Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə67/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

Nöqtələr


◘Mühacirlərdən olan Zübeyr ibn Əvvamla ənsardan olan bir şəxs arasında xurma bağlarını suvarmaq üstündə mübahisə düşdü. Peyğəmbər (s) belə bir mühakimə yürütdü ki, bağın üst hissəsi Zübeyrin olduğundan əvvəlcə bağı o suvarmalıdır. Ənsardan olan şəxs peyğəmbərin mühakiməsindən narahat oldu və dedi: “Zübeyr sənin əmioğlun olduğu üçün onun xeyrinə mühakimə yürütdün!” Peyğəmbərin rəngi dəyişdi və bu ayə nazil oldu. Təəccüblüdür, özləri Allahın rəsulunu mühakimə üçün seçdikləri halda boyun qaçırırlar!

◘İmam Sadiq (ə) buyurmuşdur: “Namaz, həcc və zəkat əmrlərini yerinə yetirib peyğəmbərin işlərinə sui-zənlə yanaşanlar əslində mömin deyildirlər.” Sonra imam bu ayəni tilavət etdi.1


Bildirişlər


1. Üç iş həqiqi iman nişanəsidir:

a) Mühakimə üçün tağuta, zalım hakimə yox, peyğəmbərə müraciət edilməsi.

b) Peyğəmbərin mühakiməsi haqqında sui-zən edilməməsi.

v) Peyğəmbərin hökmünü ürəkdən qəbul etmək və təslim olmaq.

2. İslam zahirən təslim olmaqdan əlavə, ruhi hala, qəlb təslimçiliyinə kamil diqqət yetirir.

3. Mühakimə risalət və vilayət şənindəndir.

4. Peyğəmbərin mühakiməsinə təslim olmağın vacibliyi həzrətin ismət, paklıq nişanıdır.
66. ﴿وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُواْ أَنفُسَكُمْ أَوِ اخْرُجُواْ مِن دِيَارِكُم مَّا فَعَلُوهُ إِلاَّ قَلِيلٌ مِّنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا

Əgər onlara hökm etsəydik ki, ölümə getsinlər (Bizim əmrimizlə bir-birlərini öldürsünlər), evlərindən və məmləkətlərindən çıxsınlar, kiçik bir hissəsi istisna olmaqla bu göstərişi yerinə yetirməzdilər. Əgər onlar öyüd verilən şeyə əməl etsəydilər, onlar üçün üstün və möhkəmlikdə təsirli olardı.”


Nöqtələr


◘Bu ayədə əvvəlki ümmətlər üçün müəyyənləşmiş çətin vəzifələrə işarə olunur. Məsələn, Allah buzovpərəstliyin cəzası olaraq Bəni-İsrailə bir-birlərini öldürmək əmri verdi. Bütpərəstlik kimi böyük bir günahı yumaq üçün bir-birlərini öldürmək və məmləkətdən çıxmaq kimi ağır cəza zəruri idi.

Bildirişlər


1. Möminlər özlərini düzgün dəyərləndirməlidirlər. Bilməlidirlər ki, əgər çətin bir göstəriş verilsə, bunu necə qarşılayacaqlar.

2. İmtahan zamanı çox az insan vəzifənin öhdəsindən gəlir və iddiasını sübuta yetirir.

3. Tağutun küfrü və peyğəmbərə müraciət göstərişi, peyğəmbərin mühakimələrinə təslim olmağın zəruriliyi ilahi moizə və xeyirxahlıqdır.

4. Xeyir və səadət əməldən asılıdır.

5. İlahi hökmlər Allahın moizələridir.

6. Allah yolunda qədəm götürdükcə addımlarımızın möhkəmliyi və imanımız artır.

7. Əməl insanın ruhuna təsir göstərir. Hökmlərə əməl edilməsi imanın möhkəmlənməsi səbəbidir.

8. İlahi təklif zahirdə ağır gəlsə də, insanın xeyrinədir.


67. ﴿ وَإِذاً لَّآتَيْنَاهُم مِّن لَّدُنَّـا أَجْراً عَظِيمًا

Bu surətdə, şübhəsiz, Biz Öz tərəfimizdən onlara böyük mükafat verərdik.”


68. ﴿ وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُّسْتَقِيمًا

Hökmən onları doğru yola hidayət edərdik.”


Bildirişlər


1. Xeyir, sabitqədəmlik, böyük mükafat, doğru yola çıxmaq moizə və insanın səyi sayəsində mümkün olur.

2. Xeyir yolda qədəm götürmək daha uca və daha çox xeyirə çatmaq səbəbidir.


69. ﴿ وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا

Hər kəs Allaha və peyğəmbərə itaət etsə, belələri (qiyamətdə) Allahın nemət verdiyi kəslərlə həmdəm olarlar. Peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər kimiləri ilə! Bunlar necə də yaxşı həmdəmlərdir!”


70. ﴿ ذَلِكَ الْفَضْلُ مِنَ اللّهِ وَكَفَى بِاللّهِ عَلِيمًا

Bütün bu fəzllər Allah tərəfindəndir. Agahlıq üçün Allah bəs edər.”


Nöqtələr


◘“Həmd” surəsində “doğru yol” ifadəsi ilə yanaşı “nemət verilmişlər” ifadəsi zikr olunmuşdur. Bu yanaşılıqla ikinci dəfə 68-69-cu ayələrdə rastlaşırıq. Belə görünür ki, peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdən savay doğru yolla gedən yoxdur. Doğru yol qəti şəkildə bu dörd zümrədən birinə aiddir.

◘Rəvayətlərdə siddiqlər kimi məsum imamlar və həzrət Fatimə (ə) təqdim olunur. Şəhidlər dedikdə ya cihad meydanında öldürülənlər, ya da qiyamətdə əməllərə şahid olanlar nəzərdə tutulur.

◘Peyğəmbərlərlə yoldaşlıq dünya həyatında hamıya müyəssər olmur. Demək, ayədə axirət yoldaşlığı nəzərdə tutulmuşdur.

Bildirişlər


1. Peyğəmbərlər və şəhidlərin yolu, yaxşı insanlarla yoldaşlıq yalnız Allah və Onun rəsulunun göstərişlərinə itaət sayəsində əldə olunur.

2. Yaxşı yoldaş peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdir. Dünya dostlarını da bu meyarlarla seçmək lazımdır.

3. Peyğəmbərə itaət Allaha itaətdir. Demək, peyğəmbərə itaətin tövhid əqidəsi ilə ziddiyyəti yoxdur.

4. Peyğəmbərə itaətin mükafatı bütün peyğəmbərlərlə yoldaşlıqdır. Çünki bütün peyğəmbərlər eyni bir nurdurlar və bir hədəfə malikdirlər. Bir peyğəmbərə itaət bütün peyğəmbərlərin yolunu getməkdir.

5. Allahın hər şeydən xəbərdar olması vəzifənin yerinə yetirilməsində ən təsirli təşviqdir.

6. Peyğəmbərlik məqamı siddiqlərin, şəhidlərin və salehlərin məqamından ucadır. (Çünki peyğəmbərlər o biri zümrələrdən öndə zikr olunmuşlar.)


71. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ خُذُواْ حِذْرَكُمْ فَانفِرُواْ ثُبَاتٍ أَوِ انفِرُواْ جَمِيعًا

Ey iman gətirənlər! (Düşmən qarşısında ayıq olun və hazırlıq əlaməti olaraq) silahınızı götürün. Ayrı-ayrı, nizamsız dəstələr şəklində və ya birlikdə düşmənə doğru hərəkət edin.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə