Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə70/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

Nöqtələr


◘Bu ayə həm cihada təşviq edir, döyüş qorxusunun qarşısını alır, həm də münafiqlərin pis falına cavab verir. Onlar məsələləri düzgün araşdırıb dərk etmək əvəzinə müvəffəqiyyətsizliklərin günahını peyğəmbərin boynuna atırlar.

Bildirişlər


1. Ölümün qəti olduğunu biliriksə, nə üçün döyüşdən qaçmalıyıq?!

2. Rəhbəri bədnam etmək münafiqlərin faydalarındandır.

3. Məsuliyyəti boyundan atıb büdrəmələrə don geyindirməklə öz günahlarımızı başqalarının boynuna atmamalıyıq.

4. Qələbə və məğlubiyyətlər, ölüm və həyat, aclıq və şirinliklər Allahın hikmətli müqəddərat dairəsindən kənar deyil.

5. Bütün acı və şirin hadisələrin mənşəyi Allahdır. Əhrimən, Yəzdan kimi inanclar boş şeydir.

6. Münafiqlər inadkardırlar və haqq sözü qəbul etmirlər.

7. Allahı hər şeyin mehvəri bilmək üçün insanın dəqiq və dərin təfəkkürə ehtiyacı var.

8. Tövhid və Allahın mehvər olmasını dərk etməyənlər heç bir maarifi dərk edə bilməzlər.


79. ﴿ مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّهِ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولاً وَكَفَى بِاللّهِ شَهِيدًا

(Ey insan,) Sənə nə yaxşılıq yetsə, Allahdandır. Pislikdən sənə çatan isə nəfsin ucbatındandır. (Ey peyğəmbər,) Biz səni xalq üçün rəsul göndərdik. Bu barədə Allahın şahidliyi kafidir.”


Nöqtələr


◘İlahi dünyagörüşündə hər şey Allahın məxluqudur.1 Allah hər şeyi gözəl yaratmışdır.2 Allaha aid olan hər bir şey gözəlliklə müşayiət olunan bir yaranışdır. Bizim rastlaşdığımız çətinliklər isə, əvvəla kamilliklərin olmamasıdır. İkincisi, ilahi xeyirlərdən məhrumiyyətin səbəbi fərd və cəmiyyətin özünün əməlinə qayıdır.

◘Alimlərdən birinin dediyi kimi, günəş ətrafında dövr edən yerin bir hissəsi ona görə qaranlıq qalır ki, həmin hissənin arxası günəşə doğrudur. Həmin hissənin qaranlıq qalmasının səbəbi günəşdə axtarılmamalıdır. Günəş daim işıq verir. Beləcə, yerə deyə bilərik: Ey yer! Sənin hansı hissən işıqlıdırsa, o işıq günəşdəndir, hansı hissən qaranlıqdırsa, özün səbəbkarsan. Bu ayədə də insana xitab olunur ki, ona yetişən bütün yaxşılıqlar Allahdan, bütün pisliklər isə onun özündəndir.

◘Quranın həzrət Peyğəmbər (s) haqqındakı xoş sözlərini nəzərə alaraq deyə bilərik ki, “sənin nəfsindəndir” təbiri peyğəmbərə yox, insanın nəfsinə işarədir.

◘Əvvəlki ayədə oxuduq ki, bütün yaxşılıqlar və pisliklər Allah tərəfindəndir. Bu ayədə isə yalnız yaxşılıqların Allah tərəfindən olduğu bildirilir. Qeyd etməliyik ki, pisliklər insandan baş verdiyi üçün ona aid edilmişdir. Amma insan özü və onun iradəsi Allahın hakimiyyəti altında olduğundan bütövlükdə Allaha aid edilir. Necə ki, müəssisədə işləyən fəhlənin buraxdığı nöqsan həm onun özünə, həm də həmin müəssisəyə aiddir.

◘İmam Riza (ə) buyurmuşdur: “Allah insana xitab edir ki, sənin iradə və istəyin də Məndəndir.”3 Bəli, insan Allahın istəyi ilə qərara gələ bilər.

Bildirişlər


1. İlahi dünyagörüşündə bütün yaxşılıqlar və gözəlliklər Allahdandır.

2. Ruhiyyələrin zəifləşdirilməsinə ruhiyyələrin gücləndirilməsi ilə cavab verilməlidir. Münafiqlər pislikləri həzrət Peyğəmbərə (s) aid etdiklərindən ayədə bu baxış rədd edilir.

3. İslam peyğəmbərinin risaləti bütün dünyaya aiddir.

4. Peyğəmbərlər bütün insanlar üçün xeyir vasitəsidirlər.


80. ﴿ مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا

Hər kəs peyğəmbərə itaət etsə, şəksiz, Allaha itaət etmişdir. Hər kəs üz döndərib boyun qaçırsa, Biz səni onlara nəzarətçi göndərməmişik.”


Bildirişlər


1. Peyğəmbərin danışığı və rəftarı eynən Quran kimi höccətdir və onların icrası lazımdır.

2. Peyğəmbər hökumətinin fərmanlarına itaət vacibdir. (Peyğəmbərə itaət dedikdə onun hökumətinin fərmanlarına itaət nəzərdə tutulur. Peyğəmbərin bəyan etdiyi ilahi göstərişlərə itaət isə peyğəmbərə yox, Allaha itaətdir.)

3. Peyğəmbərlər məsumdurlar.

4. Peyğəmbərin əmrləri ilahi əmrlərdən doğmuşdur.

5. İnsan məcbur yox, azaddır.

6. Peyğəmbərlərin vəzifəsi zor yox, təbliğdir.


81. ﴿وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُواْ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللّهِ وَكَفَى بِاللّهِ وَكِيلاً

(Münafiqlər gündüz, sənin hüzurunda) deyirlər: “Mütiyik!” Elə ki, sənin yanından çıxırlar, onlardan bir dəstəsi gecə yığıncaqlarında sənin dediklərinin ziddinə iş görürlər. Amma Allah bu yığıncaqlarda baş verənləri yazır. Onlardan üz döndər və Allaha təvəkkül et. Allahın arxa durması kafidir.”


Bildirişlər


1. Vəfadarlıq və imandan danışan hər yağlı dilə aldanmayın. Çünki münafiqlər şirin dillə özlərini müti göstərmək istəyirlər.

2. Münafiqlərin məxfi gecə yığıncaqları və təşkilatları vardır.

3. Düşmənlər diqqətdən kənarda qalmış, qaranlıq nöqtələrdən faydalanırlar. Düşmənin hiylələrindən qəflətdə qalmayın.

4. Quran hamını eyni şəkildə məzəmmət etmir.

5. Allah münafiqlərin hiylə və qurğularının hesabına çatasıdır.

6. Münafiqlərin məxfi qurğuları müqabilində yalnız Allaha təvəkkül edilməlidir. Təvəkkül müvəffəqiyyət səbəbidir.

7. Allah müsəlmanların və peyğəmbərin himayədarıdır. Allah münafiqlərin qurğuları üzərindən pərdəni qaldırır, qeybi yardımlarla müsəlmanlara kömək edir.
82. ﴿ أَفَلاَ يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا

Nə üçün Quranın mənaları haqqında düşünmürlər? Əgər bu Quran Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, şübhəsiz, onda bir çox ixtilaflar tapardılar.”


Nöqtələr


◘Peyğəmbərə ünvanlanan böhtanlardan biri də bu idi ki, guya Quranı həzrət Məhəmmədə (s) bir başqası öyrətmişdir.1

◘Adətən, bəşər övladının sözlərində və yazılarında zaman keçdikcə dəyişikliklər olur, islahlar aparılır, təzadlar üzə çıxır. Amma iyirmi üç il ərzində döyüş və sülh, qüdrət və zəiflik, qürbət və şöhrət kimi müxtəlif şəraitlərdə nazil olmuş Quranda heç bir ixtilaf və ziddiyyət mövcud deyil. Bəli, Quran dərs oxumamış bir şəxsin dilindən nəql olunmuşdur. Bütün bunlar Quranın bəşər yox, Allah kitabı olduğunu sübuta yetirir.

◘Allah-təala əmr edir ki, hamı bütün əsrlərdə Quranın mənaları haqqında düşünsün. Bu, müxtəlif dövrlərdəki alimlərin Qurandan müəyyən nöqtələri anlayacağına işarədir. Həzrət Əli (ə) Quran mənalarının nəhayətsizliyi haqqında buyurur: “Quran, zənginliyi dərk olunmayan bir dəryadır.”2


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə