Monqolların hücumu ərəfəsində Azərbaycanda vəziyyət


Monqolların Azərbaycana ilk yürüşlərinin nəticələri



Yüklə 20,58 Kb.
səhifə3/3
tarix26.10.2023
ölçüsü20,58 Kb.
#131863
1   2   3
2807(5

Monqolların Azərbaycana ilk yürüşlərinin nəticələri. Monqolların Azərbaycana ilk yürüşləri kəşfiyyat xarakteri daşıyırdı. Lakin bu yürüşlər Azərbaycanda siyasi pərakəndəliyin hökm sür­düyünü bir daha sübut etdi. Düşmənə qarşı yekdilliklə mübarizə aparıl­ma­ması monqolla­rın qə­lə­bə­­si­ni təmin etdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi , siyasi və mədəni həyatına böyük zərbə vurdu. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı, yanğınlar törədildi, mal-qara sürülüb aparıldı. İqtisadi vəsiyasi qudrətini itirmiş Atabəylər dövləti ölkədə vəziyyəti nizama salmaq iqtidarında deyildi. Azərbaycanda yaranmış ağır vəziyyət yeni istilaçıların həmlələri üçün imkan yaratdı. 1223-cü ildə qıpçaq dəstələri Şimali Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular. Şirvanda qarətçilik edən qıpçaqlar Arrana gəlib Qəbələ və Gəncəyə tərəf irəlilədilər. Qəbələ şəhəri qıpçaqların yürüşündən böyük zərər çəkdi. Qıpçaqlar Gəncə hakimi ilə danışıqlar apardılar, onun nüfuz dairəsində olan ərazidə yaşamalarına razılıq istədilər və buna nail oldular. Lakin tezliklə qıpçaqlar Gəncədə yerli əhaliyə əziyyət verməyə başladılar, onların əmlakını talayıb özlərini qul etdilər. Qıpçaqlara qarşı Arran, Şirvan, Gürcüstan və Dağıstan əhalisi arasında ittifaq yarandı və nəticədə qıpçaq dəstələri məğlub edildilər. Lakin Azərbaycanın ağır vəziyyətindən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum etdilər, Gəncə qarət edildi.
Ədəbiyyat

  1. Azərbaycan tarixi. Yeddi cilddə. III cild, Bakı,2007.

  2. Z.M. Bünyadov və Y.B.Yusifov. Azərbaycan tarixi, Bakı-2009

  3. Mahmud İsmayıl. Azərbaycan tarixi, Bakı-1997

  4. 3.S. Qaşqay – Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə, Bakı, 2006.

  5. .Vəli Vəliyev, İlyas Babayev, Hidayət Cəfərov, Aida Məmmədova, Yusif Yusifov. Azərbaycan tarixi. Bakı: 2005.

Yüklə 20,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə