321
iqamətgahlarını Suriyanın Diməşq şəhərində saldıqları kimi, buraya
da, Albaniyanın Bərdə şəhərinə onlar öz hakimlərinin valisini təyin
etdilər ki, o, ölkəmizin şirəsini sovurub aparsın.
Bu valilərdən birisi Diməşqdən Bərdəyə gəlir və əldən
düşmüş ermənilər onun yanına öz katolikosları İsayla birlikdə onun
yepiskoplarını göndərirlər.
52
Yuxarıda haqqında yazdığımız kimi
Allahın qəzəbinə düçar olan xatun Vardanuhi
53
onun gəlməyini
eşidib İsayanın yanına gedib xahiş etdi ki, onun çəkdiyi ağır
əzablarına rəhmi gəlsin, çünki özü Allahın acı piyaləsindən lazımınca
dadmışdır. Erməni katolikosu qadının göz yaşlarına güzəştə gedərək
onun evinə gəlib bütün gecəni dua etdi ki, Allah onu keçmiş
katolikosların lənətlərindən xilas etsin.
Elə o vaxt Albaniyanın katolikosu Solomon
54
öz yepiskopları
ilə məsləhətləşib qadını sələflərinin lənətlərindən azad etdi və onun
dərdindən heç bir əlamət qalmadı.
Varazman oğlu Varaz – Tiridata isə Allah ömür bəxş etdi.
Lakin onun oğlu Stepannos vaxtsız öldü
55
, onun qardaşı Varazman
isə azıb Kür çayında boğuldu və onun məzarı Kür oldu. Onun varisi
qardaşı Cavanşirik oldu. Bu haqda danışmaq daha yetər.
Erməni təqvimi ilə 270-ci ilin sonunda
56
ərəblərin seçmə
döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər.
Min nəfərə qədər əsir alıb Böyük Arranın Şikarkar məntəqəsində
möhkəmləndilər. O vaxt cəsur və əzəmətli arranşah knyaz Səhl ibn
Smbat
57
igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə
322
hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar,
əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər.
Yenə də həmin ildə dünyanı dağıdan avaranşan ( qarətçi) adı
ilə məşhur olan ərəb Savada (ibn Əbdülhəmid əl- Cəhhafi)
Erməniyyəyə basqın edərək bütün ölkəni ölkəni qarət etdi, sonrada
Sünikə qayıdıb Sqük vilayətinin Şalat kəndinin yanında olan qalada
möhkəmləndi. Onda Sünik hökmdarı Vasak İrandan Babəki çağırdı
və onunla birlikdə ərəbləri məğlub edib qaçmağa məcbur etdi.
Sünikin hökmdarı elə həmən il vəfat etdi, Babək isə onu qızı ilə
evləndi.
Həmin ildə Filippin oğlu knyaz Nerseh alban knyazı
Stepannosun oğlu Varaz – Tiridatı öldürdü, onun oğlunu isə anasının
qucağında xəncərlə vurub
58
bütün şeylərini qarət etdi. Həmin Varaz –
Tiridat Albaniyada nəsildən – nəsilə hökmdarlıq edən Mehranilər
sülaləsindən idi. O, Albaniyanın birinci knyazı Varaz – Qriqordan
sonra səkkizinci hökmran idi.
Bundan sonra Baqk vilayəti
59
kafir Babəkin əleyhinə üsyan
etdi. O isə İrandan gəlib ölkəni zəbt və talan etdi. Baqkın qadın və
uşaqlarını qılıncdan keçirtdi.
Sonrakı ildə Babək Qeqarkunik vilayətinə
60
gəlib on beş
minədək əhalini qılıncdan keçirib böyük Makenos monastırını
yandırdı. Burada ancaq bir dəyirmandan başqa heç bir şey qalmadı.
Bu zaman erməni təqviminin iki yüz yetmiş altıncı ili idi.
61
İki ildən sonra Babək Məhəmməd ibn Humayd ət Tusini
323
məğlub edib yüz əlli minlik ordusunu qovdurdu.
62
Sonrakı ildə
Babək İbrahim ibn əl- Leys ibn Fəzli darmadağın etdi.
63
Yenə həmin ildə Davon və Şapuh adlı xainlər dostluq və sülh
bəhanəsiylə gələrək baylakanlıları məğlub edən Babəki çağıran və
Əbüləsəd adlanan Stepannosu öldürdülər. Baylakanlılar Bercor
vilayətinin və Ureas, Kərnəkəş, Həkkəri və Tapat kəndlərinin
əhalisini qılınc və nizələrdən keçirtmişlər. Amma bunlar yenə də
Babəkin əleyhinə üsyan qaldırdılar və döyüşdə ona müqavimət
göstərdilər. Onlar Qoroz qalasında möhkəmlənərək on iki ay ərzində
yuxarı Vaykunik, Bercor, Sisakan, Haband, Amaras, Bazqank,
Mehank və Tsri vilayətlərini
64
əllərində saxladılar.
Əbüləsədin yaxınları onun qatillərini yaxalayıb ölənədək
işgəncə verdilər. Əbüləsədin bacısı oğlu Əbu Musa adlanan sülhsevər
İsa həmin vilayətləri ələ keçirtdi və hamısında hökmranlıq etdi.
Həmin ildə Babək İrandan gələrək Arazı keçib Amaras
vilayətində düşərgə saldı. O, sülh danışığı apararaq onları tabe
olmağa çağırdı. Bəziləri vaxt keçirmək üçün zahirən tövbə etdilər,
lakin sonra onu aldadıb yenidən üsyan qaldırdılar. Babək oradan
ölkəsi Atropatenaya qayıtdı. Amarasda isə öz məşhur sərkərdəsi
Rüstəmlə bir ordu qoyub getdi və ona əmr etdi ki, qaladakılarla
müharibə etməyib onları xoşluqla itaətə çağırsın. Rüstəm isə Babəkin
əmrinə əməl etməyib qaladakılara hücum etdi. Bunu görən qala
döyüşçüləri özlərini İsanın qüvvəsinə tapşırıb əllərinə xaçları və
müqəddəslərin qaxımış cəsədlərini alaraq hücuma keçdilər və ağır
324
döyüşdə İran ordusunu darmadağın etdilər.
Deyirlər ki, elə həmin vaxt Amarasın yepiskopu olan Serob
adlı birisi bizanslıların yanına gedib imperatordan müqəddəslərin
cəsədlərindən hissəcik istədi və bu, ona bəxş olundu.
ON YEDDİNCİ FƏSİL
Ərəblərin knyazı Məmun Bizansa yürüş edir.
Lakin məğlubiyyətə uğrayır. Bu və başqa əhvalatlat
haqqında qısa məlumat
Erməni təqviminin iki yüz səksəninci ili idi ki, ərəb Məmun
bizanslılara hücum etmək qərarına gəlmişdi.
65
O, yüz gəmi
hazərladaraq, onlara yüz min seçkin döyüşçü mindirib dənizə çıxdı
ki, böyük Konstantinopol şəhərini mühasirəyə alsın. Bundan xəbər
tutan bizanslılar da dənizə çıxıb döyüşçülərini üzbəüz sahilə
endirərək İsa xaçının düşmənlərini mühasirəyə aldılar və cəsarətlə
hücuma keçərək ərəbləri darmadağın etdilər, Məmunun özünü də
öldürdülər.
66
Bundan sonra bizanslılar yenidən dənizə çıxdılar və
gəmilərdə qalan ərəblərin hamısını qılıncdan keçirib, gəmilərin
özlərini də yandırıb batırdılar. Ərəblərə bu ağır zərbəni yalnız
həyatverici İsa xaçının böyüı qüvvəsinin köməyilə endirmək
mümkün oldu.
Bu hadisədən üç il sonra ( əl- Həsən ibn Əli) əl – Bəzqisi adlı
Dostları ilə paylaş: |