Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə66/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

Nöqtələr


◘Ötən ayə çəkişmələr zamanı Allah və peyğəmbərə müraciət edilməsini tapşırır. Bu ayədə isə mübahisələrin həlli üçün tağuta (zalım hakimlərə) müraciət edənlər tənqid olunur.

◘Bir münafiq müsəlmanla yəhudi arasında mübahisə düşdü. Məsələ mühakimə ilə həll ediləsi oldu. Yəhudi şəxs əmanətdarlıq və ədalətinə görə İslam peyğəmbərinin hakimliyini qəbul etdi. Amma münafiq müsəlman dedi: “Mən yəhudi başçılarından olan Kəb ibn Əşrəfin hakimliyinə razıyam.” Çünki bu müsəlman hədiyyələrlə Kəbi özünə tərəf çəkəcəyini bilirdi. Ayə nazil oldu və həmin şəxs məzəmmət edildi.

◘İmam Sadiqin (ə) təbirincə, tağut haqq əsasında hökm etməyən, Allah əmrinə qarşı çıxan və göstərişinə itaət olunan şəxsdir.1

Bildirişlər


1. Tağutu rədd etməyən iman iman yox, onun xəyalıdır.

2. Dinlərin müştərək hədəfləri və mahiyyəti vardır. Bütün peyğəmbərlərin göstərişlərinə iman zəruridir.

3. Tağutla saziş haramdır.

4. Əvvəlcə haqq yolu göstərin, sonra batil yolu inkar edin.

5. Hətta tağuta müraciət etmək fikri belə məzəmmət olunmuşdur.

6. Şeytanın müvəffəqiyyət səbəbi xalqın tağuta itaət etməsidir.

7. Münafiq, tağut və şeytan eyni cərgədədir və peyğəmbərlərə qarşıdır.

8. Bütün səmavi dinlər tağutun inkarını əmr etmiş və belə məhkəmələrə müraciəti haram saymışdır.

9. Daxili ixtilafların həlli üçün biganələrə müraciət etmək şeytanın istəyidir, həm də qadağandır.

10. Münafiqlər şeytanın iradəsinə tabedirlər. Tağutlar şeytanın tələləri və alətləridir.

11. Tağuta müraciətin nəticəsi dəhşətli bir uçuruma yuvarlanmaqdır.
61. ﴿ وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا﴾

Onlara “(mühakimə üçün) Allahın nazil etdiyinə və peyğəmbərə doğru gəlin” deyildikdə, görərsən ki, bu münafiqlər sənin dəvətinin qəbulundan şiddətlə üz döndərirlər.”


Bildirişlər


1. Münafiqlər Allahın qanunlarına və peyğəmbər göstərişlərinə təslim olmasalar da, biz onları dəvət etməliyik.

2. Peyğəmbərlərin dəvətinin qəbulunda inkişaf və üstünlük var.

3. Kitab və sünnə həmahəngdir. Xalqın iki zidd şeyə müraciət etməsi hikmətdən uzaqdır.

4. Tağuta müraciət və biganələrdən mühakimə istənilməsi münafiqlik xisləti və ruhiyyəsidir. Bu ruhiyyədə olanlar səmavi rəhbərlə müxalif olur və haqq yoldan üz döndərirlər.

5. Münafiq özü arxa çevirməklə kifayətlənmir, başqalarına da bu yolda mane olur.

6. Münafiqlərin iç üzünü açan isə ilahi rəhbərlə müxalifətçilikləridir.

7. Xalqın qəlb imanı münafiqləri bir o qədər də narahat etmir. Onları narahat edən xalqın ilahi rəhbər ətrafında toplaşmasıdır.
62. ﴿ فَكَيْفَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآؤُوكَ يَحْلِفُونَ بِاللّهِ إِنْ أَرَدْنَا إِلاَّ إِحْسَانًا وَتَوْفِيقًا

Əvvəllər gördüyü işlərə görə onlara bir müsibət və çətinlik üz verdikdə sənin sorağına gəlir və Allaha and içirlər ki, hədəfləri yaxşılıq və razılıqdan başqa bir şey olmayıb.”


Nöqtələr


◘Münafiqlər tağutlara müraciətlərinə belə don geydirirdilər ki, mühakimədə tərəflərdən biri hakimdən narazı qalır və onlar kimisə peyğəmbərdən narazı salmamaq üçün və peyğəmbərin mövqeyini və şəxsiyyətini qorumaq məqsədi ilə zalım hakimlərə üz tutmuşlar.

Bildirişlər


1. Təhlükə amili insanın öz işləri olur.

2. İkiüzlü və münafiq müsəlmanlar çətinliyə düşdükləri vaxt ilahi rəhbərin ətəyindən yapışırlar.

3. Zalım hakimlərə (tağuta) müraciətin müsibətləri var. Peyğəmbərlərin yoluna dönüş labüddür.

4. Münafiqlər öz xilaf işlərinə don geyindirirlər.

5. Münafiq öz məqsədlərini pərdələmək üçün Allaha and içir.

6. Bəzən çirkin insanlar müqəddəs sözləri vasitəyə çevirirlər.


63. ﴿ أُولَـئِكَ الَّذِينَ يَعْلَمُ اللّهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِي أَنفُسِهِمْ قَوْلاً بَلِيغًا

Onlar qəlblərindəkini Allah bilən kəslərdir. Onlardan üz döndər (keç), onlara öyüd ver və onlarla qəlblərinə yatan yetərli söhbətlər et.”


Bildirişlər


1. Münafiqlərin səyləri hədərdir. Çünki Allah həm onların niyyətlərindən xəbərdardır, həm də vaxtında onları ifşa edir.

2. Münafiqlər səmimi üzr istəmirlər. Əgər üzrləri həqiqi olsaydı, onlardan üz döndərmək əmri verilməzdi.

3. Rəhbər münafiqlərlə etiraz və moizə üslubunda danışmalıdır.

4. Moizədə münafiqlərə aşkar şəkildə onların aqibətləri ilə bağlı xəbərdarlıq olunmalıdır.


64. ﴿وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ لِيُطَاعَ بِإِذْنِ اللّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا

Biz bütün peyğəmbərləri yalnız Allahın izni ilə itaət üçün göndərdik. Onlar özlərinə zülm etdikləri vaxt sənin yanına gəlsəydilər və Allahdan bağışlanmaq diləsəydilər, peyğəmbər də onlar üçün bağışlanma istəsəydi, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər.”


Nöqtələr


◘Xalqın imanlı, azdırmaq fikrində olanları peşman qoyan, tövbə əhli olması, rəhbərin səmavi, mehriban olması sağlam cəmiyyət və müdiriyyətin səciyyələridir.

◘Peyğəmbərin möminlər haqqında duası qəbul olduğu kimi, xeyir əməl sahibləri və mələklərin də onlar haqqında duaları təsirlidir. Bir ayədə mələklərin xalq üçün, digər bir ayədə isə möminlər üçün bağışlanma istəyi bəyan olunur.1


Bildirişlər


1. Peyğəmbərləri göndərməkdə məqsəd xalqın onlara itaətlə doğru yolu tutmasına nail olmasıdır.

2. İtaət Allaha məxsusdur. Hətta peyğəmbərlərə belə, Allahın izni ilə itaət olunmalıdır. Əks-təqdirdə bu, şirkdir.

3. Rəhbərə itaətsizliyin tövbəsi ona müti olmaqdır.

4. Peyğəmbərlərə arxa çevirib tağuta üz tutmaq insanın öz insanlıq məqamına zülmüdür. (Bu ayənin əvvəlki ayələrlə bağlılığına diqqət edin.)

5. İstər mömin olsun, istərsə də günahkar, bütün xalqın Allahın rəsulu ilə bağlılığı möhkəm olmalıdır. Mömin feyz əldə etmək, günahkar isə şəfaətə çatmaq üçün peyğəmbərlə bağlılığını möhkəmləndirməlidir.

6. Dönüş və tövbə yolu xatakarlar üçün, hətta münafiqlər üçün də açıqdır. (Münafiqlərə aid olan əvvəlki ayələrə görə.)

7. Səmavi rəhbərlərin ziyarəti, onların vasitəsi ilə təvəssül və yardım istəyi Quranın təsdiqlədiyi həqiqətlərdəndir.

8. Peyğəmbər günahları bağışlamır, sadəcə, ilahi əfv üçün vasitə olur.

9. Xatakar əvvəlcə peşman olmalı, haqqa üz tutmalı, sonra Allahla rabitəni möhkəmləndirmək üçün risalət məqamından kömək almalıdır.

10. Günahkarlar məyus olmamalıdırlar. Qayıdış, tövbə, övliyaların ziyarəti ruhi dirçəliş vasitələridir.

11. Həzrət Peyğəmbərin (s) ziyarəti, büdrəmələrin etirafı və tövbə insanın günahlarının yuyulmasında böyük rol oynayır.

12. Əgər xatakarı bağışladınızsa, ona məhəbbət də göstərin.

13. Günah insanla ilahi rəhmət arasında bir hicabdır. Hicab aradan götürülən kimi ilahi mərhəmət əldə olunur.

14. İlahi övliyaların hüzurunda günahların etirafı və tövbə ilahi əfv üçün bir vasitə, zəmindir.


65. ﴿ فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا

Xeyr! And olsun Rəbbinə, nə qədər ki, öz mübahisələrində səni hakim seçməyirlər, qəlblərində sənin mühakimənlə bağlı narahatlıqları var, (sənin mühakimən qarşısında) tam təslim deyildirlər, (həqiqi) iman gətirməmişlər.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə