Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə72/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

Nöqtələr


◘“Muqit” dedikdə digərinə güc verən, onun canını qoruyan, bir sözlə, hifz edən, hesab aparan kəs nəzərdə tutulur.

◘Ötən ayədə hər kəsin öz işinə məsul olduğu bildirildi. Bu ayədə isə yaxşı və pis işə dəvət və havadarlığın təsirləri bəyan olunur.

◘Moizə, dostluğa çağırış, tədris, cəbhəyə təşviq, yaxşı işə yardım yaxşıya havadarlığın nümunələridir. Hədisdə başqaları haqqında dua, əmr be məruf, hətta yaxşı işə işarə yaxşıya havadarlığın nümunəsi kimi göstərilmişdir. (“Təfsire-Safi”) Qeybət, söz gəzdirmək, iş pozmaq, böhtan, fitnə, cəbhədən çəkindirmək, vəsvəsə və fitnə pisliyə havadarlıq nümunələridir.

Bildirişlər


1. Fərdiyyətçilik və guşənişinlik İslamda qadağandır.

2. Yaxşı və pisə dəvət mükafat və cəzaya şərik olmaqdır.

3. Məhdudiyyətlər səbəbindən hər işə birbaşa müdaxilə etmək olmur. Amma xeyir havadarlıqla ondan bəhrələnmək olar.

4. Dəllala haqq ödənməlidir. Xeyriyyə və ya ticarət işlərində vasitəçilik edənlərin haqqı var.

5. Havadarlıqda Allahı nəzərdən qaçırmaq olmaz.

86. ﴿ وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا

Əgər sizə salam versələr, onu verildiyindən də yaxşı şəkildə cavablandırın. Ya da (heç olmasa) olduğu kimi cavab verin. Allah daim hər şeyi hesaba alır.”


Nöqtələr


◘“Təhiyyət” dedikdə başqalarına salam vermək və ya istənilən bir şəkildə başqasına salamatlıq arzulamaq nəzərdə tutulur. Məsələn, hədiyyə vermək də təhiyyətdir. Bir kəniz imam Həsənə (ə) bir dəstə gül verdiyi üçün imam onu azad etdi. Xalqın sualına isə həmin bu ayə ilə cavab verdi.

◘İslamda başqalarına salam vermək tövsiyə olunur. Qarşı tərəfi tanıyıb, tanımamaq şərt deyil. Salam verməkdə xəsislik göstərən şəxs xəsis adam kimi sayılmışdır. Peyğəmbər (s) hətta uşaqlara da salam verirdi.

İslamın tərbiyə proqramında salamı təkcə kiçiklər böyüyə vermir. Hətta Allah, peyğəmbər və mələklər möminləri salamlayır.1 (Rəvayətlərdən salam qaydalarını öyrənin.)

Bildirişlər


1. Bir-birinizlə dostluq əlaqələrini isidin.

2. Xalqın ehsanını qaytarmaq rəva deyil. Onu qəbul edib bir yolla əvəzini çıxmaq lazımdır.

3. Məhəbbət və hədiyyələrin cavabını təxirə salmaq olmaz.

4. İslamda daha yaxşı mükafat vermək müstəhəbdir.

5. Başqalarının yaxşılığına cavab verərkən əvvəlcə daha yaxşı cavab axtarın. Əgər alınmasa, oxşar şəkildə cavab verin.

6. Döyüşdə düşmən sülh təklif edərsə, siz daha çox rəhmət göstərib qəbul edin. Ya da eynən qarşı tərəf kimi hərəkət edin.

7. Cavabsız qalmış salamlara görə nigaran olmayın. Xalq cavab vermədikdə Allah bu hesabı aparır. Xalqın hisslərini cavabsız buraxmayın ki, Allah hesabınıza yetişər.
87. ﴿ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا

Allahdan savay heç bir məbud yoxdur. Heç bir şübhə olmayan qiyamət günündə hamınızı toplayar. Allahdan düz danışanı kimdir?!”


Bildirişlər


1. Həm ilkin yaranış, həm də məad Allahın əlindədir.

2. Qiyamət hamının hesab üçün toplandığı gündür. Demək, yalnız Allahın razılığını qazanmaq üçün çalışmaq və yalnız Ona pərəstiş etmək lazımdır.

3. Məadın həqiqət olmasına o qədər dəlil var ki, (məsələn, Allahın ədaləti, Allahın hikməti, təbiətdə qiyamət nişanələri, təbiətin qışda ölümdən sonra yenidən dirçəlişi, yuxu və oyanmaq, hüceyrələrin yenidən yaranması...) bu mövzuda şübhəyə heç bir yer yoxdur.

4. Qəflət, bixəbərlik çox olan yerdə tərbiyəçi daha qəti xəbərdarlıqlar etməlidir. (Ayədə “lam” və “nun” hərfləri vasitəsi ilə gerçəkləşən təkidlərin səbəbi insanı qiyamətə münasibətdə qəflətdən oyatmaqdır.)


88. ﴿ فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللّهُ أَرْكَسَهُم بِمَا كَسَبُواْ أَتُرِيدُونَ أَن تَهْدُواْ مَنْ أَضَلَّ اللّهُ وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً

Nə üçün əməllərinə görə Allah tərəfindən pis hala salınmış münafiqlərə münasibətdə iki dəstəyə bölünmüsünüz?! Yoxsa Allahın azdırdığını yola gətirmək istəyirsiniz?! Allahın azdırdığı kəsi xilas etmək üçün heç vaxt yol tapmayacaqsan.”


Nöqtələr


◘“İrkas” sözü devrilmiş, pis hala salınmış mənasını verir. “Ərkəsəhum” sözü ayədə münafiqlərin fikir dağınıqlığına işarədir.

◘Bir neçə ayə əvvəl xeyir və şər işdə vasitə və şəfaət haqqında bir ayə oxuduq. Bu ayədə isə münafiqlər üçün şəfaətin bir nümunəsi bəyan olunur.

◘Məkkədə bir dəstə insan zahirdə müsəlman olmuşdu. Onlar Mədinəyə hicrət etməmişdilər və əməldə müşriklər ilə bir idilər. (Bəlkə də casusluq məqsədi ilə) sonradan hicrət etdikləri vaxt möminlər onlara birmənalı yanaşmadılar. Bəziləri dedilər ki, bu insanlar tövhid və məada şəhadət verdiklərindən onlarla müsəlman qardaş kimi rəftar olunmalıdır. Başqaları hicrət etmədikləri və kafirlərlə həmkarlığa qatıldıqları üçün onlarla mənfi rəftar edilməsini tələb edirdilər. Bu vaxt həmin ayə nazil oldu.

Bildirişlər


1. Peyğəmbər kimi rəhbər olan yerdə parçalanma ciddi məzəmmət olunmuşdur.

2. Münafiqlərlə üzbəüz dayanmaq üçün qətilik və birlik lazımdır.

3. İnsanın süqut səbəbi onun öz əməlləridir.

4. “Anadan da mehriban dayə olmayın”. Özünü süquta aparana ağlamaq nə üçün?

5. Günah boxçası dolan vaxt Allahın qəhr və qəzəbi qəti olur. Allahın qüdrəti qarşısında bütün amillər təsirsizdir.

6. İlahi qanunlar əsasında, öz əməllərinə görə doğru yoldan çıxan şəxsi hətta peyğəmbər də xilas edə bilməz.


89. ﴿وَدُّواْ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُواْ فَتَكُونُونَ سَوَاء فَلاَ تَتَّخِذُواْ مِنْهُمْ أَوْلِيَاء حَتَّىَ يُهَاجِرُواْ فِي سَبِيلِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدتَّمُوهُمْ وَلاَ تَتَّخِذُواْ مِنْهُمْ وَلِيًّا وَلاَ نَصِيرًا

Onlar (münafiqlər) sizin də onlarla bərabər kafir olmağınızı istəyirlər. Nə qədər ki, (tövbə və) Allah yolunda hicrət etməyiblər, onları dost tutmayın. Əgər boyun qaçırsalar (kafirlərlə həmkarlıqlarını davam etdirsələr), onları harada tapsanız öldürün. Onlardan heç bir dost və yardımçı tutmayın.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə