Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə192/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   188   189   190   191   192   193   194   195   ...   198

müoyyon edilmiş tolobloro cavab vermolidiıior. Xidmətə 18 yaşa 

çatmaqla  24  yaşmadək,  səkkizillik  təhsili  olan  şəxslər  qəbul 

edilirlər.  Burada  məmurlar  müvəqqəti  (2  ildən  12  ilədək)  və  ya 

ömürlük  status  alırlar.  Polis  zabitləri  ömürlük  statusu  ilə  60 

yaşadək qulluqda olurlar. 

Polisin  fəaliyyətinin  əsas  istiqamətləri  və  əsas  polis 

xidmətləri. 

AFR-də ən iri ixtisaslaşdırılmış polis qüvvəsi 20 mindən artıq 

əməkdaşı  olan  federal  sərhəd  mühafizəsidir.  AFR-də  kriminal 

polis xidməti həm federal, həm də torpaqlarda ayrılmışdır. Eyni 

zamanda  mühafizə  xidməti  və  küçə  hərəkətinin  tənzimlənməsi 

xidməti yalnız torpaqlarda ayrılmışdır. 

Almaniyada 1963-cü ildən könüllü polis xidmətləri fəaliyyət 

göstərirlər.  Bura  şəxslərin  seçilməsi  yerli  polis  bölmələri 

tərəfindən  aparılır  və  bu  zaman  könüllülərin  mənəvi,  fiziki 

göstəriciləri  və  intellektual  qabiliyyəti  əsas  götürülür.  Onlara 

dövlətçiliyin,  polisin  hüquq  və  vəzifələrini  tənzimləyən 

normaların,  cinayət  və  cinayət-prosessual  qanunvericiliyinin 

əsaslarının  öyrədilməsini  əhatə  edən  iki  həftəlik  72  saatlıq  ilkin 

hazırlıq  kursu  keçirilir.  Onlara  habelə  polis  forması,  tapanca  və 

dəyənək  verilir.  Silah  yalnız  xidmət  zamanı  onlarda  olur. 

Könüllülərdən,  bir  qayda  olaraq,  kütləvi  tədbirlər  və 

cinayətkarların  və  ya  itkin  düşmüş  adamların  axtarışı  üzrə 

irimiqyaslı əməliyyatların keçirilməsi zamanı istifadə edilir. 

Xüsusi  ixtisaslaşdırılmış  bölmələrin  təşkili  zamanı  onların 

əməkdaşlarının yüksək peşəkarlığına xüsusi diqqət yetirilir. Belə 

bölmələrin  əməkdaşları  öz  təyinatları  sahəsində  istənilən 

əməliyyatı həyata keçirməyə hazır olurlar. 

AFR-də federal kriminal polisinin  təşkili haqqında qanunda 

göstərilir  ki,  federal  kriminal  polisi  baş  təşkilat  olmaqla, 

torpaqların  polis  xidmətlərinə  cinayətlərin  profilaktikası  işində 

göməklik göstərir. 

AFR-in  torpaq  və  ərazi  polis  qurumlarında  profilaktiki 

fəaliyyətin ümumi istiqamətinə görə cavabdehlik işçilərinin 

-= 


=585

 --------------  




əsas  hissəsi  müəyyən  əraziyə  təhkim  edilmiş  kriminal  polisi 

xidmətinin  üzərinə  qoyulmuşdur.  Əhaliyə  nisbətən  birbaşa 

nəzarəti  və  onunla  profilaktiki  işi  mühafizə  polisinin  məmurları 

aparılar. 

İctimai  qaydanın  mühafizəsi  və  cinayətkarlıqla  mübarizə 

üzrə polisin fəaliyyətinin hüquqi rejimi. 

AFR  və  İtaliyada  terrorizmlə  mübarizə  haqqında  qanunlar 

polisə  məhkəmə  instansiyasının  yazılı  göstərişi  olmadan 

vətəndaşların,  onların  mənzilinin,  avtomobil  nəqliyyatının 

axtarışını  aparmaq  və  şübhəli  şəxsləri  tutub  saxlamaq  hüququ 

verir. 

AFR-də  cinayət  təqibi  qanunla prokurorluğun səlahiyyətinə 



daxil  olduğundan  kriminal  polisin  əməkdaşları  əksər  hallarda 

yalnız  əməliyyat-axtarış  tədbirləri  və  ilkin  istintaq  hərəkətləri 

həyata  keçirirlər.  Son  dövrlər  burada  kriminal  polisin 

səlahiyyətlərinin  genişlənməsi  meyli  özünü  göstərir.  Belə  ki, 

federal  kriminal  polis  idarəsi  müstəsna  olaraq  onun 

səlahiyyətlərinə aid edilmiş işlər üzrə tam həcmdə istintaq aparır. 



22.5.

 

İsrail dövlətinin məhkəmə, prokurorluu 

və polis orqanları 

Məhkəmə. Mühakimə aparatının müstəqilliyi qanunla təmin 

edilir.  Hakimlər  dövlət  prezidenti  tərəfindən,  Ali  Məhkəmə, 

vəkillər  kollegiyası  üzvləri  və  ictimai  xadimlərdən  ibarət  olan 

xüsusi komitənin zəmanətilə təyin olunur, hakim vəzifəsi daimidir 

və 70 yaşa çatdıqda mütləq təqaüdə çıxmaqla şərtlənir. 



Məhkəmə sistemi aşağıdakılardan ibarətdir: 

1.

 



Barış məhkəməsi (bir hakim) - mülki və cinayət işlərinə və 

xırda iddialara baxır; 



 -----------------   ------------------------------------ 

=586

 ------------------  


2.

 

Dairə məhkəməsi -(bir ya üç hakim) - barış məhkəməsinin 



qərarları üzrə apellyasiyalara (müraciətlərə) və daha ciddi mülki 

və cinayət iddialarına baxır; 

3.

 

Ali məhkəmə (bir. üç, beş və ya daha çox hakim - tək say 



olmaq şərti ilə) - apellyasiya qəbul edən sonuncu ünvandır; ədalət 

naminə  mühakimə  gedişatma  müdaxilə  etmək;  qanunsuz  həbs 

edilənləri  ya  günahsız  məhkum  olunanları  azad  etmək 

iqtidarındadır;  Ali  ədalət  məhkəməsi,  ilk  və  son  mühakiməçi 

olaraq  hökumətə,  hökumət  idarələrinə  və  rəsmi  şəxslərə  qarşı 

iddialara baxır; 

4.

 

Xüsusi  məhkəmələr  (bir  hakim)  -  hüquqi  səlahiyyətləri 



dəqiq  müəyyənləşdirilmişdir;  nəqliyyat,  istehsalat,  hərbi, 

bələdiyyə, inzibati, yeniyetmələrlə bağlı işlərə baxırlar; 

5.

 

Dini məhkəmələr (bir və ya üç hakim) - vətəndaşların şəxsi 



statusu  ilə  bağlı  (nigah,  boşanma,  alimentlər,  hamilik,  övladlığa 

götürmək)  məsələlər  dini  icma  məhkəmə  qurumlarının 

səlahiyyətlərinə  daxildir;  məzhəblərinə  görə  yahudilər  üçün 

ravvinat  məhkəmələri,  müsəlmanlar  üçün  şəriət  məhkəmələri; 

druz  (təriqət  məhkəmələri)  var.  İsraildə  rəsmən  tanınmış  on 

xristian icmasına mənsub olan xristianlar üçün kilsə məhkəmələri 

fəaliyyət göstərir. 

Prokurorluq.  Dövlət  hüquq  mühafizə  xidmətinin  başçısı 

olaraq,  Dövlət  prokuroru  cinayət,  mülki  və  inzibati  məhkəmə 

proseslərində  dövləti  təmsil  etmək  üçün  fövqəladə  səlahiyyətə 

malikdir.  Dövlət  idarələri  Dövlət  prokurorunun  rəyincə  qanuna 

zidd olan hər hansı hərəkəti, məhkəmə onların qanuni olduğunu 

isbat  etməyincə  əmələ  yetirə  bilməzlər.  Dövlət  prokurorunu 

hökumət  təyin  etsə  də  o,  öz  fəaliyyətində  siyasi  sistemdən  asılı 

olmayaraq tam müstəqil hərəkət edir. 



Polis.  İsraildə,  bütün  dünyada  olduğu  kimi,  polisin  başlıca 

vəzifəsi  cinayətkarlıqla  mübarizə  aparmaq  yolu  ilə  cəmiyyətin 

normal  həyatım  təmin  etməkdən  ibarətdir;  polis  iqtidara  qanun 

icrasında kömək edir, yol hərəkəti qaydalarına 



587

=

 


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə