Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə188/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   184   185   186   187   188   189   190   191   ...   198

22.3.

 

Fransanın məhkəmə, prokurorluq, polis 

və ibtidai istintaq orqanları 

Məhkəmə.  Fransa və Almaniya məhkəmə sistemləri İngilis 

və  Amerika  sistemlərindən  xeyli  fərqlənir.  Quruluşuna  görə 

birincilər  daha  sadədir.  Fransanın  məhkəmə  sistemi  ümumi  və 

xüsusi  məhkəmələrdən  ibarətdir.  Ümumi  məhkəmələrə  aşağı 

(kiçik) instansiya tribunalları, böyük instansiya tribunalları, andlı 

iclasçılar  məhkəməsi,  apellyasiya  məhkəmələri,  Ədalət 

mühakiməsinin Ali Palatası və Kassasiya məhkəməsi aiddir. 

Aşağı  instansiya  tribunalının  yurisdiksiyası  ölkənin 

bölündüyü  455  məhkəmə  dairələrindən  birini  əhatə  edir.  Bu 

tribunal  az  məbləqdə  olan  iddia  ilə  mülki  işlərə  və  az  ictimai 

təhlükəliliyi  olan  cinayət  işlərinə  baxır.  Belə  işlərə  baxılma 

zamanı həmin məhkəmə polis tribunalı adlandırılır. 

Böyük  instansiya  tribunalı  öz  yurisdiksiyası  ilə  departa- 

mentin bütün ərazisini, yaxud onun bir hissəsini əhatə edir. Onun 

səlahiyyətinə  iddianın  məbləği  2,5  min  frankdan  yuxarı  olan 

mülki işlərin və deliktlər haqqında (ictimai təhlükəlili- yinə görə 

hüquq  pozuntuları  və  cinayətlər  arasında  duran  qanun 

pozuntularıdır) cinayət işlərinə baxılması aid edilmişdir. Cinayət 

işlərinə  baxılarkən  böyük  instansiya  tribunalı  islah  tribunalı 

adlanır.  Böyük  instansiya  tribunalı  aşağı  məhkəmələr  üçün 

apellyasiya instansiyasıdır. Burada bütün işlərə 3 hakimdən ibarət 

tərkibdə baxılır. 

Apellyasiya  Məhkəməsi  (onun  fəaliyyət  sahəsi  3-4  depar- 

tamentin  ərazisini  əhatə  edir)  mülki  və  cinayət  işləri  üzrə 

palatalardan  ibarətdir.  Apellyasiya  Məhkəməsi  yanında  cinayət 

qanunvericiliyinə  görə  ən  təhlükəli  cinayətlərin  baxılması 

səlahiyyəti  aid  edilmiş  andlı  iclasçılar  məhkəməsi  fəaliyyət 

göstərir. Andlı iclasçılar məhkəməsi 3 aydan bir çağırılır. O, işlərə 

3 peşəkar hakim və 9 iclasçılardan ibarət tərkibdə baxır. 



•=■ .......  ....... 573= -----  



Cinayət  palatasının  strukturunda  3  hakimdən  ibarət  ittiham 

kamerası  var.  Onun  əsas  funksiyası  ittiham  edilən  şəxsin 

məhkəməyə verilmə məsələsinin həll edilməsidir. 

Fransa  məhkəmə  sisteminin  ən  yüksək  hissəsi  Kassasiya 

məhkəməsidir. Kassasiya Məhkəməsi bürodan, mülki işlər üzrə 5 

palatadan və cinayət işləri üzrə 1 palatadan, plenumdan, təntənəli 

iclasdan  və 

Baş 


assambleyadan 

ibarətdir. 

Kassasiya 

məhkəməsinin səlahiyyətinə tribunalların və digər məhkəmələrin 

qərarlarının və hökmlərinin qanuniliyinin yoxlanılması daxildir. 

Məhkəmə 


sistemində 

özünəməxsus 

yeri 

Ədalət 


mühakiməsinin  Ali  Palatası  tutur.  Onun  tərkibi  Milli  Məclis  və 

Senat tərəfindən öz üzvlərinin içindən seçilir. Bu məhkəmə orqanı 

Respublika  Prezidenti  tərəfindən  xəyanət  törədilməsi,  nazirlərin 

öz  vəzifələrini  icra  edərkən  törətdikləri  cinayətlər  və  deliktlər 

barədə  işlərə  baxır.  Kassasiya  Məhkəməsinin  səlahiyyətləri 

Ədalət mühakiməsi Ali Palatasının qərarlarını əhatə etmir. 

Ümumi məhkəmələrdən başqa Fransada xüsusi məhkəmələr 

də fəaliyyət göstərir: yetkinlik yaşma çatmayanların işləri, dövlət 

təhlükəsizliyi üzrə, hərbi və s. 

Fransada  hakimlər  səlahiyyətləri  dövründə  dəyişilməzdir. 

Onlar  Magistraturanın  Ali  Şurasının  təklifi  ilə  Respublika 

Prezidenti tərəfindən təyin olunurlar. 



Prokurorluq.  Müasir  fransız  prokurorluğu  Avropa  qitəsi 

ölkələrinin əksəriyyəti üçün uzun illər örnək olmuş və bu gün də 

qalmaqda davam edir. 

Fransada  prokurorluq  ədliyyə  nazirinin  rəhbərliyi  altında 

fəaliyyət  göstərən  orqanların  mərkəzləşdirilmiş  sistemidir. 

Ədliyyə  naziri  prokurorlar  üçün  ümumi  rəhbər  prinsiplər 

müəyyən  etmək  və  konkret  cinayət  işləri  üzrə  onlara  göstəriş 

vermək hüququna malikdir. 

Hər bir apellyasiya məhkəməsinin nəzdində öz köməkçiləri 

ilə birlikdə böyük prokuror vardır. Baş prokuror bilava- 



574

^=

 


sito  odliyyo  nazirino  tabedir  vo  öz  növbəsində  apellyasiya 

məhkəməsi rayonundakı prokurorluğun bütün vəzifəli şəxslərinə 

göstərişlər vermək hüququna malikdir. Məhkəmə polisinin bütün 

vəzifəli şəxsləri də onun nəzarəti altındadır. Baş prokuror şəxsən 

və ya öz müavinləri vasitəsilə apellyasiya məhkəməsində və onun 

olduğu  yerdə  təsis  edilmiş  andlılar  məhkəməsində  ittihamı 

müdafiə 

edir.  Respublika  prokurorları  (Fransada  aşağı 

instansiyadan  olan,  lakin  geniş  səlahiyyətlərə  malik  olan 

prokurorlar  belə  adlanır)  islah  tribunallarının  nəzdində  olur  və 

həmin tribunalın fəaliyyət göstərdiyi rayonda bütün cinayət işləri 

üzrə  cinayət  təqibini  həyata  keçirirlər.  Onlar  şəxsən  və  ya  öz 

müavinləri  vasitəsilə  andlılar  məhkəmələrinin  əksəriyyətində, 

islah tribunallarında, eləcə də lazım gəldikdə polis tribunallarında 

ittihamı  müdafiə  edirlər.  Prokurorluğun  nümayəndələri,  habelə 

«ümumi mənafe» bunu tələb etdikdə, mülki prosesdə və hər hansı 

instansiyadan olan məhkəmədə rəsmi olaraq iştirak edirlər. 

Fransız doktrinasına görə, prokuror qanunun müdafiəçisidir 

və ümumi mənafeyi, eləcə də hökumətin mənafeyini təmsil edir. 

Ədliyyə  nazirinin  təklifi  ilə  Prezident  tərəfindən  vəzifəyə 

təyin  edilən  prokurorların  intizam  məsuliyyətinə  cəlb  edilməsi 

üzrə  səlahiyyətlər  də  bu  yaxmlaradək  Ədliyyə  nazirində 

cəmlənmişdir.  Ali  Magistratura  Şurası  bu  halda  heç  bir 

səlahiyyətə  malik  deyildir  (Fransa  Konstitusiyasının  65-ci 

maddəsinə  əsasən,  Ali  Magistratura  Şurasına  Respublika 

Prezidenti  başçılıq  edir.  Ədliyyə naziri onun müavini  kimi  bura 

daxildir).  Yalnız  1993-cü  ilin  iyun  ayında  Konstitusiyada 

dəyişiklik  edildikdən  sonra  həmin  Şura  Hakimlər  bölməsinə  və 

İttihamçılar  bölməsinə  ayrılmışdır.  İttihamçılar  bölməsi  başlıca 

olaraq  məşvərətçi  orqan  olsa  da,  hər  bir  ittihamçının  təyini  və 

intizam məsuliyyətinə cəlb edilməsi üçün onun rəyi zəruridir. 



 



=:r=: 



 575- 



 

 ------  



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə