Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə83/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

Bildirişlər


1. Ən üstün ayin İbrahimin dininə ardıcıllıqdır.

2. Allah qarşısında təslimçilik və xalqa ehsan ilahi dinlərin üsulundandır.

3. Əqidə məktəbi həm iman, həm də əməl bünövrəsi üzərində möhkəmlənir. Hər biri o biri olmayanda naqisdir.

4. Xalq üçün ən üstün nümunə Allahın Özü üçün seçdikləridir.

5. Batildən üz döndərən hər bir şəxs özünü xəlilullah məqamına hazırlamışdır.
126. ﴿ وَللّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطًا

Göylərdə və yerdə olan yalnız Allaha məxsusdur. Allah daim hər şeyi əhatə edir.”


Nöqtələr


◘Allah bütün məxluqunu tam şəkildə əhatə edir. Qəhr və qələbə əhatəsi, elm və tədbir əhatəsi, yaradılış və dəyişmə əhatəsi uyğun əhatələrdəndir.

Bildirişlər


1. Əgər hər şey Allahındırsa, yalnız Onun hikmətə əsaslanan iradəsi qarşısında təslim olaq. (Əvvəlki ayəyə işarə)

2. İbrahimin dost olaraq seçilməsi (əvvəlki ayədə) Allahın ehtiyacına görə deyil. Seçilmiş insanlar da Onun mülküdür.

3. Elm ilə müşayiət olunan və öz mülkünü kamil şəkildə əhatə edən mütləq malikiyyət Allaha məxsusdur.
127. ﴿وَيَسْتَفْتُونَكَ فِي النِّسَاء قُلِ اللّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَى عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاء الَّلاتِي لاَ تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَن تَقُومُواْ لِلْيَتَامَى بِالْقِسْطِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ كَانَ بِهِ عَلِيمًا

«Qadınlar (onların irsi) haqqında səndən fətva istəyirlər. De ki, onlar haqqında Allah sizə fətva verər. Sizin üçün oxunan Quran ayələri haqqını vermədən evlənmək istədiyiniz yetim qadınlar, müstəzəf uşaqlar haqqındadır. (Sizə fətva verir ki,) yetimlərlə insaflı rəftar edin. Gördüyünüz bütün xeyir işlərdən Allah agahdır.»

Bildirişlər


1. Qadın haqları mövzusu ilkin İslam dövrü müsəlmanlarının müzakirə mövzularından olmuşdur.

2. Qadınların, uşaqların və yetimlərin haqlarının daimi müdafiəsi onlara tarix boyu zülm edilməsinin nişanəsidir.

3. Qadın haqlarının müdafiəsi Allahın dəyişməz hökmüdür.

4. Qanun Allah tərəfindən verilir, peyğəmbər tərəfindən bəyan olunur. Peyğəmbər Allahın hökmlərini bəyan etməyə borcludur.

5. Cahil ənənələrini qəti fətvalarla aradan götürmək lazımdır.

6. Cahilanə düşüncələrə əsasən qadınları irsdən məhrum etməyin.

7. Allah qadınları mülkiyyət sahibi bilmiş və onlar üçün irs müəyyənləşdirmişdir.

8. Yetim qızlarla izdivaca maraqsızlıq onları irsdən məhrum etməklə eyni cərgədədir. Eləcə də, onların irsinə sahib olmaq üçün izdivaca meyl bir növ onlara zülmdür. (Həm meylli olmaq, həm meylsiz olmaq mənasında.)

9. Yetimlərin haqqını qorumaq hamının vəzifəsidir.

10. Müsəlman cəmiyyət yetimlərə münasibətdə ədaləti təmin etmək üçün qiyama qalxmalıdır.

11. Yetimlə ədalətli rəftar xeyir iş nümunəsidir.

12. Məhrumlara xidmət və onların himayəsi unudulmur.

13. İlahi elmə (Allahın xəbərdarlığına) iman xeyir iş üçün ən yaxşı təşviqdir.

14. Allah hadisə baş verməmiş ondan xəbər tutur.


128. ﴿وَإِنِ امْرَأَةٌ خَافَتْ مِن بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلاَ جُنَاْحَ عَلَيْهِمَا أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ وَأُحْضِرَتِ الأَنفُسُ الشُّحَّ وَإِن تُحْسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Əgər qadın ərinin pis rəftarından və ya üz döndərməsindən qorxsa, bir yolla sülhə gəlmələri o iki nəfər üçün qorxulu deyil. (Hətta bəzi haqlara göz yumulsa da,) sülh üstündür. Amma xəsislik və dar baxış nəfslərdə hazırdır (sülhə mane olur). Əgər yaxşılıq etsəniz, təqvalı olsanız, bilin ki, həqiqətən, Allah etdiyiniz işdən agahdır.”


Nöqtələr


◘“Nüşuz” sözü “nəşz” yəni “uca yer” kökündəndir və tüğyan mənasını daşıyır. 34-cü ayədə qadının tüğyanından danışılırdısa, bu ayədə kişinin tüğyanına işarə olur.

◘Qadın haqqında işlədilən “şuhh” sözü qadının yaxşı geyim və bəzəyi tərk etməsidir. Bu söz kişiyə münasibətdə mehriyyənin, nəfəqənin ödənilməməsini və soyuqluğu bildirir.

◘Rafe ibn Xədicin iki arvadı vardı. Onlardan biri yaşlı, digəri cavan idi. Rafe ixtilaflar səbəbindən yaşlı arvadını boşadı. İddəsi tamam olduqdan sonra ona dedi: “Səni bir şərtlə qəbul edib barışaram ki, gənc arvadımı irəli bilməyimə səbir edəsən. Belə olmasa, iddə müddəti tamam olduqdan sonra bir-birimizdən ayrılırıq.” Qadın barışıq təklifini qəbul etdi. Sonra bu ayə nazil oldu.

◘İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Bu ayə arvadından ləzzət almayan, onu boşamaq istəyən kəsə aiddir. Bu qadın deyir: “Məni boşama, əgər istəyirsənsə, başqa bir arvad al, məni də saxla.”1


Bildirişlər


1. İş baş verməmiş əlac etmək lazımdır. Ailədə qarşıdurma boşanmaya çatmamış bir çarə düşünmək zəruridir.

2. Daha üstün məsləhətlə ailəni qorumaq üçün haqdan keçməyin eybi yoxdur.

3. Ailə məsələlərində ilk mərhələ ərlə arvad arasında islahdır. Bu işdə başqalarının müdaxiləsinə yol verilmir. Əgər ərlə arvad razılaşmırsa, başqaları müdaxilə etsin.

4. Ər-arvadın bir-birindən bəhrələnməsi keçiləsi haqdır. Hökm olunmayıb ki, bu işdə dəyişiklik olmasın.

5. Ailə haqqı ərlə arvadın ayrı-ayrılıqda şəxsi haqqından çoxdur. Ailəni qorumaq üçün şəxsi haqdan keçmək lazımdır.

6. Sülh həmişə mal ödəməklə əldə edilmir. Bəzən barışıq üçün haqdan keçmək lazım gəlir. Xəsislik bu işə mane olur.

7. Bir çox ailələrin sarsılmasının rəmzi dar baxış, xəsislik və insanı bürümüş hərislikdir.

8. Kişinin öz cinsi meylini boğub iki arvad arasında ədalətə riayət etməsi təqva və ehsan nümunəsidir.

9. İslamın hüquq nizamı onun əxlaqi nizamından ayrı deyil.

10. İstər haqdan keçmək, istərsə də zövcəyə yaxşılıq Allahın hüzurunda olan işlərdir.

11. Həvəsbaz kişi ləzzət almaq məqsədi ilə əvvəlki arvadını sıxıntıya salsa, ona bir məsələni məcbur surətdə qəbul etdirmək istəsə, bilsin ki, Allah onun əməlindən agahdır.
129. ﴿وَلَن تَسْتَطِيعُواْ أَن تَعْدِلُواْ بَيْنَ النِّسَاء وَلَوْ حَرَصْتُمْ فَلاَ تَمِيلُواْ كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ وَإِن تُصْلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا

(Qəlbən bağlılıqda) arvadlarınız arasında ədalətli rəftar edə bilməzsiniz. Nə qədər çalışsanız da, bu mümkün deyil. Beləsə, öz meylinizi daim bir tərəfə yönəltməyin ki, o biri tərəfi asılı vəziyyətdə (nə ərli kimi və nə boşanmış kimi boşanmış) qoyasınız. Əgər sülh, barışıq və təqva yolunu tutsanız, şübhəsiz, Allah daim bağışlayan və mehribandır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə