Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə85/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

Nöqtələr


◘Ayədəki “təlvu” sözü haqsız danışıq, təhrif, ədalətin icrasında təxir mənasını bildirir.

◘Ayənin bütün sözləri və cümlələri insanları ədalətə təşviq edir. Ədalətli olmaq və ədalətə şahidlik, eləcə də fərdiyyətçilik, millətpərəstlikdən uzaqlıq haqq-ədalət meyarıdır. Nə fəqirlik, nə var-dövlət, nə özüm, nə də qohum-əqrəba!

◘İnsanın şahidliyi bir neçə növdür: Zülmlə mübarizə ruhiyyəsi əsasında varlılara qarşı şəhadət; var-dövlət qazanmaq məqsədi ilə varlıların xeyrinə şəhadət; fəqirə etinasızlıq səbəbindən ona qarşı şahidlik; fəqirə ürək yanğısından doğan şahidlik.

Ayə bütün bu halları batil sayır və yalnız ədalətə əsaslanan şahidliyi qəbul edir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Möminin mömin boynunda yeddi haqqı var. Onların ən vacibi insanın özünün və ya yaxınlarının zərərinə də olmuş olsa haqqı deməkdir.”1

Bildirişlər


1. Ədalətin bərpası vacibdir, həm də iman şərtdir.

2. Ədalət uğrunda qiyam möminin xarakteri olmalıdır. “Qəvvam” sözü ədaləti daim bərpa etmək mənasını bildirir.

3. Qeyri-müsəlmana münasibətdə də ədalətə riayət edilməlidir.

4. Ədalət həyatın bütün sferalarında qorunmalıdır. Ədalətin bərpasında xüsusi bir hal qeyd olunmamışdır.

5. Şahid olmaq və haqqa şəhadət vermək vacibdir.

6. Şahidlikdə niyyət dünyəvi məqsədlərə çatmaq olmamalıdır.

7. İnsanın özünə qarşı etirafı mötəbərdir.

8. İlahi göstərişlər hər hansı yaxınlıqdan öndə gəlir.

9. İnsanın öz xeyrinə, yaxınlarının və fəqirlərin xeyrinə hərəkəti Allahın razılığına əsaslanmalıdır.

10. Fəqirlərin və varlıların gerçək faydası yalan şəhadət yolu ilə təmin olunmayacaq.

11. Qanun qarşısında hamı bərabərdir.

12. Nəfs istəklərinə itaət ədalətin icrasına mane olur. Qohumların, fəqirlərin və varlıların əsas götürülməsi nəfsə itaətin nişanəsidir.

13. Şəhadəti yerinə yetirmək vacibdir. Şəhadəti gizləmək və onu təhrif etmək qadağandır.

14. Ədalətin istənilən bir şəkildə qarşısını almaq və onu təxirə salmaq haramdır.

15. Ədalətin təmininin zamini ilahi elmə imandır.
136. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ آمِنُواْ بِاللّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِيَ أَنزَلَ مِن قَبْلُ وَمَن يَكْفُرْ بِاللّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الآخِرِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا

Ey iman gətirənlər! Allaha, Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və daha əvvəllər nazil olunmuş kitaba (gerçəkdən) iman gətirin. Hər kəs Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə və qiyamət gününə küfr etsə, həqiqətən, azmışdır. Uzun-uzadı bir azğınlıq!”


Nöqtələr


◘Ayə belə mənalandırıla bilər: Ey möminlər! Böyük addım atın, daha üstün dərəcələr əldə edin. İmanınızda həmişəlik möhkəm dayanın, ondan azca kənarlaşmayın.

◘İmanın dərəcələri vardır. Necə ki, başqa ayələrdə də bu məsələyə toxunulur: “Allah hidayət olunanların hidayətini artırır.” (“Muhəmməd”, 17) “Öz imanlarına iman artırsınlar.” (“Fəth”, 4)


Bildirişlər


1. Mömin çalışmalı, daha üstün iman mərtəbəsinə çatmalıdır.1

2. Səmavi dinlər vahid hədəf və həqiqətə malikdir. Necə ki bir mədrəsənin siniflərinə bir müdir rəhbərlik edir.

3. Bütün peyğəmbər və səmavi kitablara iman zəruridir.
137. ﴿ إِنَّ الَّذِينَ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ سَبِيلاً

Onlar ki, iman gətirdilər, sonra küfr etdilər. Növbəti dəfə iman gətirib, ikinci dəfə küfrə uğradılar. Sonra öz küfrlərini artırdılar. Şübhəsiz, Allahın onları bağışlayacağına və doğru yola hidayət edəcəyinə ümid yoxdur.”


Nöqtələr


◘İlkin İslamda kitab əhlindən bir dəstəsi müsəlmanların hüzurunda iman gətirdiklərini bildirdilər. Onlar şübhə yaratmaq üçün yenidən kafir oldular. Küfrə qayıtmalarına səbəb kimi İslamı yetərsiz gördüklərini bildirdilər. Necə ki, yəhudi qövmü əvvəlcə Musaya iman gətirdi, sonra buzovpərəstliyə döndü, daha sonra tövbə edib allahpərəstliyə üz tutdu. Amma yenə də İsanı, İslam peyğəmbərini inkar edib öz küfrlərini artırdılar.

◘Bu ayənin oxşarı ilə əvvəllər də rastlaşdıq və bildirildi ki, belə kəslərin tövbəsi qəbul deyil, onlar gerçək azğındırlar.2

◘Gündə bir rəngə düşmənin səbəbi ya dini araşdırmaların yetərsizliyidir, ya da möminlərin əqidəsində süstlük yaratmaq qorxusu. “Ali-İmran” surəsinin 72-ci ayəsində də bu qurğunun üzərindən pərdə qaldırıldı. Onlar sübhə yaxın iman gətirir, günün sonunda kafir olurlar ki, müsəlmanlar çaşqın vəziyyətə düşsün.

◘Şəbəs ibn Rəbi kimiləri bu ayənin bariz nümunələrindəndir. Tarixi mənbələrdə bildirilir: Bu şəxs peyğəmbər dövründə İslamı qəbul etdi, peyğəmbərdən sonra dindən çıxdı. Sonra tövbə qılıb həzrət Əliyə (ə) qoşuldu. Amma həzrət Əliyə (ə) də sadiq qalmadı və onun komandanlığından çıxıb Nəhrəvan döyüşünü qızışdırdı. Sonra yenə tövbə etdi və imam Həsənlə (ə) imam Hüseynə (ə) qoşuldu. O, imam Hüseynə (ə) dəvət məktubu yazdı, amma Kufədə imamın elçisi Müslümə xəyanət etdi. Kərbəlada Yezidin qoşununa qatıldı və imam Hüseynin (ə) qətlinə şükür əlaməti olaraq Kufədə məscid tikdi.1


Bildirişlər


1. Bütün möminlər üçün dindən çıxmaq təhlükəsi var.(ərəbcə)

2. Əqidə süstlüyü son azğınlıq və ilahi bağışlanmanın əldən verilməsi ilə nəticələnir.



138. ﴿ بَشِّرِ الْمُنَافِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا

Münafiqlərə müjdə ver ki, onlar üçün dərdli əzab var.”


139. ﴿ الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُونِ الْمُؤْمِنِينَ أَيَبْتَغُونَ عِندَهُمُ الْعِزَّةَ فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا

Kafirləri möminlərin yerinə rəhbər və dost tutanlar izzəti onlarınmı yanında axtarırlar? Həqiqətən, bütün izzətlər Allahındır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə