Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə69/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

Bildirişlər


1. Müsəlmanlar bir-birlərinə münasibətdə dini qeyrət və təəssüb göstərməlidirlər. Onlar bir-birlərinin nalələrinə və fəryadlarına biganə qalmamalıdırlar.

2. İslami cihadın hədəflərindən biri müstəzəfləri zalım hakimlərin zülmündən xilas etməkdir.

3. İslam sərhəd tanımır. Harada müstəzəf varsa, cihad da vardır.

4. İslam ordusu o qədər güclü olmalıdır ki, bütün dünya məhrumlarına nicat verə bilsin.

5. Cihada dəvət üsulunda xalqın hisslərindən faydalanmaq lazımdır.

6. Müsəlmanlara rəhbərlik Allah tərəfindən olmalıdır.


76. ﴿ الَّذِينَ آمَنُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ كَفَرُواْ يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُواْ أَوْلِيَاء الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا

İman gətirənlər Allahın yolunda cihad edirlər. Kafir olanlar isə tağut yolunda döyüşürlər. Beləcə, şeytanın dostları və köməkçiləri ilə döyüşün (və qorxmayın), çünki şeytanın hiyləsi zəifdir.”


Nöqtələr


◘Kafirlərin şeytani hiylələri böyük olsa1 və az qala dağları yerindən oynatsa da,2 bütün bu hiylələr Allahın iradəsi qarşısında süst və zəifdir.

Bildirişlər


1. Kafirlərlə cihad iman şərtidir.

2. İslamda cihad Allahın razılığı və dinin qorunması üçündür. Bu cihadda fatehlik və intiqam istəkləri yoxdur.

3. İlahi və qeyri-ilahi cəmiyyətləri döyüş növündən tanımaq olar.

4. Döyüş və ziddiyyət həmişə olmuşdur və indi də var. Amma əsas məsələ hansı yolda və hansı məqsədlə vuruşmaqdır.

5. Küfr, tağut və şeytan üçbucağı möhkəm ittifaqa malikdir.

6. Mübarizənin iki növünü müqayisə etməklə öz işinizi dəyərləndirin və döyüşə qatılın.

7. Düşmənin planları olsa da qorxmayın, çünki bu planlar zəifdir.

8. Tağut xəttinin və şeytan yolunun sonu əliboşluqdur.


77. ﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّواْ أَيْدِيَكُمْ وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللّهِ أَوْ أَشَدَّ خَشْيَةً وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلا أَخَّرْتَنَا إِلَى أَجَلٍ قَرِيبٍ قُلْ مَتَاعُ الدَّنْيَا قَلِيلٌ وَالآخِرَةُ خَيْرٌ لِّمَنِ اتَّقَى وَلاَ تُظْلَمُونَ فَتِيلاً

Əl saxlayın, namazı bərpa edin, zəkat ödəyin” deyilən kəsləri görmürsənmi? Amma (Mədinədə) onlar üçün cihad müəyyənləşəndə onlardan bir dəstəsi xalqdan (Məkkə müşriklərindən) elə qorxdu ki, sanki Allahdan qorxdu, bəlkə bundan da çox. (Etirazla) dedilər: “Pərvərdigara! Nə üçün bizə döyüşü vacib etdin? Nə üçün bizə yaxın sonluğadək (təbii ölümədək) möhlət vermədin?” De ki, dünyanın bəhrəsi az və dəyərsizdir. Təqva yolunu tutan kəs üçün axirət daha yaxşıdır. Sizə xurma özəyindəki lif qədərincə zülm olunmayacaq.”


Nöqtələr


◘İlkin İslam dövrünün müsəlmanları Məkkənin çətin vaxtlarında peyğəmbərdən müşriklərlə döyüş üçün icazə istəyirdilər və deyirdilər: “İslamdan qabaq rahat idik, indi isə İslama xatir çətinliyə düşmüşük. Döyüşə icazə ver, qoy izzətimizi ələ alaq. Həmin vaxt döyüş barədə vəhy almayan peyğəmbər döyüşə icazə vermədi. Amma hicrətdən sonra cihad əmri gəldiyi vaxt bir zaman cihad tələb edənlərin müəyyən hissəsi etiraz edib bəhanə axtarmağa başladı. Onlar Məkkə kafirlərini güclü sayıb qorxudan tir-tir əsirdilər.

◘Qarşı tərəfin əzəmət və böyüklüyündən yaranan qorxuya “xəşyət” deyilir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Onlar boş şüarlar verirdilər. Ayə nazil oldu ki, əl götürün.”1

◘İmam Baqir (ə) ayənin nümunələrindən biri kimi imam Həsənin (ə) sülhünü göstərir. İmam bildirir ki, bu sülh İslam ümməti üçün günəşin işıq saçdığı şeydən də üstündür.”2

Bəli, məsum imam bəzən imam Həsən (ə) tək atəşkəs əmri verir, bəzən də imam Hüseyn (ə) kimi döyüş və şəhadəti zəruri sayır.

◘Müxtəlif rəvayətlərdə oxuyuruq ki, “əcəlin qərib” ifadəsi imam Mehdinin (ə) qiyamına işarədir. Xalq cihadın həmin vaxtadək təxirə salınmasını istəyirdi.3 Yəni bir dəstə insan elə düşünür ki, imam Mehdinin (ə) qiyamınadək döyüş hökmü verilməməlidir.


Bildirişlər


1. Tarixə diqqət faydalıdır.

2. Bütün inqilabların başlanğıcında çətinliklərə dözmək lazım gəlir.

3. Ötəri hissləri və boş şüarları nəzərdən qaçırmaq olmaz.

4. Allahın göstərişləri xalqın istəyinə yox, həqiqi ehtiyaclara əsaslanır.

5. Qılınc heç də həmişə faydalı olmur. Çətin şəraitdə və hazırlıq olmayanda güclü düşmənə bəhanə yeri qoymaq olmaz.

6. Allahın rəsulundan və ilahi göstərişlərdən qabağa qaçmayın. Dini işlərdə şəxsi üslubunuzu önə çəkməyin.

7. Allahın zikri olan namazla daxili rahatlıq əldə edin. Zəkat vasitəsi ilə iqtisadi boşluqları doldurun.

8. İslamın ibadi məsələləri iqtisadi məsələlərindən təcrid deyil.

9. İbadətlər arasında namaz və zəkatın xüsusi yeri var.

10. Namaz zəkatdan öndə gəlir. (Bu iki ibadətin adı çəkilərkən daim namaz öndə zikr olunur.)

11. Namaz və zəkat göstərişləri cihad göstərişindən qabaq çıxarılmışdır.

12. İnsanın özünü tərbiyə etməsi cəmiyyəti qaydaya salmasından irəlidir. Namaz və zəkat əhli olmayan kəs ixlas və isar əhli də olmayacaq.

13. Tez qızanlar tez də soyuyur. Bəli, qızmış şey soyuyur, amma bişmiş şey yenidən çiy olmur.

14. İnqilabçı olmaq mühüm deyil. İnqilabçı qalmaq mühümdür. Bəzən şüarla əməl arasında böyük fasilə yaranır.

15. Cihad göstərişi xalqın sınaq vasitəsidir.

16. Cihadın tərk olunmasının əsas səbəbi dünyaya bağlılıqdır.

17. Cihad əmrinə etiraz qaynağı qorxudur.

18. Allahın göstərişlərinə və onların verilmə vaxtına etiraz etməyin. İlahi əmr olan yerdə zaman və məkanla bağlı hesabatlarınızı bir kənara qoyun.

19. Allahın əmrinə etiraz təqvasızlıq nişanəsidir.

20. Əgər baxışınız maddi dünyadan uzaq görə bilsə, dünyanın cüzi matahına könül verməzsiniz.

21. Yalnız təqva əhli axirətdə kam alır.
78. ﴿أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِ اللّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُواْ هَـذِهِ مِنْ عِندِكَ قُلْ كُلًّ مِّنْ عِندِ اللّهِ فَمَا لِهَـؤُلاء الْقَوْمِ لاَ يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا

Harada olsanız ölüm sizi yaxalayar. Hətta möhkəm qalalarda olsanız da. Onlara (münafiqlərə) yaxşılıq və qələbə yetişdikdə deyirlər: “Bu, Allah tərəfindəndir.” Bir pislik yetişdikdə isə deyirlər: “Bu, sənin tərəfindəndir.” De ki, hər şey Allah tərəfindəndir. Bu qövmə nə olub ki, heç bir sözü anlamaq iqtidarında deyil?”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə