Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə76/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   72   73   74   75   76   77   78   79   ...   94

Bildirişlər


1. Təbliğ və təşviq üsulu mərhələli olmalıdır.

2. Hər insanla onun öz dilində danışılmalıdır. Quran cəbhəyə getməyən möminlər, münafiqlər, qorxaqlar və rifahtələblərlə fərqli davranır. “Qaidun” sözü ilə yalnız cəbhəyə getməmiş möminlər yad edilir.

3. Fiziki problemi olanlar cəbhədən azaddırlar.

4. Malla cihad canla cihadla yanaşı zikr olunur. Çünki cəbhə iqtisadi dayaqsız zəif olur.

5. Xalqın könüllü yardımları cəbhə büdcəsinin təmin mənbələrindəndir.

6. Xalqın inamsızlığı təhlükə yaratdıqda israr və təkrar zəruridir. Bu və bundan sonrakı ayədə “fəzlüllah”, “dərəcətən” sözləri təkrarlanmışdır.

7. Hər bir insanın xidməti və səyi möhtərəmdir. Bir dəstənin cəbhədə iştirak etməsi başqalarının işini dəyərdən salmamalıdır. Mücahidlərin üstünlüyü şübhə doğurmur, amma başqalarının da xidməti inkar olunmamalıdır.

8. İnsan istənilən bir mövqe, məqam və xidmətdə olarkən xalis mücahidlərin məqamca üstünlüyünü unutmamalıdır.

9. Əgər Allah mücahidləri fəzilətli saymışsa, cəmiyyətdə mücahidlər və şəhidlər üçün imtiyazlar nəzərdə tutulmalıdır. Əlbəttə ki, bu imtiyazlar mücahidləri yersiz tələblərə sövq etdirməməlidir.
96. ﴿ دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا

Bağışlanma və rəhmətlə birgə dərəcələr Onun tərəfindəndir. Allah daim bağışlayan və mehribandır.”


Bildirişlər


1. Mübarizlərlə evdə oturanlar arasında kiçik yox, böyük bir fərq vardır.

2. İlahi mərhəməti əldə etmə və ondan faydalanmanın şərti pak olmaq və paklanmaqdır. Əvvəlcə bağışlanma, sonra isə rəhmətdən danışılır.

3. Allah bağışlayan və mehribandır. Amma bu bağışlanma və rəhmətə çatmanın şərti cəbhəyə getmək və cihaddır.
97. ﴿إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَـئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًا

Həqiqətən, özünə zülm etmiş kəslərin mələklər tərəfindən canı alınarkən onlardan soruşular: “Siz hansı vəziyyətdə idiniz?” Deyərlər: “Biz yer üzündə müstəzəf idik.” Mələklər deyər: “Məgər hicrət etməyiniz üçün Allahın yer üzü geniş deyildimi?” Onların yeri cəhənnəmdir. Necə də pis aqibətdir!”


Nöqtələr


◘Bədr döyüşündən sonra Məkkə kafirləri həmin şəhərin camaatını müsəlmanlarla döyüşə çağırdılar və hədələdilər ki, bu göstərişə qarşı çıxıb savaşda iştirak etməyənlərin evləri viran qoyulacaq və var-dövlətləri müsadirə ediləcək. Həmin vaxt hələ ki, hicrət etməyib Məkkədə qalan bəzi müsəlmanlar can qorxusundan kafirlərlə birlikdə müsəlmanlara qarşı döyüşə getdilər. Həmin müsəlmanlardan Bədrdə öldürülənlər oldu. Bu barədə ayə nazil oldu və küfr mühitində qalıb hicrət etməyənlər, özünə zülm edənlər məzəmmət edilib, təqsirləndirildi.

◘Rəvayətdə deyilir: Dinini qorumaq üçün hicrət məqsədi ilə hətta bir addım atan kəs behişt əhli, həzrət Məhəmməd (s) və İbrahimin yoldaşıdır.1


Bildirişlər


1. Mələklər insanların işlərindən agahdırlar.

2. Hicrəti tərk etmək, məqsəd və əqidəni əldən vermək insanın özünə zülmüdür. (Quran “rüsvayçılıqdan qaçan, geyinir xalq tək əlvan” şüarını rədd edir.)

3. Vacib olduğu halda hicrəti tərk etməyin günahı bütün günahlardan əvvəl sorğuya çəkilir. Can alınan zaman ruhu çıxarmağa vəzifəli olan mələklər əvvəlcə həmin mövzuda soruşurlar.

4. Küfr mühitindən hicrət vacibdir və kafir qoşununa qatılmaq haramdır.

5. Əgər bacarırsınızsa, mühitinizi dəyişin. Mümkün olmadıqda hicrət edin ki, sonra cəzalandırılmayasınız.

6. Günaha don geydirməklə yaxa qurtarmaq olmaz.

7. Mühitin və çoxluğun insana böyük təsiri var. Ona görə də insan hicrət etməklə günahkar mühitin təsirindən qurtulmalıdır.

8. Əsas məsələ vətənpərəstlik yox, Allahpərəstlikdir.

9. Hicrət düşüncə və əqidə müstəzəfliyinin dərmanlarından biridir.
98. ﴿ إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلاً

O müstəzəf kişilər, qadınlar və uşaqlar istisnadır ki, tədbir görmək, çarə tapmaq qüdrətləri yoxdur, (hicrət üçün) bir yol tapmırlar.”


99. ﴿ فَأُوْلَـئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا

Allahın onları bağışlayacağına ümid var. Allah daim əfv edən və bağışlayandır.”


Nöqtələr


◘Küfrü dəf etmək üçün bir tədbiri, haqqa təslim olmaq üçün bir yolu olmayanlar müstəzəfdirlər və Allah onların öhdəsindən vəzifəni götürmüşdür.1

◘İmam Baqir (ə) buyurmuşdur: “Ağlı uşaq səviyyəsində olan kişilər və qadınlar müstəzəfdir.”2


Bildirişlər


1. Vəzifəli olmaq üçün şərtlərdən biri insanın qüdrətidir.

2. Küfrün ağuşunda olan qadınlar və uşaqların da qüvvəsi çatdıqda hicrət onlara vacib olur.

3. Həqiqi müstəzəf hicrət gücü yetməyən, kafirlərin və müşriklərin işkəncəsindən qaçmaq yolu olmayan kəsdir.

4. İmkan olduğu halda dini maarifə yiyələnməmək günah və insanın özünə zülmüdür.

5. Gerçək üzrlər qəbul olur. Amma saxta üzrxahlıq və bəhanəçilik məqbul deyil.

6. Hicrət o qədər mühümdür ki, giriftar və aciz insanların hicrəti tərk etmə günahının bağışlanması haqqında danışılarkən qəti bir söz deyilmir, “bəlkə də; ümid var” ifadəsi işlədilir.


100. ﴿وَمَن يُهَاجِرْ فِي سَبِيلِ اللّهِ يَجِدْ فِي الأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِن بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلى اللّهِ وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا

Hər kəs Allah yolunda hicrət etsə, yer üzündə çoxlu və geniş sığınacaqlar tapar. Hər kəs hicrət edərək evindən çıxıb Allaha və Onun peyğəmbərinə üz tutsa, sonra onu ölüm yaxalasa, hökmən mükafatı Allahın öhdəsinədir. Allah bağışlayan və mehribandır.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə