Molum olduğu kimi, cinayətkarlığa qarşı mübarizonin



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə74/198
tarix14.02.2018
ölçüsü4,37 Mb.
#26865
1   ...   70   71   72   73   74   75   76   77   ...   198

verilmişdir.  Bu  tövsiyələrdən  aşağıdakıları  xüsusilə  qeyd  etmək 

lazımdır: 

-

 

prokurorluq  orqanı  rəhbərinin  hüquqi  vəziyyəti  və  digər 



hakimiyyət  (qanunverici,  icra  və  məhkəmə)  orqanları  ilə 

münasibətlərinin xarakteri hüquq normalarına, habelə funksional 

muxtariyyət  tələblərinə  hörmətlə  yanaşmaqla,  konstitusiya  və 

qanunlarda dəqiq müəyyən edilməlidir

-

 

prokurorluğun  konstitusion  vəziyyətinə  dair  istənilən 



siyasi qərar ölkənin demokratik hüquqi ənənələrini nəzərə almalı 

və ictimaiyyətin etimadını qazanmalıdır; 

-

 

prokurorluğun  təşkilatdaxili  və  ya  dövlətin  digər 



orqanlarına tabeçiliyi prinsipləri prokurorların yalnız qanuna tabe 

olmalarını  və  buna  görə  də  qanunsuz  təsirdən  azad  olmalarını 

nəzərə almalı və insan hüquqlarının heç bir ayrı-seçkilik olmadan 

müdafiəsinə təminat verməlidir

-

 

prokurorluğun  təşkilati  (yəni  konstitusion)  vəziyyəti  ilə 



prokurorların öz funksiyalarını həyata keçirərkən istifadə etdikləri 

funksional muxtariyyət arasında fərq qoymaq mütləq zəruridir

-

 

prokurorların  statusuna  dair  şərtlər  ayrı-ayrı  prokurorları 



funksional  muxtariyyətinin  zəruri  və  obyektiv  təminatlarını 

onların  karyerası  (təyini,  yüksək  səviyyəli  mütəxəssis  kimi 

yetişdirilməsi 

və 


inkişafına 

yardım), 

həvəsləndirmə 

(qiymətləndirmə),  intizam  məsuliyyəti  və  cəzalandırma  kimi 

vasitələrlə müəyyən etməlidir

-

 



cinayət  prosesi  üzrə  milli  qanunvericilikdə  və  bu  sahədə 

beynəlxalq  əməkdaşlıqda  prokurorların  səlahiyyət  və  vəzifələri 

cinayət hüququ və insanın əsas hüquq və azadlıqlarının müdafiəsi 

sahəsində  hamilıqla  qəbul  edilmiş  standartlara  uyğun  şəkildə 

tənzimlənməlidir; 

-

 



prokurorluğun  mülki  prosesə  müdaxiləsi  ümumi 

mənafeyin  və  dövlətin  qanunla  nəzərdə  tutulmuş  xüsusi 

mənafeyinin müdafiəsi məqsədi daşımalıdır; 

-    - - - - - - - - - - - - -    



 = 

226

 



-  nəzarətin  qalan  elementləri  demokratik  qanunçuluğun, 

hüququn  üstünlüyünün,  insanın  əsas  hüquq  və  azadlıqlarının  və 

ictimai maraqların müdafiəsinə yönəlməlidir. 

Beynəlxalq  hüquq  normalarının  tələbləri,  Avropa  Şurasının 

tövsiyələri  prokurorluqla  əlaqədar  problemlərin  həllinə  çox 

kömək  etmiş  və  «Prokurorluq  haqqında»  Qanunda  nəzərə 

alınmışdır. 

13.3.

 

Prokurorluq fəaliyyətinin başlıca 

istiqamətləri və funksiyaları 

Prokurorluq  fəaliyyətinin  öz  xüsusiyyətləri  vardır  və  bu 

fəaliyyət bir neçə istiqamətlərə bölünür. 

Prokurorluğun  fəaliyyətinin  müxtəlif  sahələrə  bölünməsinə 

əsas  səbəb  tədqiqat  obyektlərinin  xüsusiyyəti  və  müxtəlifliyidir. 

Prokurorluq  fəaliyyətini  düzgün  və  vaxtında  yerinə  yetirmək 

məqsədi ilə tədqiqat obyektlərinin xüsusiyyəti və iş üsulu nəzərə 

alınır.  Prokuror  fəaliyyətinin  müxtəlif  sahələrə  ayrılması  işin 

yaxşı təşkili üçün böyük əhəmiyyətə malikdir. 

Prokuror səlahiyyəti daxilində fəaliyyətini həyata keçirərkən 

müxtəlif  üsul  və  formalardan  istifadə  edir  və  yalnız  qanun 

əsasında  fəaliyyət  göstərir.  Prokurorluq  orqanlarının  əsas 

istiqamətləri bir-biri ilə bağlıdır. 

Prokurorluqda 

islahatların 

qanunvericilik 

bazasının 

yaradılması  digər  qanunvericilik  aktlarının  (o  cümlədən, 

Cinayət-Prosessual  və  Mülki-Prosessual  Məcəllələrin)  qəbul 

edilməsi  ilə  sıx  bağlıdır.  Prokurorluğun  statusuna  dair 

ictimaiyyətin, o cümlədən hüquqşünasların dəstəklədiyi qanunun 

işlənib  hazırlanması  və  qəbul  edilməsi  hüquq  sistemində  çox 

ehtiyatla  və  tədricən  həyata  keçirilmiş  islahatlar  nəticəsində 

mümkün olmuşdur. 

«Prokurorluq haqqında» Qanun prokuror fəaliyyətinin, onun 

qanunvericilik qaydasında tənzimlənməsinin onillərlə 

 ---------------  

227

 

 ---------   ----------------------------------------  




toplanmış  təcrübəsini,  elmi  tədqiqatların  nəticələrini,  nəinki 

prokurorluğun müasir hüquqi vəziyyətini, həm də başlıca olaraq, 

onun inkişaf perspektivlərini özündə təcəssüm etmişdir. 

Prokurorluğun funksiyalarının dairəsi ilə əlaqədar Qanunda 

aşağıdakılar öz həllini tapmışdır: 

-

 



hüquqi  dövlət  quruculuğu  şəraitində  Azərbaycan 

Respublikasının hər bir vətəndaşının insan və vətəndaş hüquq və 

azadlıqlarına  dair  konstitusiya  normalarının  təmin  olunması 

prokurorluğun  funksiyaları  sırasında  ön  plana  çəkilmiş  və  onun 

bütün fəaliyyətinin mərkəzində durmuşdur

-

 



prokurorluğun  ənənəvi  ümumi  nəzarət  funksiyasından 

imtina  edilmişdir;  prokurorluq  orqanlarının  dövlət  və  təsərrüfat 

idarəçiliyi və nəzarət orqanlarını əvəz etməməsi, hüquqi şəxslərin 

əməli-təsərrüfat  fəaliyyətinə  müdaxilə  etməməsi,  onların 

hüquqlarına əməl və hörmət edilməsi xüsusilə vurğulanmışdır; 

-

 



hüquqi  və  demokratik  dövlətin  prokurorluğuna  xas 

olmayan funksiyalardan, o cümlədən məcburi xarakterli tədbirlər 

görülməsindən (həbsə sanksiya verilməsindən) imtina edilmişdir. 

«Prokurorluq  haqqında»  Qanunun  4>cü  maddəsinə 

əsasən 

prokurorluq 

orqanları 

aşağıdakı 

başlıca 

istiqamətlərdə  qanunla  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada fəaliyyət göstərir: 

cinayət işi başlayır və ibtidai istintaq aparır; 

ibtidai  istintaqa  prosessual  rəhbərlik  edir  və  qanunlara 

riayət edilməsini təmin edir

təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində 

qanunların icra və tətbiq olunmasına nəzarət edir

məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi 

mübahisələrə  dair  işlərə  baxılmasında  iddiaçı  kimi  iştirak 

edir; 

məhkəmədə  cinayət  işlərinə  baxılmasında  tərəf  kimi 

iştirak edir, dövlət ittihamını müdalıə edir; 

məhkəmə qərarlarından protest verir; 



r^

228

=

 --------------------------------------------------- ^ 




Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə