Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə186/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   182   183   184   185   186   187   188   189   ...   198

apellyasiya şikayollorino baxılması zamanı çıxış edirlor. Federal 

attorneylər  senatın  razılığı  ilə  ABŞ  Prezidenti  tərəfindən  təyin 

edilirlər.  Bir  çox  ştatlarda  yerli  səviyyədə  attorneylər  əhali 

tərəfindən seçilir. 

Federal attorneylər (onlar hər bir federal məhkəmə dairəsində 

mövcuddur),  ştatların  baş  attorneylər!  və  yerli  (qraf-  hqların, 

şəhərlərin və s,) attorneylər aparatları bəzi hallarda ibtidai istintaq 

da  aparırlar.  Bütün  bu  vəzifəli  şəxslər  müstəqil  fəaliyyət 

göstərirlər və tabeçilik münasibətlərində deyillər. Bundan əlavə, 

hətta  federal  dairə  attorneyləri  konkret  işlər  üzrə  qərarların 

qəbulunda ABŞ Baş attorneyindən asılı deyillər, Əslində, cinayət 

təqibinin başlanmasında və müttəhimin məhkəməyə verilməsində 

həlledici rol bütün səviyyədən olan attorneylərə məxsusdur. 

Ştatların  əksəriyyətində  xüsusi  orqan  -  işlərin  məhkəməyə 

verilməsi üçün ittihamda kifayət qədər sübutun olub-olmamasını 

yoxlayan  və  başlıca  olaraq,  məhkəməyə  vermə  funksiyasını 

həyata  keçirən  16-23  nəfər  andlılardan  ibarət  Böyük  münsiflər 

heyəti fəaliyyət göstərir. Lakin Böyük münsiflər heyətinin ittiham 

aktı əsasında məhkəməyə vermə yalnız daha mürəkkəb işlər üzrə

başlıca olaraq, andlılar məhkəməsi tərəfindən baxılacaq işlər üzrə 

həyata  keçirilir.  Cinayət  işlərinin  əksəriyyəti  üzrə  məhkəməyə 

vermə işində əsas yük isə attorneylər xidmətinin üzərinə düşür. 

Amerikada  baş  attorney  və  ədliyyə  naziri  vəzifələrinin  bir 

şəxsdə cəmlənməsi və onun bu keyfiyyətdə bir sıra sırf inzibati 

xarakterli  funksiyaları  yerinə  yetirməsi,  bütövlükdə  prokurorluq 

orqanlarının ədliyyə departamentinin tərkib hissəsi hesab edilməsi 

həmin orqanı idarəetmə orqanı kimi tanımağa əsas verir. Bu, hər 

şeydən əvvəl, prokurorluğun funksiyalarının dairəsi ilə müəyyən 

edilir.  Çünki  burada  prokurorluq  lap  əvvəldən  cinayət  təqibi 

orqanı  kimi  yaranmışdır  və  hazırda  da  ittihamı  müdafiə 

attorneylərin başlıca funksiyasıdır. 

 -----  ---------  



Q Q J

 ------  




ibtidai  istintaq  orqanları.  ABŞ-m  ibtidai  istintaq 

orqanlarına yerli polis və ştatların polisi, habelə Federal istintaq 

bürosu (FİB) aiddir. Yerli polis və ştatın polisi ştatın qanunu ilə 

məsuliyyət nəzərdə tutulan cinayətlərin istintaqını aparır. 

Böyük şəhərlərdə çox mürəkkəb olmayan və xırda cinayətlər 

üzrə  istintaqı  müvafiq  xidmətlərin  polisi  aparır.  Məsələn, 

avtonəqliyyat hadisələrinin istintaqını yol hərəkətinə nəzarət edən 

polislər aparır. Mürəkkəb cinayətlər üzrə istintaq xüsusi şöbələrin 

polis  detektivləri  (müstəntiqləri)  tərəfindən  aparılır.  Yerli  və  ya 

ştat  səviyyəli  hər  bir  böyük  polis  idarəsində  yalnız  istintaqla 

məşğul olan əməkdaşlar qrupu vardır. 

Federal polis birləşmələrinə FİB, Maliyyə Nazirliyinin məxfi 

xidməti.  Ədliyyə  Nazirliyinin  immiqrasiya  və  naturali-  zasiya 

üzrə Federal Bürosu və s. aiddir. Bu orqanlar polisə aid olmasalar 

da,  ibtidai  istintaq  aparmaq  hüququna  malikdirlər.  Bunlar 

müstəqil  istintaq  orqanlarıdır.*  Onların  istintaq  aparmaq 

sahəsində səlahiyyətləri əsas fəaliyyətlərinin məzmunundan irəli 

gəlir. FİB üçün istintaq aparmaq onun əsas funksiyasıdır. FİB-in 

istintaq  aidiyyətinə  ən  ağır  cinayətlər  aid  edilmişdir:  cəsusluq, 

təxribat, bankların soyulması, uşaqların oğurlanması və s. 

ABŞ ibtidai istintaq orqanlarına attorneylər də aiddir. Onların 

tərkibində bu məqsəd üçün müstəntiqlərin köməkçilərindən ibarət 

ştatlar və koronerlər təşkil olunur. İbtidai istintaq magistrat (aşağı 

məhkəmə  hakimi  tərəfindən  təkbaşına)  və  böyük  jüri  (müəyyən 

müddət ərzində - çox vaxt bir ay fəaliyyət göstərən yerli kollegial 

orqandır)  tərəfindən  aparıla  bilər.  Böyük  jüri  istintaqı  müstəqil 

apara  bilər,  lakin  çox  vaxt  attorneyə,  yaxud  polisə  köməklik 

göstərir. 



Polis orqanları sistcmininin ümumi xarakteristikası. 

Mərkəzi polis orqanları, 

Amerika  Birləşmiş  Ştatlarında  yerli  polis  qurumlarının 

federal  hökümətə  tabeçiliyini  təmin  edən  sistem  təşəkkül 

tapmışdır. 



=56g=- 

^ ------ =- 




Burada polis qüvvələrinin təşkili ölkənin konstitusiya sistemi 

və inzibati-ərazi quruluşu ilə şərtlənmişdir. Buna uyğun olaraq, üç 

səviyyəli (federal, ştatların və yerli) dövlət orqanları mövcuddur 

və polis qüvvələri də bu sistemə uyğun qurulmuşdur. Buna görə 

də  polis  geniş  desentralizasiya  əlamətləri  ilə  xarakterizə  olunur. 

Yerli 


hakimimyyət 

orqanlarının 

ənənəvi 

muxtariyyəti 

hüdudlarında yerli polis orqanları da muxtardırlar. Ştatların polis 

orqanları  isə  bir-birindən  və  federasiyanın  polis  orqanlarından 

asılı  deyildir.  Qeyd  edilənlərə  uyğun  olaraq,  hər  bir  polis 

qurumuna  müəyyən  ərazi  hüdudlarında  həyata  keçirilən 

funksiyalar həvalə olunur. 

Polisdə kadrlarla komplekth^dirmə və xidmət keçmə, 

ABŞ prezidenti tərəfindən yaradılmış komissiya 1967-ci ildə 

bütün ştatların orqanlarına Kaliforniyada polisə daxil olanlar üçün 

müəyyən edilmiş tələbləri rəhbər tutmağı tövsiyə etmişdir. Bura 

daxildir: 

1)

 



ABŞ vətəndaşlığı; 

2)

 



21 yaşa çatma; 

3)

 



cinayətkar keçmişin olmaması; 

4)

 



icbari təhsil; 

5)

 



yaxşı xasiyyət və mənəvi keyfiyyətlər

6)

 



xidmət  üzrə  vəzifələrin  icrasına  mane  ola  bilən  fiziki, 

emosional və psixi qüsurların olmaması; 

7)

 

ünsiyyətə  daxil  olmaq  üçün  qənaətbəxş  qabiliyyəti 



müəyyən edən söhbət aparılması. 

Ayrı-ayrı  hallarda  polis  məmurları  əhali  tərəfindən  seçilir. 

Məsələn, Qərbdə şeriflər seçki yolu ilə vəzifə tuturlar. 

ABŞ-da  federal  polis  orqanlarında  xidmətkeçmə  qaydaları 

həmin  orqanların  daxil  olduğu  idarələrin  rəhbərləri  tərəfindən 

federal  mülki  xidmət  komissiyasının  tələbləri  nəzərə  alınmaqla 

müəyyən edilir. Ayrı-ayrı hallarda federal qanunlar qəbul edilir. 

Ştatların  və  inzibati-ərazi  vahidlərinin  polis  orqanlarında 

xidmətkeçmə qaydaları ştatların, şəhərlərin və s. müvafiq 

 ----------  ------  

— 

569

=

 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə