Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə42/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

Bildirişlər


1. İnsan əyri yol seçməklə Allahın qəzəbini qətiləşdirir.

2. Azğınlıq və günah iman üçün maneə, küfr üçün zəmindir.




Ayə 34:

﴿قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ قُلِ اللّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ فَأَنَّى تُؤْفَكُونَ﴾

De ki, Allaha şərik qərar verdiyiniz məbudlardan yaranışı ərsəyə gətirib sonra geri qaytara bilən varmı? De ki, (yalnız) Allah yaranışa başlar, sonra onu qaytarar. Belə isə, nə üçün (haqdan) üz çevirirsiniz?!”


Bildirişlər


1. Allah-təala Öz Peyğəmbərinə (s) müşriklərlə mübahisə üsulunu öyrədir.

2. Allaha şərik qoşulanlar bəşər xülyasından başqa bir şey deyil.

3. Varlıq bir hadisədir.

4. Pərəstiş üçün iki meyar var: İlkin yaratma qüdrəti və yenidən bərpa qüvvəsi.

5. Dünya fəna olduqdan sonra qiyamət qopar.

6. Varlıq aləmi ölümə, məhvə doğru hərəkətdədir. Bu hərəkətin sonu fənadır.

7. Məad və qiyamət də dünya kimi cismanidir.

8. Şərik qoşmağa meyl düşüncəsizlik nişanəsidir.


Ayə 35:

﴿قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ قُلِ اللّهُ يَهْدِي لِلْحَقِّ أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ﴾

De ki, Allaha şərik qoşduğunuz məbudlar arasında haqqa hidayət edəni varmı? De ki, (yalnız) Allah haqqa hidayət edir. İtaətə daha çox kim layiqdir: haqqa hidayət edən kəs, yoxsa başqası hidayət etmədikdə hidayət olmayan kəs? Sizə nə olub, necə hökm edirsiz?!”


Nöqtələr


◘Ötən ayədə ilkin yaranış, məad və varlığın yaranışına işarə olundu. Bu ayədə isə nübuvvət, peyğəmbərlik, imamət, hidayət haqqında danışıldı.

◘Hidayət (doğru yola yönəltmə) iki növdür: Doğru yolun göstərilməsi və məqsədə çatdırma. Birinci iş peyğəmbərlərə aiddir.1 İkinci iş isə yalnız Allaha məxsusdur.2

◘“Yəhdi iləl həqq” və “yəhdi lil həqq” təbirləri eyni mənadadır.3

◘Yetərli sayda şiə və sünni rəvayətlərinə əsasən İslam Peyğəmbəri (s) buyurmuşdur: “Daim haqq Əli (ə) ilədir, Əli (ə) də haqla.”4


Bildirişlər


1. Haqqa çağırış və yönəltmə Allahlıq şənlərindəndir. (Pərəstiş ölçüsü məbudun hidayət edə bilməsidir.)

2. Düzgün hidayət (yönəltmə) əhatəli elmə, nöqsansızlığa, qüdrətə, məhəbbət və məqsədə ehtiyaclıdır. Allahdan və Onun rəhbər kimi təyin etdiyi kəslərdən savay kimsə hadi, yəni doğru yol bələdçisi ola bilməz. Qüdrətsiz bütlər və zalım hakimlər hadi ola bilərmi?!

3. Yalnız doğru yola çağıran kəs itaətə layiqdir.

4. Nübuvvət, imamət və məsum rəhbərə itaət əqli prinsiplərdəndir.


Ayə 36:

﴿وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلاَّ ظَنًّا إِنَّ الظَّنَّ لاَ يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا إِنَّ اللّهَ عَلَيمٌ بِمَا يَفْعَلُونَ﴾

Onların çoxu yalnız (əsassız) gümana itaət edirlər. Şübhəsiz, güman heç vəchlə həqiqətə olan ehtiyacı ödəmir. Həqiqətən, Allah xalqın gördüyü işlərdən agahdır.”


Nöqtələr


◘Gerçək dəyər elmdədir. Güclü ehtimal və əminlik də həqiqətə əsaslandıqda dəyərli olur. Ayə və rəvayətlər əsasında fəqihin ilahi hökmləri müəyyənləşdirməsi də dəyərdir. Amma cahil ata-babalara təqlidçiliyə əsaslanan əqidə puçdur.

Bildirişlər


1. Çoxluq haqlılıq deyil.

2. Peyğəmbərlərin müxalifləri məntiqsizdirlər.

3. Şirkin elmi kökü yoxdur.

4.Əqidə məsələsində gümana yox, elmə əsaslanmaq lazımdır.


Ayə 37:

﴿وَمَا كَانَ هَـذَا الْقُرْآنُ أَن يُفْتَرَى مِن دُونِ اللّهِ وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لاَ رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ﴾

Belə deyil ki, bu Quran Allahdan qeyrisi tərəfindən və yalan olaraq düzəldilsin. O əvvəlki səmavi kitabların təsdiqi və izahıdır. Onun aləmlərin Rəbbi tərəfindən olmasında heç bir şəkk-şübhə yoxdur.”


Bildirişlər


1. Quranın əhatəsi və mahiyyəti yol vermir ki, o, Allahdan qeyrisinə aid edilsin.

2. Səmavi kitablar bir-birlərini təsdiqləyir. Bu kitabların fərqi onların əhatə və mahiyyətindədir.

3. Quran təkamül və tərbiyə vasitəsidir.
Ayə 38:

﴿أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ﴾

Hətta “Quranı (özündən) toxumuşdur” deyirlər. De ki, əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan qeyri bacardığınız kəsi köməyə çağırın.”


Nöqtələr


◘Quranda cin və insanların ilahi kəlamının oxşarını gətirməkdə aciz olması dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. “Hud” surəsinin 13-cü ayəsi də bu qəbildəndir. Digər bir tərəfdən, əsrlər boyu milyonlarca müxalif Quranın nüfuzunu zəiflətməyə çalışmışdır. Bu sayaq fəaliyyətlər hazırda da davam edir. Amma Quranın uyğun çağırışı hələ də cavabsız qalmışdır və qiyamətədək də cavabsız qalasıdır.

Quranın imtiyazları


◘Söhbət Quranın mübarizəyə çağırışından getdiyi üçün bu əbədi möcüzənin bəzi imtiyazlarını nəzərdən keçirək:

1. Uca bir maarifin qısa ifadələrlə bəyanı: məsələn, qadın və kişi haqqında buyurur: “Qadınlar sizin libasınızdır, siz isə qadınların libası.”1 Qeyri-ilahi güclərin puçluğu onların hörümçək yuvasına bənzədilməsi ilə çatdırılır.2 Başqa bir məqamda qeyri-ilahi qüvvələrin bir cücü yarada bilməməsi onların zəifliyi kimi təqdim olunur.3

2. Sözün şirinliyi və nüfuz: Quran 1000 dəfə oxunsa da köhnəlmir, hər oxunuşda yeni bir nöqtə üzə çıxır.

3. Quran kəlamlarının ahəng və musiqisi: Bu kəlmələrin xüsusi bir ahəngi var. Ərəb cümlələri və ya rəvayət arasında işlədilmiş Quran ayəsi dərhal tanınır.

4. Quranın əhatəliliyi: dəlildən məsələdək, dünyadan axirətədək bütün məsələlər, eləcə də ailə, hüquq, siyasi, hərbi, əxlaqi və tarixi mövzular onda öz əksini tapmışdır.

5. Gerçəklik: Quranın söhbətləri zənn-gümana əsaslanmır. Hətta ondakı əhvalatlar da sənədli və gerçəkdir.

6. Ümumilik: İstənilən səviyyədə, istənilən bir məkandan olan insan ondan bəhrələnir. Quran ixtisas kitabı formasında deyil.

7. Əbədilik: Bəşəriyyətin və elmlərin ömrü artdıqca Qurandan daha çox sirr açılır.

8. Artan təkamül: Saysız-hesabsız müqavimətlərə baxmayaraq Quran ən böyük təkamül yolu keçmişdir.

9. Real möcüzə olması: Bu möcüzə hamının əlindədir.

10. Quran həm möcüzədir, həm də qanun kitabı.

11. O məktəb görməmiş, savaddan məhrum bir məntəqədən olan fərd tərəfindən çatdırılmışdır.

12. Ona heç nə artırılmamış, ondan heç nə əskildilməmişdir və o, təhrifdən qorunmuşdur.


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə