Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə74/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

Nöqtələr


◘Əyyaş ibn Əbu Rəbiə adlı bir müsəlman Məkkədə uzun illər Haris adlı biri tərəfindən işkəncələrə məruz qalmışdı. Bir gün o, Mədinəyə hicrətdən sonra Harisin İslamı qəbul etməsindən xəbərsiz olduğu halda onu şəhərdə görüb kafir ünvanı ilə öldürdü. Xəbər həzrət Peyğəmbərə (s) çatdı. Bu ayə nazil oldu.

◘Diyə (qan bahası) ödəməyin təsirləri var:

a) Diyə öldürülənin ailəsi üçün məlhəmdir.

b) Diyə xalqda yersiz düşüncələrin qarşısını alır. Kimsə deyə bilmir ki, səhvən adam öldürməyin əvəzi yoxdur.

v) Diyə fərdlərin həyatına və cəmiyyətin əmin-amanlığına ehtiramdır.

q) Diyə qətl nəticəsində ortaya çıxan iqtisadi ödənişdir.

◘Öldürülənin yaxınları müsəlmanların düşmənlərindən olsa, onlara qanbahası verilmir. Əgər belə bir diyə ödənsəydi, düşmənlərin iqtisadi durumu güclənərdi. Bundan əlavə, İslam öldürülən möminlə onun kafir ailəsi arasında rabitəni qırır. Belə bir halda əvəz ödəmək üçün səbəb qalmır.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Bir qul azad etmək Allah haqqının, diyə vermək isə öldürülənin ailəsinin haqqının ödənməsidir.”1

◘Kamil bir diyə, qanbahası adi bir şəxsin qazancı qədərdir. Bu diyə min misqal qızıl, ya yüz dəvə, ya da iki yüz inək miqdarında təyin olunmuşdur.2

◘Ayədə diyə miqdarı bəyan olunmamışdır. Bu məsələnin örtülü qalması həqiqi Quran təfsirçilərinə, peyğəmbər və Əhli-beyt buyruqlarına ehtiyacı daha çox hiss etdirir.

◘Öldürülən müsəlmandırsa, onun ailəsinə ödənəsi diyə əvvəlcə bir qul azad etmək, sonra qanbahası ödəməkdir. Ailə kafir olduqda, əvvəlcə söhbət qanbahasından, sonra qul azad edilməsindən gedir. Bəlkə də bunun səbəbi qeyri-müsəlmanların maddiyyata daha çox önəm verməsidir. Diyə ödəməklə mövcud olan peymanlar hifz oluna bilər.

Bildirişlər


1. Günahsızın qətlə yetirilməsi İslamda haramdır.

2. Qətl imanla uyuşmur.

3. Mömin xata edə bilər. Ona görə diqqətli olmalıdır.

4. Müsəlmanın həyatı o qədər hörmətlidir ki, onun səhvən öldürülməsi də asanlıqla bağışlanmır.

5. Səhv cəzanın yüngülləşdirilməsində əsas meyardır.

6. Möminin həyatının bahası imanlı qulun azad edilməsidir.

7. Azad edilmə də bir növ həyatdır. Əgər bir nəfərin həyatı alınırsa, bir başqasının həyatı əvəz olaraq azad edilməlidir.1

8. Qulların azad edilməsi İslam proqramı boyu izlənilir.

9. Diyə verilməsi öldürülənin ailəsinin istəyindən asılı deyil. Qatilin vəzifəsi diyə ödəməkdir.

10. Hər kəsə diyə verilməməlidir. Diyə öldürülənin ailəsinə verilməlidir ki, haqq öz sahibinə çatsın.

11. Öldürülənin ailəsi qanbahasının sahibidir.

12. Xatakara diyə təyin olunması İslam quruluşunda cərimənin mövcudluğu rəmzidir.

13. Əsəbi, həyəcanlı hallarda da insani hisslər və mərhəmət unudulmamalıdır. Xatakarı bağışlamaq özü də bəyənilmiş bir sədəqədir.

14. İman o qədər dəyərlidir ki, bəzən kafiri də möminlər cərgəsinə qatır. Həmpeyman kafirə də qanbahası ödənməlidir.

15. Cərimə növü bir tərəfdən möminlərin faydasına olmalı, digər bir tərəfdən kafir cəmiyyəti gücləndirməməlidir. Ona görə də silahlı (hərbi) düşmənə diyə ödəmək qadağandır.

16. Qul azad olunmasında imanın şərt qoyulması qulları İslamın qəbuluna həvəsləndirir.

17. İslam və onun qanunlarında çıxılmaz vəziyyət yoxdur. İslam hökmləri yüngülləşdirə bilsə də, tamamilə aradan götürmür.

18. İslamda cərimə fərdlərin fiziki və iqtisadi gücü miqdarındadır.

19. Ardıcıl tutulan oruc ruhu paka çıxarmaq vasitəsidir.

20. İslam fərdlərin imanına istinad edir. Qul azad olunması və diyə ödənməsi müşahidə olunan işlərdirsə, oruc tutmaq pərdə arxasında qalır. Bu vasitə ilə insan öz dini və əxlaqi vicdanını cərimələyir.

21. Möminin həyatı çox mühümdür. Kəffarələr ilahi yüngülləşdirmələr növüdür.

22. Bilməyərəkdən baş verən qətl də insanı ilahi lütfdən uzaqlaşdırır. Diyə ödənməsi və qul azad olunması qatili ilahi lütf fəzasına qaytaran yoldur.

23. İlahi qanunlar elm və hikmətə əsaslanır, məsələ bütün tərəflərdən mülahizə olunur.
93. ﴿ وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

Hər kəs bir mömini bilərəkdən öldürsə, cəzası cəhənnəmdir və həmişə orada qalacaq. Allah ona qəzəb və lənət etmiş, onun üçün böyük bir əzab hazırlamışdır.”


Nöqtələr


◘Ühüd döyüşünün böhranlı şəraitində müsəlmanlardan biri digər bir müsəlmanı cahiliyyət dövründən qalmış bir mübahisəyə görə öldürdü. Həzrət Peyğəmbər (s) vəhy yolu ilə məsələdən xəbər tutub Ühüddən qayıdarkən Qoba məhəllində həmin möminin qətlinin qisası haqqında göstəriş verdi. Göstərişə əsasən qatil öldürülməli və onun peşmançılığına məhəl qoyulmamalı idi.1

◘İslam müsəlmanların həyatının və əmin-amanlığının qorunmasına ciddi əhəmiyyət vermiş və əbədi əzab vəd etməklə qətl və ağır cinayətlərin qarşısını almışdır. Bu ayədə möminin bilərəkdən qətlə yetirilməsi ilə bağlı işlədilmiş təbirlər heç bir günah haqqında deyilməmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bilərəkdən mömini qətlə yetirən kəsin tövbəsi qisasdır.”2

◘“Təəmmud” “əmud” sözündəndir. İşin əsasını niyyət təşkil etdikdə, iş əvvəlcədən müəyyənləşdirilmiş məqsədlə həyata keçirildikdə ona “əmdi”, yəni “bilərəkdən olan iş” deyilir.

◘Çoxsaylı rəvayətlərdə qətlin böyük günah olduğu bəyan olunmuşdur. O cümlədən:

1. Qiyamətdə haqqında sorğu-sual olunası ilk məsələ günahsızın qətlə yetirilməsidir.

2. Ən qəddar fərd insanı öldürən və ya vurandır.

3. Qatil qətl günahından əlavə, öldürdüyü şəxsin günahlarına da sahib olur.

4. Möminin qətlində göy və yer əhli şərik olarsa, hamısı əzaba çatar.

5. Bütün dünyanın məhv olunması günahsız bir insanın öldürülməsindən asandır.3

Bildirişlər


1. İslam quruluşunda heç bir məqam boş yerə başqasını qətlə yetirməyə və edama icazə vermir.4

2. İnsanın dəyəri onun düşüncə və əqidəsindən asılıdır.

3. Bilərəkdən baş verən günahların sorğu-sualı, hesabı ayrıdır.

4. Qətl və qan tökülməsi kəbirə günahlardandır.

5. Ağır cəzalar cəmiyyətdə fəsadın qarşısını alan, əmin-amanlığı hifz edən amillərdəndir.
94. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللّهِ فَتَبَيَّنُواْ وَلاَ تَقُولُواْ لِمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلاَمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِندَ اللّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ اللّهُ عَلَيْكُمْ فَتَبَيَّنُواْ إِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Ey iman gətirənlər! Nə vaxt Allah yolunda (cihad üçün) qədəm götürsəniz, (düşmənin işlərini) araşdırın. Sizə müsəlman olduğunu və sülhə gəldiyini bildirənə deməyin ki, «sən mömin deyilsən» və bu bəhanə ilə dünya malı və qənimət ələ gətirməyin. Çünki böyük qənimətlər Allahın yanındadır. Siz də əvvəllər belə idiniz. Allah sizə minnət qoydu (iman canınıza nüfuz etdi), belə ki, araşdırın (tələsik silaha əl atmayın), Allah daim gördüyünüz işlərdən yaxşıca agahdır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə