Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin


Polisin  fəaliyyətinin  əsas  istiqamətləri  və  əsas  polis



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə190/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   186   187   188   189   190   191   192   193   ...   198

Polisin  fəaliyyətinin  əsas  istiqamətləri  və  əsas  polis 

xidmətləri. 

Bir sıra hallarda ixlisaslaşdırılmış bölmobr qeyri-ononovi iş 

metodlarından  istifadə  edirlər.  Fransa  polisinin  Parisdə,  Lionda, 

Marseldə  və  Nitssada  banditizmlə  mübarizə  mərkəzlərində 

fəaliyyət göstərən axtarış və tutma briqadaları bununla fərqlənir. 

Əgər  ərazi  polis  orqanlarının  nümayəndələri  məhkəmə 

hakimiyyətinin tapşırığı ilə hərəkət edirlərsə, bu briqadalar mafıoz 

mühiti «içindən» müşahidə edirlər, çox vaxt mafiya rəhbərlərinin 

etibarını  qazanırlar,  öz  təşəbbüsləri  ilə  cinayətkar  qrupların 

üzvləri  haqqında məlumat toplayır və onları təhlil edərək zəruri 

sübutlar əldə edirlər. 

ictimai  qaydanın  mühafizəsi  və  cinayətkarlıqla  mübarizə 

üzrə polisin fəaliyyətinin hüquqi rejimi. 

Fransada  cinayət-prosessual  qanunvericiliyinə  əsasən 

məhkəmə-polis funksiyalarını polis qurumlarının qanuna müvafiq 

olaraq  «vəzifəli  şəxs»  və  ya  «məhkəmə  polisi  agenti»  titulları 

verilmiş  qulluqçuları  yerinə  yetirə  bilərlər.  Birinci  kateqoriyaya 

(İspaniya  və  İtaliyada  bu  titul  «zabit»  adlanır)  milli  polis 

komissarları və zabitləri, ədliyyə və müdafiə nazirlərinin əmri ilə 

təyin  edilən  jandarmeriya  rütbəli  şəxslər  aiddir.  İkinci 

kateqoriyaya isə kiçik polis zabitləri və digər jandarmeriya rütbəli 

şəxslər  aid  edilmişlər.  Məhkəmə-polis  fəaliyyətini  tam  həcmdə 

yalnız  məhkəmə  polisinin  vəzifəli  şəxsləri  həyata  keçirirlər. 

Fransa 


Cinayət-prosessual 

Məcəlləsinə 

əsasən, 

onların 


səlahiyyətlərinə daxildir: 

-

 



qanun  pozuntularının  qeydiyyatını  aparmaq,  istintaqın 

başlanmasına  qədər  sübutları  toplamaq  və  təqsirli  şəxsləri 

müəyyən etmək; 

-

 



istintaqı hələ aparılmayan hüquq pozuntuları üzrə təhqiqat 

aparmaq və aşkar cinayətlərin istintaqını aparmaq; 

-

 

istintaq  hakimiyyətinin  tapşırıqlarını  icra  etmək,  hüquq 



pozuntuları  haqqında  ərizələri  və  zərər  çəkmiş  şəxslərin 

şikayətlərini qəbul elmək və mahiyyəti üzrə baxmaq



- - - 

— 

=579

 =

 


«Mohkəmo  polisi  agentləri»  əsasən  «vəzifəli  şəxslərə» 

köməklik  göstərərək  yardımçı  rol  oynayırlar.  Onların  istintaq 

tapşırıqlarını  yerinə  yetirmək,  aşkar  cinayətlərin  istintaqını 

aparmaq, ərizə və şikayətlər üzrə qərarlar qəbul etmək hüquqları 

yoxdur. 

Göstərilən  sahədə  polisin  fəaliyyəti  ibtidai  istintaqın 

aparılması həvalə edilən məhkəmə orqanlarına tabeçilik əsasında 

və onların nəzarəti altında həyata keçirilir. 

Cinayət-prosessual  qanunvericiliyi  ilə  məhkəmə-polis 

funksiyalarını yerinə yetirən şəxslərin vəzifələri də müəyyən edir. 

Bu vəzifələrin yerinə yetirilməməsi məsuliyyətə səbəb olur. Belə 

ki, Fransada bu vəzifələrə aşağıdakılar aid edilmişdir: 

-

 

məlum olan bütün hüquq pozuntuları haqqında və alınmış 



istintaq  tapşırıqları  haqqında  prokurorluğa  dərhal  məlumat 

vermək; 


-

 

zəruri  istintaq  hərəkətlərinin  aparılması  üçün  qonşu 



bölgəyə  getmək  lazım  gəldikdə,  həmin  bölgənin  prokurorunu 

qabaqcadan xəbərdar etmək

-

 

istintaq  başa  çaldıqdan  sonra  tərtib  edilmiş  protokolların 



əslini  və  təsdiq  edilmiş  surətlərini  qanunla  müəyyən  edilmiş 

müddətdə  istintaq  tapşırığını  vermiş  şəxsə  və  prokurora 

göndərmək. 

Polis  qulluqçuları  səlahiyyətlərinin,  onların  məhkəmə 

hakimiyyəti  ilə  qarşılıqlı  münasibətlərinin  qanunvericilik 

qaydasında  belə  tənzimlənməsi  demokratik  qanunçuluğa  əməl 

edilməsinə təminat məqsədi daşıyır. 

Fransa  Cinayət-prosessual  Məcəlləsi  polis  əməkdaşlarına 

onların  mülahizələrinə  görə  işin  halları  haqqında  və  ya 

götürülmüş  predmet  və  sənədlər  haqqında  məlumat  verə  bilən 

şəxsi bir sutka saxlamaq hüququ verir. 

Fransada  ibtidai  istintaq  formal  olaraq  məhkəmə 

fəaliyyətinin  bir  hissəsi  hesab  edilir  və  istintaq  hakimləri 

tərəfindən həyata keçirilir. Praktikada istintaq hakimləri çox az-az 

hal 

— 580 — 



larda  prokurorun  təklifi  ilə  istintaq  hərəkətləri  həyata  keçirirlər. 

Adətən hüquq pozuntuları büsbütün polis tərəfindən təhqiq edilir

lakin o, istintaq hakiminin və prokurorun nəzarəti altında hərəkət 

edir.  Məhkəmə  polisində,  onun  bölmələrində  xidmətdə  olan 

şəxslərdən  başqa,  bütün  məmurlar  cinayətləri  təhqiq  etmək 

səlahiyyətinə malikdirlər. 



22.4.

 

Almaniyanın məhkəmə, prokurorluq, 

polis və ibtidai istintaq orqanları 

Məhkəmə.  Almaniyanın  məhkəmə  sisteminə  daxil  olan 

ümumi məhkəmələr ölkənin inzibati-ərazi bölgüsünə əsasən təşkil 

olunmuşlar.  Bu  sistemin  ən  a^ağı  hissəsini  sahə  məhkəmələri 

təşkil  edir.  Burada  işlərə  təkbaşına  və  yaxud  hakim  və  2 

şeffendən, onlarla bərabər hüquqa malik olan iclasçılardan ibarət 

kollegial tərkibdə baxılır. 

İkinci  hissəyə  torpaq  məhkəmələri  aiddir.  Torpaq 

məhkəmələrinin strukturunda birinci instansiya üzrə üç hakimdən 

və  iki  şeffendən  ibarət  tərkibdə  cinayət  işlərinə  baxan  cinayət 

palatası,  dövlət  cinayətləri  barədə  işlərə  baxan  xüsusi  cinayət 

palatası,  apellyasiya  instansiyası  olan  kiçik  və  böyük  cinayət 

palataları var. Kiçik cinayət palatası üç hakimdən və iki şeffendən 

ibarət tərkibdə sahə hakiminin çıxardığı hökmlərdən apellyasiya 

şikayətlərinə baxır; böyük cinayət palatası isə (üç hakimdən və iki 

şeffendən  ibarət)  şeffenlərin  məhkəmələrinin  hökmünə  baxır. 

Torpaq məhkəmələri yanında üç hakimdən və altı andh iclasçıdan 

ibarət işlərə baxan andlılar məhkəməsi vardır. 

Üçüncü hissəni kollegial qaydada birinci instansiya kimi ən 

mürəkkəb və xüsusi təhlükəli cinayət işlərinə baxan məhkəmələr 

təşkil edir. Onlar eyni zamanda təftiş məhkəməsidir. 

Məhkəmə  sisteminin  ən  yüksək  hissəsini  təftiş  qaydasında 

işlərə  baxan  Almaniyanın  Ali  Məhkəməsi  (Federal  məhkəmə 

palatası) tutur. 



— 

581

=

 --------------  


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə