266
ataraq dünyaya yenicə gəlmiş uşaq kimi üzlü südə həsrət idi. Çox
yerlərdə yeni kilsələr tikdirib Allahın keşişlərinin şöhrətini ucaldırdı.
Yepiskopun əmriylə murdar Aspandiatın adıyla bağlanmış
hündür və bol yarpaqlı palıd ağaclarının ən böyüyünü kəsdilər. Bu
ağaca onlar at qurban kəsir, onun qanını yarpaqlarına çiləyir,
kəlləsini və dərisini də budaqlarına asırdılar.
231
Bu palıd ağacı bütün
başqa ağacların anası sayılırdı və bu ağaca hunlar ölkəsində çoxları,
o, cümlədəm bu bütü xilaskar, həyatverən və bütün nemətləri
bəxşedən sayan knyazın özü və bütün onun əyanları sitayiş edirdi.
Nəhəng ağacın kəsilməsi barədə yepiskopun əmrini eşidib özlərini
təhqir olunmuş sayan və gələcəkdə məhv oluna biləcəklərini düşünən
cadugərlər, sehrbazlar və kahinlər qara camaatı qabaqlarına salıb
hunlar knyazının və ölkə əyanlarının yanına gəlib çığır – bağır
saldılar: “ Necə ola bilər ki, siz şüurlu olaraq bizim və ilahilərimizin
düşmənininin dediyinə, yəni bu ağacın kəsilməsinə razılıq
vermisiniz? Nə üçün siz ona qulaq asıb sizin atalarınızın tikdirdikləri
məbədləri və qurbangahları talan edib dağıdırsınız? Çarlar və
knyazlar, bütün bizim xalq bu günə qədər bu məbədlərə hörmət edir,
bunlardan və müqəddəs ağaclardan gözəl sovqat alır, xalqımızın
sayını artırır, onlardan qüvvələnib düşmənlərimiz üzərində qələbələr
çalırdılar. Siz bi yepiskopda nə görmüsünüz ki, onu belə ehtiramla
dinləyirsiniz? Nə üçün siz ona belə ixtiyar verirsiniz ki, o, sizin
ilahilərinizin məbədlərini söküb dağıdır? Məgər siz nəhəng və cəsur
Aspandiata, bu ağaca ibadət edib və qurban verib ondan gözəl
267
hədiyyələr və başqa istədiklərinizi almırdınızmı? O, xəstələri
sağaldır, kasıb və yoxsulları yüksəldir, qızmar quraqlıqda və isti
günlərdə biz onun qüvvəsi vasitəsilə yağışlar arayıb isti, qızmar
günləri sərinlədir, bu yağışlar çölləri və ağacları göyərdir və sizin
kefiniz və qidanız üçün meyvələri şirəylə doldururdu. Məhz bunun
vasitəsiylə biz leysanları kəsdirir, göylərin gurultusunu və
ildırınmlarını sakitləşdirirdik. Bu adamın səhvlərlə dolu sözlərinə və
onun elan etdiyi Allaha siz indi də inanacaqsınız? Özünüz və
cədləriniz ibadət etdiyiniz doğma ilahilərinizi yerə yığmaq və onları
ayaq altında tapdalamaq istəyən adamın əlinə düşməmək üçün
onlardan imtina etməməli və üz döndərməməlisiniz. Onlara ibadət
ediniz, çünki onlar qeyzə gəlib ölkəmizə böyük və amansız zərbələr
endirə bilərlər. Axı pəhləvan qüvvətli Aspandiat üçün tikilən və
qurulan məbəd və qurbangahlar olan yerlərə və ölkəmizin qəyyumu
və xilaskarı olan bu gözəl və qalın yarpaqlı ağaca kim yaxınlaşa və
onlara əl vura bilərdi? Bu ağacın tökülmüş yarpaqlarını və ya
qurumuş budaqlarını öz ehtiyacları üçün yığan nadanlar belə ağac
tərəfindən dəhşətli yaralarla, dəliliklə və hətta ölümlə cəzalanırdılar
və onların evləri və nəsilləri belə yox edilirdi. Heç sizin yepiskop bu
ağaca yaxınlaşa, ona əl vurub gedə bilərmi və bizim ilahilərimizin
məbədlərini sökə bilərmi? Biz bilirik ki, əgər o, inad göstərərək
onlara yaxınlaşsa, o, böyük bəlalara düçar olar və hətta həyatdan
kənar da edilə bilər!”
Bundan sonra hunlar knyazı cadugərlərə, sehrbazlara ,
268
əfsunçulara və məbədlərə, ağaclara xidmət edənlərə belə dedi: “ Biz
bu ərə inanırıq və o, bizim aramızda təbliğ etdiyi Allaha ibadət
edirik. Məbədləri söküb dağıtmaqda və bu ağacı kökündən çıxarıb və
doğrayıb yandırmaqda biz ona maneçilik etməyəcəyik. Əgər siz bu
bütlərin, məbədlərin qurban verdiyiniz ağacların vasitəsilə onu
qorxuda bilib, onu dəhşətli azarlara salaraq öldürmək
imkanındasınızsa, onda biz sizə inanıb əvvəlki kimi məbədlərin
tikilməsini davam etdirəcəyik, bütlərə, timsallara və ağaclara ibadət
edib, qurban kəsib, onların paylarını ayıracağıq. Yox, əgər siz ona
qarşı durub onu qorxuda bilməsəniz, o da bütlərlə məbədləri
dağıdandan və ağacı qırıb yandırandan sonra nə xəstələnər, nə də
ölər, biz əmin ola bilərik ki, onu bizə göyü, yeri, günəşi, ayı və
ulduzları xaliq edən Allah göndərib və biz bu Allaha inanırıq. Sizi isə
əl- qolunuz bağlı ona təhvil verəcəyəm ki, o, sizi bu ağacla birlikdə
yandırıb məbədlərlə bir yerdə məhv etsin”.
O dəqiqə cadugərlər, sehrbazlar və kahinlər divanəlik cildinə
girib ovsunlamağa və donquldanmağa başladılar, lakin öz yalançı və
bihudə əməlləriylə heç bir şeyə nail ola bilmədilər. Bu vaxta qədər
lazım gələndə, onlar insanları gözə görünməyən cidarlarla dolaşdırır,
istədiyi adamların canına əcinnələri doldurub onları ağır əziyyətlərə
salırdılar və sonra onlara belə yalanı satırdılar: “ Siz gərək bütlərə və
ağaclara qurban verəsiniz. Siz isə bunu etmirsiniz, buna görə də
bizim böyük ilahilərimizin cəzasına məhkum olunmusunuz. İndi
qurbanlarınızla hədiyyələrinizi götürüb məbədlərlə ağaclara təqdim
269
edin ki, bu xəstəlik və əziyyətlərdən qurtara biləsiniz”.
Əvvəllər onlar nə deyidilərsə, Şeytan əməllərini yerinə
yetirirdi və bu sadə adamların canına vəlvələ salırdı.Onlar bəzən
vəsvəsəli hərəkətləriylə hamının gözü qabağında göylərdə leysan
yağdırır, quraqlıq əmələ gətirirdilər və bununla insanları aldadır,
ölkəni də fəlakətə salırdılar, çünki özləri azıb, tərəddüddə olanları da
azdırırdılar.
Amma bu dəfə onlar buna bənzər heç bir şey törədə
bilmədilər. Onların ovsunlamağı Allah adamını nə qorxuya sala bildi,
nə də məğlub etdi, çünki Müqəddəs Xaçın köməyilə onların
qüvvələri buxovlandı və caduları da qapalı qaldı.
Bundan sonra müqəddəs qanunları təbliğ edən yepiskop
hunlar knyazına və əyanlarına belə dedi: “ mən onların boş
sözlərindən zərrə qədər də qorxmadım və dəhşətə də gəlmədim,
çünki başqa kütbeyin adamları öz bütpərəstlik ovsunçuları ilə
qorxutduqları kimi məni qorxuda bilməzlər və onlar Allah simasında
həqiqi həyatdan məhrumdurlar. Mən nə sizin məbədlərinizdən, nə də
görünüşü qabağında dəyişən yüksək ağaclarınızdan qorxmuram.
Buna görə də mən qorxusuz, açıq – açığına, hamının gözü qabağında
İsanın Müqəddəs Xaçına bel bağlayaraq ona biət edəcəyəm. Mən
sizin qəlblərinizi tərəddüdlərdən və ağaclara ibadət etmək səhvindən
azad edəcəyəm, çünki bu ağaclar özləri – özlüyündə nə şəri, nə xeyri
əvəz edə bilməzdilər, nə onlara xidmət edənləri mükafatlandıra, nə
də düşmənləri cəzalandıra bilməzlər. Mən sizin bu lal və kar
Dostları ilə paylaş: |