını və atasının evinə göstərdiyi

qayğını unudaraq, Cavanşiri öldürmək fikrinə düşdü və onun bir para

dostlarını cəlb edərək onları özünə cinayət yoldaşı etdi. O, bu

acınacaqlı iş haqqında düşünərək Cavanşiri zinaya təhrik edir və

işvəli sözlərlə onu murdar kefə çağırırdı.

Artıq gecənin yarısı keçmişdi və Cavanşirin keşiyini çəkən

silahlı gözətçiləri rahatlanıb yuxuladılar. O, güllüklər arasında olan

cığıra çıxdı. Zirehsiz olub, belində təkcə qılıncı var idi. Elə bu vaxt

kənardan qabağına sanki onun silahdarı imiş, əlində knyazın əsası,

belində polad qılıncı və qalxanlı şər ürəkli xain Varazo çıxdı. Bundan

əlavə bu insafsız caninin kaftanı altında zirehi də var idi.

Onlar bağın ortasını keçib geniş çar həyətini əhatə edən

1

 İncil. İovun kitabı, VIII,14.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə