Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə191/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   187   188   189   190   191   192   193   194   ...   198

Almaniyada  bütün  hakimlər  ləyin  edilir  və  fəaliyyət 

dövründə dəyişilməzdir. 

Bundan başqa, ölkədə konstitusiya, inzibati, əmək və digər 

xüsusi məhkəmələr də var. Bu məhkəmələr üçün ikinci instansiya 

kimi müvafiq federal məhkəmələr çıxış edir. 

Prokurorluq.  Alman  prokurorluğu  üçün  örnək  kimi  fransız 

modeli  qəbul  edilsə  də,  hazırda  bu  iki  sistem  arasında  mühüm 

fərqlər vardır. 

Hər  şeydən  əvvəl,  Almaniya  federal  dövlətdir  və  burada 

prokurorluq 

orqanları  bütün  səviyyədən  olan  ümumi 

məhkəmələrin  nəzdində  yerləşir.  Ali  federal  məhkəmənin 

nəzdində  prokurorluğun  funksiyalarını  baş  federal  prokuror  və 

ona tabe olan federal prokurorlar həyata keçirirlər. Onların hamısı 

federal  Ədliyyə nazirinin  rəhbərliyi  altında fəaliyyət  göstərir və 

onun  tərəfindən  təlimatlandırılır.  Baş  federal  prokuror 

Bundesralın razılığı ilə prezident tərəfindən təyin edilir. 

Torpaqların ali məhkəmələrində, torpaq məhkəmələrində və 

sahə  məhkəmələrində  müvafiq  prokurorlar  fəaliyyət  göstərir. 

Onlara  ümumi  rəhbərliyi  torpaqların  hər  birinin  Ədliyyə  naziri 

həyata keçirir. 

Prokurorluğun vəzifəli şəxsləri  yuxarı prokurorların qanuni 

göstərişlərini rəhbər tutmağa borcludurlar. 

Prokurorluğun  əsas  funksiyası  ittiham  irəli  sürməkdir. 

Bununla yanaşı, zərər çəkmişin xüsusi şikayəti ilə də ittiham irəli 

sürülə  bilər.  Bu  halda  da  məhkəmə  baxışı  prokurorun  məcburi 

iştirakı ilə aparılır. Bir sıra hallarda prokurorluğun işi məhkəməyə 

verməkdən  imtina  etmək  (xüsusilə,  müttəhim  və ya  onun  yaxın 

adamları yol hadisəsi nəticəsində ciddi zərər çəkdikdə) səlahiyyəti 

vardır.  Qanunla  nəzərdə  tutulan  hallarda  prokurorun 

nümayəndələri  mülki  işlərin  məhkəmə  baxışında  da  iştirak 

edirlər. 

Alman  doktrinasına  görə,  prokurorluq  Fransadakı  kimi, 

ümumi  mənafeyi  deyil,  dövlətin  qanuni  mənafeyini  təmsil  edir. 

Burada dövlət ittihamı idarəsi ədalət mühakiməsini 

• ----------  ---------------------------------  



^582

-------------------------------------------------------------------------------------  




hoyata  keçirən  orqan  hesab  edilir  və  hakim  və  ittihamçıların 

statusları  oxşardır.  Məhkəmə  nəzarəti  məhkəməyə  qədərki 

mərhələdə güclüdür. 

İbtidai  istintaq.  Almaniyada  ibtidai  istintaq  təhqiqat 

formasında  3  orqan  -  polis,  prokurorluq  və  təhqiqatçı-hakmlər 

tərəfindən aparılır. 

Əsas  təhqiqat  orqanı  polisdir.  O,  Torpaqların  daxili  işlər 

nazirliklərinin  tərkibinə  daxildir.  Təhqiqat  aparmaq  hüququna 

cinayət polisi, habelə bir sıra digər xidmətlər malikdir. 

Cinayət  polisinin  Federal  İdarəsi  ayrı-ayrı  Torpaqların 

cinayət  polisinin  fəaliyyətini  əlaqələndirir  və  bəzi  xüsusilə  ağır 

cinayətlərin istintaqını aparır. Federal İdarənin tərkibində cinayət 

polisi yerli idarələrin siyasi şöbələrinin fəaliyyətinə nəzarət edən 

və  Federal  baş  prokurorun  tapşırığı  ilə  ən  vacib  siyasi  işlərin 

istintaqını aparan bölmələr vardır. 

Polis  təhqiqatının  aparılması  üzrə  ən  geniş  səlahiyyətlərə 

prokurorluğun  köməkçi  əməkdaşları  malikdirlər.  Bu  ad  onların 

prokurorluğa  aidiyyətini  deyil,  xüsusi  prosessual  statusunu 

göstərir.  Belə  status  tutduğu  vəzifəsinə  görə  cinayət  polisi 

əməkdaşlarına  və  bəzi  dövlət  orqanlarının  vəzifəli  şəxslərinə 

(məsələn,  ov  inspcktorlarına)  verilir.  Digər  kateqoriyalı  vəzifəli 

şəxslərə  bu  status  ədliyyənin  idarəetməsində  olan  torpaq 

orqanlarının göstərişinə əsasən verilir. 

Almaniyanın cinayət prosessual qanunvericiliyinə görə polis 

yalnız təxirəsalınmaz istintaq hərəkətləri aparmağa haqlıdır, sonra 

isə  o,  istintaqın  davam  etdirilməsi,  yaxud  cinayət  işinin 

qaldırılması barədə məsələnin həlli üçün materialları prokurorluğa 

verməyə borcludur. 

İbtidai istintaq nisbətən az saylı daha mürəkkəb cinayət işləri 

üzrə  polis  xidmətinin  iştirakı  ilə  prokurorluq  tərəfindən  həyata 

keçirilir.  Prokuror  cinayətin  törədilməsi  barədə  ərizə  (məlumat) 

daxil  olduqda  dərhal  istintaq  başlamaq,  istintaqın  hər  hansı 

mərhələsində işi polisdən tələb etmək hüququna malikdir. 

— 

==.

583

^^-^

 ........................................................  ............... 



 


Bəzi  işlər  üzrə  təhqiqatda  hakim  iştirak  edir.  Lakin  fransız 

həmkarından fərqli olaraq alman hakim-təhqiqatçısı polisin və ya 

prokurorun  icraatında  olan  işlər  üzrə  prosessual  hərəkətləri 

onların xahişi ilə aparır. Belə prosessual hərəkətlərə ilk növbədə 

qanunla  onların  həyata  keçirilməsi  yalnız  məhkəmənin,  yaxud 

hakimin səlahiyyətində olan hərəkətlər aiddir (ibtidai həbsəalmanı 

tətbiq  etmək,  müalicə  müəssəsinə  yerləşdirmək  və  s.). 

Hakim-təhqiqatçı prokurorun, yaxud polisin xahişi ilə sübutların 

əldə  edilməsi  üçün  hər  hansı  istintaq  hərəkətlərini  aparmaq 

hüququna malikdir. 

Hakim-təhqiqatçı  torpaq  məhkəmələrinin,  yaxud  ali  torpaq 

məhkəməsinin prezidenti tərəfindən hakimlərin tərkibindən təyin 

edilir. Sahə hakimi də istintaq hakimi ola bilər. 

Polis orqanları sisteminin ümumi xarakteristikası. 

Mərkəzi polis orqanları. 

Almaniyada  qüvvədə  olan  konstitusiya  cinayət  polisi  və 

konstitusiyanın  mühafizəsi  sahəsində  federasiya  və  torpaqların 

əməkdaşlığını,  federal  cinayət  polisi  idarəsinin  təsisini  və 

cinayətkarlıqla  beynəlxalq  mübarizəni  federasiyasının  müstəsna 

qanunvericilik  səlahiyyəti  kimi  müəyyən  etmişdir.  Beləliklə, 

bütün  qalan  polis  səlahiyyətləri  torpaqlara  qalırdı.  Lakin  Əsas 

Qanunun  91-ci  maddəsi  torpaqlar  təhlükə  qarşısında  qaldığı 

hallarda federasiyanın səlahiyyətlərinin genişlənməsi üçün imkan 

yaradırdı. 

Sonrakı 

illərdə 


polis 

idarəçiliyinin 

mərkəzləşməsi 

istiqamətində bir neçə addım atılmışdır. Ən iri belə addım 8 mart 

1951-ci  il  tarixli  qanunun  qəbulu  ilə  olmuşdur.  Həmin  qanun 

torpaqların  cinayətlərin  istintaqı  xidmətlərinin  bilavasitə  federal 

kriminal polis xidmətindən asılılığını müəyyən edirdi. Beləliklə, 

federal  Daxili  İşlər  Nazirliyi  bütün  polis  qüvvələrinin,  həm 

federal, həm də torpaqların polis qurumlarının rəhbəri kimi çıxış 

edir. 


Polisdə kadrlarla komplektlə^^dirmə və xidmətkeçmə. 

AFR  federal  polis  orqanlarına  daxil  olan  şəxslər  federal 

məmurlara qoyulan tələblərə və xüsusi olaraq polislər üçün 



 

584

 



 



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə