Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə84/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

Nöqtələr


◘Səmavi qanunlar insan fitrətinə zidd deyil. İnsan gənc həyat yoldaşına yaşlı həyat yoldaşından daha çox meyl göstərir. Bu səbəbdən də onlarla qəlb bağlılığı yox, rəftarda ədalətli olmaq tapşırılır. Əgər qəlb bağlılığında ədaləti gözləmək mümkünsüzdürsə, əməldə ədalət gözlənilməlidir.1 İslamda insanın gücündən yuxarı vəzifə yoxdur. İnsan öz məhəbbətini bərabər paylamaqda acizdir. Amma rəftarda ədaləti gözləmək zəruridir.

◘Rəvayətdə deyilir: Peyğəmbər hətta xəstə və ölüm astanasında ikən hansı zövcəsinin evində yatmaqda ədaləti gözləyirdi. Həzrət Əli (ə) bir zövcəyə aid olan gündə hətta o biri zövcənin evində dəstəmaz almazdı.2


Bildirişlər


1. Qadını (havada) asılı kimi (nə ərsiz və nə də ərli kimi) qoymaq haramdır.

2. Sülh və təqva ilə həm keçmişdəki zəifliklər bağışlanır, həm də bugünkü qəflətlər əfv olunur.


130. ﴿ وَإِن يَتَفَرَّقَا يُغْنِ اللّهُ كُلاًّ مِّن سَعَتِهِ وَكَانَ اللّهُ وَاسِعًا حَكِيمًا

Əgər onlar ikisi bir-birindən ayrılsalar, Allah onların hər birini Öz kərəm və vüsətindən ehtiyacsız edər. Allah daim açılış verəndir və hikmət sahibidir.”


Bildirişlər


1. İslamda ailə üçün çıxılmaz vəziyyət yoxdur. (İndiki məsihiliyin ziddinə olaraq.) Əgər əfv, sülh, hədd icrası, xəbərdarlıqlar səmərə verməsə, boşanma var.

2. Ailə həyatında çətinlik yarandıqda məyus olmamalıyıq. Sadəcə, yolu dəyişmək lazımdır.

3. İlk addım islah və təqvadır. Son addım ayrılıq və boşanma!

4. Boşanma heç də həmişə pis deyil. Bəzən çıxış yolu yalnız boşanma olur. Boşanma olmayan yerdə ixtilaflar bəzən intihar və qeyri-şəri əlaqələrlə nəticələnir. Boşanma yeni bir həyatın təşkilinə ümid verir.

5. Allah düyünləri açmağa zamindir.

6. Ailə həyatının vüsəti hərə üçün bir cürdür. Kimi üçün izdivac3, kimisi üçün də boşanma çıxış yoludur. Nə izdivacdan, nə də boşanmadan qorxmaq lazım deyil. Vəzifəsinə əməl edən insana Allah ehtiyacsızlıq vəd etmişdir.

7. Ruzi Allahın əlindədir.

8. Boşanmanın qanuniliyi ilahi bir fəzldir və hikmətə əsaslanır.

9. Vüsət və qüdrətdən bəhrələnmə hikmətə əsaslandıqda dəyərli olur. Əks-təqdirdə, uyğun bəhrələnmə təhlükəlidir.
131. ﴿وَللّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا

Göylərdə və yerdə olan Allahındır. Həqiqətən, sizdən qabaq səmavi kitab verilənlərə və sizə də ilahi təqvanı sifariş etdik. Əgər kafir olsanız, göylərdə və yerdə olan Allahındır. Allah daim ehtiyacsızdır və sitayiş olunmuşdur.”


132. ﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَفَى بِاللّهِ وَكِيلاً

Göylərdə və yerdə olan Allah üçündür. Allahın vəkilliyi kifayət edər.”


Nöqtələr


◘Əvvəlki ayədə Allah vəd etdi ki, ərlə arvad bir-birlərindən ayrılacaqları halda hər ikisi Allahın geniş rəhmətindən ehtiyacsız ediləcək.

Bu ayələrdə hər şeyin Allaha məxsus olması ilə anladılır ki, kimsə Allahın boşanmış qadınlara kifayət etməyəcəyini düşünməsin. Kimsə təsəvvür etməsin ki, insanın təqvasının Allaha faydası var və ya Allah insanı qorumağa məcburdur. Çünki göylərdə və yerdə olan Allahındır və Allah istədiyi vaxt sizi aparıb yerinə başqalarını gətirər.

◘Həzrət Əli (ə) insanın Allahla rabitəsi haqqında buyurur: “Nə günah edənlərin günahı Ona zərər vurar, nə də ibadət edənlərin ibadəti Ona fayda verər.”1

Bildirişlər


1. Allahın qadirliyi və mülkiyyət sahibi olması Onun Öz vədlərini yerinə yetirəcəyinə zamindir.

2. Təqva tövsiyəsi bütün peyğəmbərlərin tövsiyəsidir. Bütün dinlərdə bu tövsiyənin təkrarı mühüm tərbiyə üsullarındandır.

3. İlahi göstərişlərin bütün dinlərdə olması onlara əməl edilməsini asanlaşdırır.

4. Göylərin və yerin sahibi olan Allahdan qorxmaq lazımdır, başqalarından yox!

5. Təqvasızlıq küfrə zəmin yaradır.

6. Allah mütləq varlıdır. Göylərə və yerə malik olan Allahın bizim ibadət və imanımıza ehtiyacı yoxdur.

7. Kafirlik insanı Allahın qüdrət dairəsindən çıxarmır.

8. Allah mütləq ehtiyacsız olduğundan sitayiş edilməlidir.

9. Allahın varlığı daimidir.

10. İnsanların iman və təqvasına Allahın ehtiyacı yoxdur.

11. Göylərin və yerin maliki olan varlığa təvəkkül edin.

133. ﴿ إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ وَكَانَ اللّهُ عَلَى ذَلِكَ قَدِيرًا

(Ey xalq,) əgər Allah istəsə, sizi aradan götürər və başqalarını gətirər. Allah bu işə qadirdir.”


Bildirişlər


1. Allahın kafirlərə möhlət verməsinin səbəbi Onun acizliyi yox, hikmətidir.

2. Malik olduğunuz imkan və mövqe daimi deyil. Nəyiniz varsa, Allahın iradəsinə bağlıdır. Özünüzə güvənməyin.


134. ﴿ مَّن كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِندَ اللّهِ ثَوَابُ الدُّنْيَا وَالآخِرَةِ وَكَانَ اللّهُ سَمِيعًا بَصِيرًا

Hər kəs dünya mükafatı istəsə, (bilsin ki,) dünya və axirət mükafatı Allahın yanındadır. Allah daim eşidən və görəndir.”


Nöqtələr


◘İnsan Allahdan həm dünya, həm də axirəti, eləcə də, onlarda olan nemətləri istəyə bildiyi halda, təkcə dünya ilə kifayətlənərsə, dərin yanlışlığa uğramış olar.

◘Küfr və təqvasızlığa meyl səbəblərindən biri dünyanı əldə etmək ümididir. Ayədə bu ümidin gerçəkliyi rədd edilmişdir.


Bildirişlər


1. İnsanda faydalanmaq istəyi var. Quran insanın bu meylindən onun tərbiyəsində istifadə edir.

2. İslam kompleks bir dindir və insanların dünya və axirət səadətini təmin etmək əzmindədir.

3. Həm dünya, həm də axirət Allahın əlindədir. Gəlin diqqətimizi artıraq və maddiyyatdan, dar baxışdan vaz keçək.

4. Dünyanı da Allahdan istəyək. Hər şey Onun əlindədir.

5. Allahdan həm dünya, həm də axirət istəyən möminlər udmuşlar.1

6. İlahi mükafat Allahın bizim əməllərimizdən xəbərdarlığına əsaslanır.

7. Gerçəkdə mömin və müxlis olmaq lazımdır, zahirdə yox! Çünki Allah eşidən və biləndir.
135. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاء لِلّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالأَقْرَبِينَ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقَيرًا فَاللّهُ أَوْلَى بِهِمَا فَلاَ تَتَّبِعُواْ الْهَوَى أَن تَعْدِلُواْ وَإِن تَلْوُواْ أَوْ تُعْرِضُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Ey iman gətirənlər! Daim ədaləti bərpa edən olun. Özünüzün, valideyninizin, yaxınlarınızın zərərinə də olsa, Allah üçün şahid durun. Əgər (çəkişən tərəflərdən biri) varlı və ya fəqir olsa, Allah onlardan daha layiqdir. Nəfs istəklərinə tabe olmayın ki, ədalətə rəftar edə biləsiniz. Əgər dil dolaşdırsanız və ya (haqqa şahidlikdən) çəkinsəniz, (bilin ki,) Allah etdiyiniz işlərdən agahdır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə