Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə187/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   183   184   185   186   187   188   189   190   ...   198

orqanları torəfindon müvafiq ştatın mülki xidmət komissiyasının 

tələbləri nəzərə alınmaqla müəyyən edilir. 

Polis  qurumlarının  mərkəzləşdirildiyi  ABŞ-da  polis 

rütbələrinin sayı olduqca azdır. Rütbələr bir qayda olaraq, həmin 

polis  qurumunda  xidmət  dövründə  sayılır.  Adətən,  mayor, 

kapitan, qərargah serjantı, serjant və patrul rütbələri verilir, polis 

rəisinə isə rütbə verilmir. 

Polisin  fəaliyyətinin  əsas  istiqamətləri  və  əsas  polis 

xidmətləri. 

ABŞ-da polisin vəzifələri Amerika Vəkillər Assosiasiyasının 

sənədində  dəqiq  müəyyən  edilmişdir.  Bunlar  aşağıdakılardan 

ibarətdir: 

1)

 

cinayətkarların  tanınması,  onların  tutulması,  onlarla 



məhkəmə prosedurasının tələblərinə uyğun davranmaq

2)

 



preventiv patrulun və digər tədbirlərin köməyi ilə bir sıra 

cinayətlərin törədilməsi imkanının azaldılması; 

3)

 

fiziki  təhlükə  qarşısında  qalan  ayrı-ayrı  şəxslərə  kömək 



göstərmək; 

4)

 



konstitusiyon təminatların mühafizəsi

5)

 



insanların 

və 


nəqliyyat 

vasitələrinin 

hərəkətini 

asanlaşdırmaq; 

6)

 

öz qayğısına qala bilməyən şəxslərə kömək göstərmək



7)

 

münaqişələrin həlli; 



8)

 

qanunların  məcburi  icrası  və  ya  idarətetmə  üçün  ciddi 



potensial əhəmiyyətə malik problemlərin müəyyən edilməsi

9)

 



cəmiyyətdə  təhlükəsizlik  hissinin  yaradılması  və 

saxlanması; 

10)

 

mülki qaydanın mühafizəsi; 



11)

 

fövqəladə əhəmiyyətli digər xidmətlərin göstərilməsi. 



ABŞ-ın  bəzi  ştatlarında  odlu  silah  əldə  etmək  üçün  formal 

olaraq  yerli  hakimiyyət  orqanlarından  xüsusi  icazə  almaq  tələb 

olunur. Məsələn, Pensilvaniyada şəxs odlu silah aldığı mağazada 

familiya  və  adını,  ixtisasını,  iş  yerini  göstərməklə  anket 

doldurmalı və ona şəxsi imzasını qoymalı, ha 

570

^=

 



belə onun ovvəllor möhkəmə və istintaqa cəlb edilmədiyi və ABŞ 

qanunların pozmadığı haqqında bildiriş blankı doldurmalıdır. Bu 

sənədlər polisə göndərilir. 

ABŞ-da hüquq pozuntularının qarşısını almaq üzrə tədbirlər 

sistemini işləyib hazırlayan orqan ədliyyə departamen- tinə daxil 

olan qanunun məcburi icrası orqanlarına yardım idarəsidir. 

Polis  tərəfindən  gənclərə  daha  böyük  diqqət  yetirilir.  Bu 

fəaliyyət,  bir  qayda  olaraq,  müxtəlif  ictimai  və dini  təşkilatların 

iştirakı ilə həyata keçirilir. ABŞ-da polis zəruri maddi imkanlara 

malik katolik xeyriyyəçi təşkilatlarla xüsusilə sıx əlaqə saxlayır. 

ABŞ-da  yerli  profilaktika  orqanlarının  qurulmasında  vahid 

qayda  yoxdur.  Lakin  son  dövrlər  bu  cür  müxtəlifliyin  aradan 

qaldırılması  meylləri  hiss  olunur.  Bu  mənada  cinayətlərin 

profilaktikası  sahəsində  yerli  polis  orqanları  vəzifələrinin 

qeyri-rəsmi də olsa müəyyən edilməsi böyük rol oynayır. Cinayət 

ədalət mühakiməsinin standart və məqsədləri üzrə milli məsləhət 

komissiyası həmin vəzifələri belə müəyyən etmişdir: 

«Hər  bir  polis  orqanı  gecikdirmədən  aşağıdakıları  nəzərdə 

tutan proqram işləyib hazırlamalıdır: 

-

 



əhalini  cinayətlərin  qarşısının  alınmasında  fəal  iştiraka 

həvəsləndirmək; 

-

 

cinayətkarların  həbsinə  və  mühakiməsinə  aparıb  çıxaran 



informasiya təqdim etmək; 

-

 



oğurlanmış  mülkiyyətin  tanınması  və  aşkar  edilməsini 

asanlaşdırmaq; 

-

 

polisin  özəl  sahibkarlıqla  mühafizə  və  təhlükəsizlik  üzrə 



birgə səylərində əlaqəsini genişləndirmək və möhkəmləndirmək.» 

ABŞ-ın əksər ərazi orqanlarında əhali ilə profilaktiki iş patrul 

xidmətinə  həvalə  edilmişdir.  Metodik  rəhbərlik  daha  çox 

istintaqla bağlı olan xüsusi profilaktika bölmələri tərəfin 



 ----------- 

571

 ------------ 

 


dən həyata keçirilir. Gənclərə kömək şöbəsi polis rəisinin istintaq 

və mühakimə üzrə müavininə tabedir. Əhali ilə əlaqə şöbəsi isə 

əhali ilə əlaqələr idarəsinə daxildir. 

İctimai  qaydanın  mühafizəsi  və  cinayətkarlıqla  mübarizə 

üzrə polisin fəaliyyətinin hüquqi rejimi. 

İstintaq  ABŞ-da  kriminal  polisin  geniş  funksiyasıdır.  Bura 

cinayətlər  və  cinayətkarlar  haqqında  sübutlar  və  informasiya 

toplanmasının müxtəlif forma və metodları,  o cümlədən istintaq 

hərkətləri daxildir. Rəsmi istintaq əməliyyat-axtarış fəaliyyəti ilə 

sıx  uzlaşır,  kriminal  polisin  əməkdaşları  isə  (xüsusi  agentlər, 

axtarış agentləri və s.) həm müstəntiq, həm də detektiv kimi çıxış 

edirlər. 

Cinayət haqqında ilkin məlumat əldə edən və onun istintaqı 

haqqında rəhbərliyin tapşırığını alan kriminal polis əməkdaşı, bir 

qayda olaraq, işin məhkəməyə verilməsinədək onun aparılmasına 

məsul  olur.  Polis  əməkdaşı  toplanmış  materialların  işin 

məhkəməyə  verilməsi  üçün  kifayət  etdiyi  qənaətinə  gəldikdə, 

materiallar  haqqında  yerli  attorneyə  məruzə  edir,  sonuncu  isə 

məhkəmədə  dövlət  adından  ittiham  etmək  hüququna  malikdir. 

Attorney  ya  materialları  məhkəməyə  verir  və  bu  halda  ittihamı 

müdafiə  edir,  ya  da  materialları  əlavə  sübutlar  toplanması  üçün 

polis əməkdaşına qaytarır. O, ümumiyyətlə, ittihamdan imtina da 

edə bilər. 

ABŞ-da  konstitusiyaya  görə,  həbs  bir  qayda  olaraq,  yalnız 

səlahiyyətli orqan tərəfindən yazılı order olduqda həyata keçirilə 

bilər. 


Bəzi ölkələrin praktikasında lutub saxlama geniş yayılmışdır. 

Nyu-York  ştatının  1964-cü  il  qanunu  polisə  ictimai  yerlərdə 

cinayət törədilməsinə yaxın olmasında şübhə edilən istənilən şəxsi 

saxlamaq,  onun  şəxsiyyətini  müəyyən  etmək  hüquqları 

verilmişdir.  Cinayət  törədilməsi  zamanı  orada  olan  bütün 

şəxslərin  polis  tərəfindən  müvəqqəti  tutulub  saxlanması  onların 

dindirilməsi üçün zəruridir. 



=572 ----------  



Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə