Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə189/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   185   186   187   188   189   190   191   192   ...   198

Fransız  cinayət  təqibi  praktikası  dispozitivlik  prinsipinə 

əsaslanır, yəni cinayət təqibinə başlamaq hüququ olan şəxsin öz 

mülahizəsinə  görə  cinayət  təqibinə  başlamaq  və  yaxud 

başlamamaq hüququ vardır. Fransız ittihamçısı cinayət prosesinin 

yalnız  çox  erkən  mərhələsində  -  cinayət  təqibinə  başlanılması 

mərhələsində  real  səlahiyyət  sahibidir.  Prokurorluğun  ədliyyə 

nazirliyinə tabe edilməsi üçün də başlıca arqument ittihamçıların 

dispozitivlik 

prinsipinə 

əsaslanan 

fəaliyyət 

sərbəstliyi 

praktikasıdır. 

Prokurorluğun  vəzifəli  şəxsləri  hüquqi  vəziyyətinə  görə 

məhkəmə  korpusuna  çox  yaxındır  (hər  ikisi  magistrat  adlanır), 

belə  ki,  onlar  eyni  hazırlıq  keçir  və  prokuror  vəzifəsindən 

hakimliyə və ya əksinə keçə bilirlər. 

İbtidai  istintaq  orqanları.  Fransanın  ibtidai  istintaq 

orqanlarına polis və istintaq hakimləri aiddir. Polis istintaqı sadə 

prosedurası ilə fərqlənən təhqiqat formasında aparır. Təhqiqatda 

müdafiəçi  iştirak  etmir.  İbtidai  istintaq  hakimlər  tərəfindən 

aparılır. 

Rəsmi  istintaq  aparmaq  səlahiyyətinə  malik  olan  polis 

əməkdaşları  məhkəmə polisi  korpusunu təşkil edir. Böyük polis 

birləşmələrinin  tərkibində  məhkəmə  polisinin  idarə  və  digər 

bölmələri var. 

Polis  zabitləri  istintaq  aparmaq  səlahiyyətini  tutduqları 

vəzifəsinə  görə məhkəmə polisi  bölməsinin rəhbəri kimi,  yaxud 

prokurorluğun  xüsusi  qərarı  əsasında  alırlar.  Bu  səlahiyyətləri 

onlar məhkəmə polisi bölmələrində işlədikləri dövrdə saxlayırlar. 

Lakin 


prokurorluq 

məhkəmə 


polisi 

əməkdaşını 

belə 

səlahiyyətlərindən məhrum edə bilər. 



Məhkəmə polisinin tərkibinə təhqiqat aparmaq hüququ olan, 

lakin məhkəmə polisi zabitlərinə nisbətən bu hüquqların həcmi bir 

qədər az olan məhkəmə polis agentləri də var. Məhkəmə polisinə

yəni təhqiqat orqanlarına bundan başqa öz xidməti fəaliyyəti ilə 

əlaqədar  riayət  edilməsinə  nəzarət  etdikləri  qanunların  (yol 

hərəkəti təhlükəsizliyinin təmin edil- 

■ 

 ---- 



576

 




məsi,  gömrük  qaydalarına  riayət  olunması  və  s.)  pozuntularının 

istintaqını aparmaq hüququ olan vəzifəli şəxslər də aiddir. Polis 

hüquqpozmalar,  deliktlər,  habelə  cinayətlərin  çoxu  barədə 

təhqiqat aparır. 



Cinayətlər barədə ibtidai istintaqın aparılması məcburidir. 

Deliktlər barədə işlər üzrə istintaq həm təhqiqat formasında, həm 

də ibtidai istintaq formasında tam bitirilə bilər. Deliktin yetkinlik 

yaşına  çatmamış  şəxs  tərəfindən  törədildiyi  barədə  məlumatlar 

olduqda,  ibtidai  istintaqın  aparılması  məcburidir.  Prokurorun 

tələbi  ilə  ibtidai  istintaq  hüquqpozmalar  haqqında  işlər  üzrə  də 

aparıla bilər. 

İbtidai  istintaq  istintaq  hakimi  tərəfindən  (yetkinlik  yaşına 

çatmayanların  cinayətləri  barədə  işlər  yetkinlik  yaşma 

çatmayanların  işləri  üzrə  hakim  tərəfindən)  aparılır.  İstintaq 

hakimləri  Respublika  Prezidenti  tərəfindən  Ali  tribunalların 

hakimləri tərkibindən üç il müddətinə təyin edilirlər. 

İstintaq hakiminin vəzifədə olma müddəti üç il artırıla bilər. 

Ali  tribunalların  tərkibində  olan  istintaq  hakimlərinin  sayı 

müxtəlifdir  və  istintaq  işinin  həcmindən  asılıdır.  İstintaq 

hakiminin 

səlahiyyətləri 

məhkəmə 


polisi 

zabitlərinin 

səlahiyyətlərinə nisbətən daha genişdir. Bəzi hərəkətləri, məsələn 

qəti imkan tədbiri kimi həbsəalma, müvəqqəti tutulma müddətinin 

uzadılması, ibtidai istintaqı məcburi olan iş üzrə ittihamın təqdim 

edilməsi kimi hərəkətlər yalnız istintaq hakimi tərəfindən həyata 

keçirilə bilər. İstintaq hakimləri həqiqətin müəyyən edilməsi üçün 

lazım  olan  bütün  hərəkətlərin  aparılması  barədə  polisə  göstəriş 

vermək hüququna malikdirlər. 

Polisdə kadrlarla kompleklhşdirmə və xidmətkeçmə. 

Fransada  polisə  kişi  cinsindən  gecə  və  gündüz  xidmətinə 

yararlı,  hərbi  xidmət  keçmiş,  21  yaşa  çatmış  28  yaşadək,  av- 

tonəqliyyat idarəetmə hüququna malik şəxslər daxil ola bilərlər. 

Namizəd  daxili  işlər  naziri  tərəfindən  bəyənilməlidir.  Komandir 

vəzifələrinə namizədlər üçün təhsil senzi bir qədər 



-■-=577= 


yüksəkdir.  Milli  polisin  zabitləri  üçün  tam  orta  təhsil  (12  il) 

haqqında attestat tələb olunur. Əvvəllər polisdə xidmət etməyən 

komissar  rütbələrinə  namizədlər  hüquq,  ədəbiyyat  və  ya  təbiət 

elmləri  üzrə  lisenziat  diplomlar  və  ya  siyasi  elmlər  institutu 

qurtarmaq haqqında diplom təqdim etməlidirlər. 

Fransada  polis  komissarları  korpusunun  xüsusi  statusu 

haqqında  1968-ci  ildə  verilmiş  dekret  müəyyən  etmişdir  ki, 

müsabiqə zamanı vəzifələrin  60 faizi  diplomu  olan şəxslərə, 40 

faizi isə qapalı müsabiqə ilə keçən polis əməkdaşlarına verilir. 

Fransada  polis  orqanlarında  xidmətkeçmə  qaydaları 

respublika prezidentinin ordonansları və hökümətin dekretləri ilə 

müəyyən  edilir  və  yalnız  ayrı-ayrı  məsələlər  üzrə  daxili  işlər 

nazirinin aktları ilə konkretləşdirilir. 

Milli  polis  məmurlarının  müxtəlif  kateqoriyalarının  hüquqi 

vəziyyəti  əsasən  4  fevral  1959-cu  il  ordonansına  (məmurların 

ümumi  statusunu  müəyyən  edir)  əsaslanan  bir  sıra  dekretlərlə 

müəyyən edilmişdir. 

Fransa milli polisi 5 korpusda (komissarlar, komandirlər və 

zabitlər, polis zabitləri  və kiçik polis zabitləri,  habelə kiçik  rəis 

heyəti və sıravi polis nəfərləri) birləşmişdir. Hər bir polis korpusu 

xüsusi  statusa  malik  olmaqla  bir  neçə  ranq  nəzərdə  tutan 

rütbələrdən  ibarətdir.  Məsələn,  polis  komissarları  korpusuna  bu 

rütbələr  daxildir:  diviziya  komissarı  (3  ranq),  əsas  komissar  (4 

ranq), polis komissarı (9 ranq), təcrübəçi və dinləyici. Kiçik rəis 

heyəti  və  sıravi  polis  nəfərləri  korpusuna  bu  rütbələr  daxildir: 

böyük  briqadir,  briqadir  (3  ranq),  kiçik  briqadir  (8  ranq),  polis 

nəfəri (6 ranq), təcrübəçi və müdavim. 

Fransada  qəbul  edilmiş  polis  əməkdaşlarının  əmək  haqqı 

sistemi  maraq  doğurur.  Burada  ştat  cədvəlində  maaş  məbləği 

deyil,  illik  «baza»  indeksinə  (hər  il  ölkədə  qiymətlərdəki 

dəyişikliyə  uyğun  olaraq  hökümət  tərəfindən  müəyyən  edilir) 

münasibətdə indeks müəyyən edilir. 





 --------   ----------------- 

578

------------ = 

■ 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə