Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə182/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   178   179   180   181   182   183   184   185   ...   198

larda notariuslar bu cür sənədləri leqallaşdırılmadan qəbul edirlər. 

Notariusların xarici dövlətlərin ədliyyə orqanları ilə də əlaqə 

qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. 

Notariuslar  həmçinin  xarici  dövlətlərin  orqanlarında  işlərin 

aparılması  üçün  zəruri  olan  sübutları  təmin  edirlər.  Sübutların 

təmin edilməsi sahəsində hərəkətlər Azərbaycan Respublikasının 

mülki  prosessual  qanunvericiliyinə  müvafiq  olaraq  həyata 

keçirilir. 

Beynəlxalq  müqavilə  ilə  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  nəzərdə  tutulmuş  notariat  hərəkətləri 

haqqındakı  qaydalardan  fərqli  qaydalar  müəyyən  edilmişsə, 

notariat hərəkətləri aparılarkən beynəlxalq müqavilənin qaydaları 

tətbiq  olunur.  Əgər  beynəlxalq  müqavilə  Azərbaycan 

Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  notariat 

hərəkətlərinin aparılmasını notariusların səlahiyyətinə aid edirsə, 

onlar bu notariat hərəkətlərini Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin müəyyən etdiyi qaydada aparırlar. 



554 


XXII

 

FƏSİL 

B

ə

zi xarici ölk

ə

l

ə

rin hüquq mühafiz

ə

 

orqanları

 

22.1.

 

İngiltərənin məhkəmə, prokurorluq, polis 

və ibtidai istintaq orqanları 

Məhkəmə.  İngilloronin  mohkəmo  sistemi  qədim  məhkəmə 

sistemlərindən biridir. 

İngiltərə  məhkəmə  sisteminin  ən  aşağı  hissəsini  magis- 

tratların  və  qraflıqların  məhkəmələri  təşkil  edir.  Onlar  andlı 

iclasçılarsız sadə icraat qaydasında xırda cinayətlər barədə cinayət 

işlərinə baxırlar. Maqistratların səlahiyyətinə bundan əlavə xırda 

məbləğdə  iddialara,  atalığın  müəyyən  edilməsi,  alimentlərin 

ödənilməsi, övladlığa götürülməsi barədə mülki iddialara baxmaq 

da aiddir. İşlərə bir-üç hakimdən ibarət tərkibdə baxılır. 

Barışdırıcı  hakimlər  lord-kansler  tərəfindən  ömürlük 

vəzifəyə  təyin  olunurlar.  Bunlardan  başqa  merlər  və  yerli 

idarəetmə orqanlarının başçıları da tutduğu vəzifələrinə görə barış 

hakimləri  hesab  olunurlar.  Lord-kanslerin  təyin  etdiyi  barış 

hakimləri  məhkəmədəki  fəaliyyətlərinə  görə  məvacib  almırlar. 

Onların  hüquq  təhsilli  olmaları  vacib  deyil.  Onlara  hüquqi 

köməklik göstərilməsi üçün maqistratlarda hüquq təhsili olan və 

vəkil vəzifəsində 5 ildən az olmayaraq işləmiş kler- klər işləyir. 

London,  Mançester  və  digər  böyük  şəhərlərdə  magistrat 

məhkəmələrinə aid kiçik sessiya məhkəmələri fəaliyyət göstərir. 

Lakin  onlar  peşəkar  hakimlərdən  ibarətdir.  Magistrat 

məhkəmələrinə  aid  işlərə  bu  hakimlər  təkbaşına  baxırlar.  Onun 

təyin  etdiyi  cəza  azadlıqdan  məhrumetmə  növündə  14  gündən, 

cərimədə isə 14 şillinqdən artıq olmamalıdır. İctimai 



— 

555—- 


tohlükəliliyi  daha  yüksək  olan  cinayətlər  haqqında  işlərə 

kollegial, birdən yeddiyədək hakimlərdən ibarət tərkibdə baxılır. 

Qraflıqların  məhkəmələrinin  yurisdiksiyası  İngiltərə  və 

Uelsin  bölündüyü  rayon  və  məhkəmə  dairələrini  əhatə  edir. 

Qraflıqların  məhkəmələrində  dairə  hakimləri  fəaliyyət  göstərir. 

İşlərin çoxuna onlar andlı iclasçılarm iştirakı olmadan baxırlar. 

İngilis  məhkəmə  sisteminin  ikinci  hissəsini  İngiltərə  və 

Uelsin  Ali  Məhkəməsi  təşkil  edir.  O,  Yüksək  Məhkəmədən 

(Taxt-tac  məhkəməsi  ilə  birgə)  və  Apellyasiya  Məhkəməsindən 

ibarətdir. 

Yüksək  Məhkəmə  birinci  instansiya  üzrə  ən  vacib  mülki 

işlərə  (iddianın  məbləği  böyük  olduqda  və  s.)  və  bəzi  mülki  və 

cinayət  işlərinə  apellyasiya  instansiyası  kimi  baxır.  Yüksək 

məhkəmənin tərkibinə Kral kürsüsü bölməsi, dəftərxana bölməsi 

və ailə məsələləri üzrə bölmə daxildir. 

Yüksək  Məhkəmə  onun  sədri  və  eyni  zamanda  dəftərxana 

bölməsinin sədri olan lord-kanslerdən; vise-kanslerdən; lord-baş 

hakimdən - ailə məsələləri üzrə bölmənin sədrindən ibarətdir. 

Dəftərxana  bölməsi  bəzi  mülki  işlərə  (vəsiyyətlər,  girov 

əmlakının  geri  alınması  barədə  və  s.),  habelə  apellyasiya 

instansiyası kimi müflisləşmə haqqında işlərə baxır. 

Kral  kürsüsü  bölməsi  -  Yüksək  Məhkəmədə  tərkibcə  ən 

böyük  bölmədir.  Bu  bölmə  bəzi  kateqoriyalı  mülki  işlər  üzrə 

(zərərin ödənilməsi, borclar üzrə öhdəçiliyin yerinə yetirilməsi və 

s.)  birinci  və  apellyasiya  instansiyası  kimi  çıxış  edir.  Bölmə 

magistral  məhkəmələrinin  və  Taxt-tac  məhkəməsinin  cinayət 

işləri üzrə hökmlərindən apellyasiya şikayətlərinə baxır. Bundan 

başqa,  onun  səlahiyyətlərinə  aşağı  məhkəmələrin  çıxardığı 

qərarların  (məsələn,  həbs  haqqında)  qanuniliyinə  nəzarət  də 

aiddir. Bölmənin tərkibinə ticarət məsələlərinə birinci instansiya 

üzrə baxan Kommersiya məhkəməsi daxildir. 

— 

 ---------- 

556

 ------------------ := 



Ailə  məsələləri  üzrə  bölmə  aşağı  məhkəmələrin  boşanma 

prosesləri,  atalığın  tanınması  barədə  işlər  üzrə  çıxarılan 

qərarlardan apellyasiyalara baxır. 

Taxt-tac məhkəməsinin yurisdiksiyasma ittiham hökmü elan 

etməklə, birinci instansiya üzrə cinayət işlərinin baxılması aiddir. 

Bu məhkəmə İngiltərə və Uelsin məhkəmə dairələrində fəaliyyət 

göstərir.  İclaslara  hazırlığı  daimi  ştatı  olan  dairə  adminstratoru 

görür.  Taxt-tac  məhkəməsində  işlərə  Yüksək  Məhkəmənin 

hakimləri, dairə hakimləri və rekorder- lər baxırlar. 

Dairə hakimləri lord-kanslerin təklifi ilə yüksək dərəcəsi və 

çoxillik  iş  stajı  olan  vəkillərdən  -  barristeıiərdən  və  yaxud  beş 

ildən az stajı olmayan rekorderlərdən kral hakimiyyəti tərəfindən 

təyin  olunurlar.  Rekorder  -  boş  vaxtında  vəkillik  fəaliyyəti  ilə 

məşğul  olan  (barrister  və  ya  aşağı  dərəcəli  vəkil  -  solisiter) 

hakimdir. 

Taxt-tac  məhkəməsi  magistratların  məhkəmələrinə  dair 

apellyasiya  instansiyası  olaraq  onların  qərarlarından  və 

hökmlərindən apellyasiyalara baxır. 

Apellyasiya  məhkəməsi  iki  bölmədən  ibarətdir:  mülki  və 

cinayət  bölmələrindən.  Cinayət  bölməsi  Taxt-tac  məhkəməsinin 

hökmlərindən  şikayətlərə  baxır.  Mülki  bölmə  Yüksək 

Məhkəmənin bölmələrinin və qraflıqların məhkəmələrinin mülki 

işlər üzrə qərarlarından apellyasiyalara baxır. 

İngilis  məhkəmə  sistemində  ən  yüksək  apellyasiya  sistemi 

Apellyasiya Komitəsi kimi çıxış edən Lordlar Palatasıdır. Bundan 

başqa,  məhkəmə  sisteminə  hərbi,  inzibati  və  digər  məhkəmələr 

daxildir. 

Prokurorluq.  Ənənəvi  olaraq,  ingilis  məhkəmələrində 

cinayət işlərinin əksəriyyəti üzrə ittihamın müdafiəsi ya polis, ya 

da ayrı-ayrı vətəndaşlar tərəfindən və yalnız daha ağır cinayətlər 

üzrə  dövlət  təqiblər  direktoru  idarəsi  tərəfindən  aparılır.  Yalnız 

«Cinayətlərə  görə  təqib  haqqında»  1985-ci  il  qanunu  ilə  dövlət 

ümumi  təqiblər  direktorunun  başçılıq  etdiyi  dövlət  («taxt-tac») 

ittihamçıları xidməti təsis edilir. Dövlət 

557 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə