Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə71/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

Bildirişlər


1. Quranın mənaları haqqında düşünməmək Allahın məzəmmətinə səbəb olur.

2. Quranın mənaları haqqında düşüncə nifaqın, qarşıdurmanın şəfalı məlhəmidir.

3. İslamda Qurana qovuşma yolu təqlidçilik yox, düşüncədir.

4. Quran hamını düşüncəyə səsləyir. İnsan dərrakəsi ilahi maarifi dərk etmək gücündədir.

5. Quranda ziddiyyət və ixtilaf olmasını güman etmək səthi baxış və diqqətsizlik nəticəsidir.

6. Quran peyğəmbər risalətinin haqlı olması dəlilidir.

7. Quran ayələrinin ziddiyyətsiz olması bu ilahi kitabın dəyişməz bir vücud tərəfindən göndərilməsi nişanəsidir.

8. Allah tərəfindən olan hər bir şey haqq, sabit, ziddiyyətsiz və nöqsansızdır.

9. Qeyri-ilahi qanunlarda daim ziddiyyət və nöqsan müşahidə olunur.

10. İxtilaf, dəyişmə və islah bəşərə aid nəzəriyyələrin şərtidir.

11. Hər bir ideologiyanı puça çıxarmaq üçün onda ziddiyyət və nöqsanlar tapılması kifayətdir.
83. ﴿وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً

Onlara (münafiqlərə) aman və ya qorxu haqqında bir xəbər gəldikdə onu faş edib yayırlar. Halbuki onu (yaymazdan qabaq) peyğəmbər və öz iş başçılarına bildirsəydilər, şübhəsiz, onlar düşüncə və dəlil əhli olduqlarından həqiqəti anlayardılar. Əgər Allahın fəzl və rəhməti sizə olmasaydı, bir qisminiz istisna olmaqla, şeytana itaət edərdiniz.”


Nöqtələr


◘Gizli xəbər və şayiələrin yayılması daimi müsəlmanlara zərbə vurmuşdu. Sadəlövhlük, intiqam, zərbə vurmaq, vasitə olmaq, maddi tamah, özünü göstərmək, məlumatları faş etmək adətən sirlərin açıqlanmasına səbəb olur. İslam hərtərəfli bir din olduğundan bu məsələyə yer ayırıb uyğun ayədə hərbi sirlərin açıqlanmasını məzəmmət edir. Qələbə və ya məğlubiyyət xəbəri rəhbərə verilməmiş yayılırsa, bu, yersiz qürur və əsassız qorxu amilidir. Əgər ilahi xəbərdarlıqlar və diqqət olmasaydı, müsəlmanlar bu yolda şeytanın hədəfinə daha çox tuş gələrdilər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Bizim sirrimizi faş edən kəs üstümüzə qılınc çəkmiş kəs kimidir.”1

◘İmam Baqir (ə) buyurmuşdur: “Ayədə dəlil əhli deyilərkən məsum imamlar nəzərdə tutulur.”2

Bildirişlər


1. Əmniyyətlə bağlı məlumatların sirr saxlanılması və qorunması müsəlmanların vəzifəsidir. Bu sayaq sirləri faş etmək haramdır.

2. Şayiələr yaymaq münafiqlərin üsuludur. (Əvvəlki ayələrə görə.)

3. Cəbhə xəbəri və hərbi sirr əvvəlcə rəhbərliyə çatdırılmalı, götür-qoydan sonra məsləhət olarsa yayılmalıdır.

4. Avam və sadə xalq sübut əhlinə müraciət etməlidir.

5. Əmr sahibləri (“ulul-əmr”) möminlərin öz arasından olmalıdır.(ərəbcə)

6. Müsəlmanların hökuməti, təşkilatı və rəhbəri olmalıdır. Əmr sahibi dövlət, hökumət və qüdrət sahibidir.

7. Hərbi, siyasi və təhlükəsizliklə bağlı məsələlər ictihad və düşüncə sahibi olan müdiriyyətin nəzarəti altında olmalıdır.

8. Təhlükəsizlik xəbərlərinin və ictimai sirlərin nəzarət altında saxlanılması, taleyüklü xəbərlərin toplanılması üçün təşkilatın təsisi, zəruri məlumatların xalqa çatdırılması rəhbərlik vəzifələrindəndir.

9. Vilayət və fəqihlik arasında sıx rabitə var. Əmr sahibi düşüncə əhli olmalıdır.

10. Mahiyyətin dərki (istinbat) təkcə fiqhi hökmlərə aid deyil.

11. Xəbərlərin cərəyanı və onların araşdırılmasında səlahiyyətli mərcənin qərar verilməsi yolu ilə fitnənin aradan qaldırılması ilahi fəzl və rəhmət nümunələrindəndir.

12. Allahın rəsulu və əmr sahiblərinin xalqın müraciət yeri kimi təyini və xalqın şeytana itaətdən xilas edilməsi Allahın ən böyük fəzl və rəhmətidir.

13. Düzgün mərkəzləşmə çaşqınlığa mane olur. Rəhbərsiz cəmiyyət şeytanın tilovuna düşür.

14. Hərbi xəbərlərin yayılması və ilahi rəhbərlərə müraciət edilməməsi şeytana itaətdir.

15. Xalqın əksəriyyəti şayiələrə uyur.
84. ﴿ فَقَاتِلْ فِي سَبِيلِ اللّهِ لاَ تُكَلَّفُ إِلاَّ نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللّهُ أَن يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُواْ وَاللّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنكِيلاً

Allah yolunda döyüş ki, səndən başqası (bu işə) vəzifəli deyil. Möminləri (cihada) rəğbətləndir. Bəlkə Allah kafirlərin zərərinin qarşısını alsın. Allah çox qüdrətlidir və cəzası çox dərdlidir.”


Nöqtələr


◘Kafirlər Ühüddə qalib gəldikdən sonra Əbu-Süfyan qürurla dedi: “Müsəlmanlarla kiçik Bədr mövsümündə (Bədrdə zil-qədə ayında keçirilən bazar) növbəti dəfə üzbəüz gələcəyik.” Vəd olunmuş vaxt çatdıqda peyğəmbər xalqı cihada dəvət etdi. Bir dəstə Ühüddə məğlubiyyət səbəbindən cihada getmək istəmədi. Yuxarıdakı ayə nazil oldu. Peyğəmbər xalqı növbəti dəfə cihada çağırdı. Yetmiş nəfər hazırlığını bildirsə də, döyüş baş vermədi və müsəlmanlar sağ-salamat Mədinəyə qayıtdılar.

◘“Nükul” qorxu səbəbindən imtina mənasını bildirir. “Tənkil” isə qarşı tərəfi fikrindən döndərmək mənasını ifadə edir. Cəza, hədd “tənkilə” misal ola bilər.

◘İmam Sadiq (ə) buyurmuşdur ki, tənha qaldığı halda heç bir peyğəmbərə cihad əmri verilməmişdir. (“Təfsire Safi”)

◘İmam Baqir (ə) buyurmuşdur: “Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) bütün döyüşlərə şəxsən özü komandanlıq edirdi.”1


Bildirişlər


1. Rəhbər başqalarının önündə getməlidir.

2. Əgər müsəlmanlar müstəzəflərin nalələrinə biganə qalsalar, rəhbər təkbaşına hərəkət etməlidir.

3. Rəhbər o qədər qəti olmalıdır ki, cihad zamanı yanında kimsənin olub-olmaması təsirsiz olsun.

4. Hər kəs öz işinə məsuldur.

5. Xalqa yox, Allaha bağlanmaq lazımdır.

6. Peyğəmbərlərin vəzifəsi məcbur etmək yox, təşviq və dəvətdir.

7. Cəbhə və cihadın güclü təbliğata ehtiyacı var.

8. Bizim vəzifəmiz qiyam və cihaddır. Düşmənin məğlubiyyəti Allahın işidir.

9. İlahi qüdrət bütün güclərin fövqündədir; bu qüdrət möminlər üçün ümid, müxaliflər üçün hədə-qorxudur.
85. ﴿ مَّن يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُن لَّهُ نَصِيبٌ مِّنْهَا وَمَن يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُن لَّهُ كِفْلٌ مِّنْهَا وَكَانَ اللّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقِيتًا

Hər kəs yaxşı işə havadar olsa, mükafatdan pay alacaq. Hər kəs pis işə havadar olsa, cəzadan pay götürəcək. Allah hər şeyə nəzarətçidir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə