Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə56/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

Nöqtələr


◘“Yəsnunə” dedikdə iki şeyi yaxınlaşdırmaq mənası anlaşılır. Qəlbdə kin saxlamaq da bu sözlə ifadə olunur. Beləcə, “yəsnunə sudurəhum” dedikdə, ya kafirlərin məxfi danışıq üçün bir-birinə yaxınlaşması, ya da qəlblərində peyğəmbərlərə kin saxlamaları başa düşülür.

◘“Nuh” surəsinin 7-ci ayəsində oxuyuruq: “Kafirlər barmaqlarını qulaqlarına tutur, libaslarını başlarına çəkirlər ki, peyğəmbərlərin nidasını eşitməsinlər.”


Məadı inkar edənlərin əsasən iki iradı var:


a) Hansı qüdrət ölüləri dirildə bilər? (Dördüncü ayə bu suala cavab verir: “Allah hər bir işə qadirdir.”)

b) Səpələnmiş zərrələr bir yerə necə toplana bilər? (Bu sualı 5-ci ayə cavablandırır: “Həqiqətən, O, sinələrin dərinliyindəki sirlərdən agahdır.”)


Bildirişlər


1. Qayıdışımız yalnız Allaha doğrudur.

2. Ötən ayələrdə tövhid və nübuvvət mövzuları, bu ayədə isə məad mövzusu bəyan olunur.

3. Tutaq ki, öz pis məqsədlərinizi peyğəmbərdən gizlədiniz. Axı Allah sinələrdəki sirlərdən agahdır!

ON İKİNCİ CÜZ


Ayə 6:

﴿وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ إِلاَّ عَلَى اللّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ﴾

Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. O, daimi və müvəqqəti yerləri bilir. Hər biri aşkar kitabda qeydə alınmışdır.”


Nöqtələr


◘”Dəbib” sözündən olan “dabbət” sözü aram yolu getmək, kiçik addımlar atmaq mənasını bildirir. Bu söz bütün canlılara aid edilir.

◘“Rizq” dedikdə ardıcıl bəxşiş nəzərdə tutulur. Bu bəxşiş həm maddi, həm də mənəvi ola bilər. Bu məsələ duada da öz yerini tapmışdır.1 Allahın verdiyi ruzi hər bir cəhətdən mövcudlara münasibdir. Məsələn, ana bətnindəki uşağın qidası onun ehtiyacına uyğun olaraq dəyişir. Körpə anadan olduqdan sonra həmin qida süd şəklinə düşür. Təbii ki, insanlar bətndəki körpəni qidalandıra bilməzdilər. Körpə özü də özünü təmin etməkdə acizdir.2

◘“Mustəqərr” sabit yer mənasını bildirir. “Mustəvdəə” dedikdə əmanət qoyub götürmək başa düşülür. Bu söz müvəqqəti yer mənasını bildirir.

◘Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində belə buyurur: “Ruzi iki növdür: bir növünü çalışmaqla əldə edirsən, digər növü isə özü sənin sorağına gəlir.”3 Günəş işığı, yağış, hava, hafizə və istedad insanın sorağına gələn nemətlərdəndir.

Ayə belə anlaşılmamalıdır ki, insan bir bucaqda oturub səmadan ruzi gözləməlidir. Məqsəd budur ki, insan çalışıb ruzi əldə etdikdə, onu Allah tərəfindən bilməlidir. Bu səbəbdən də bütün din öncüllərimiz səy göstərmişlər.

◘Bütün mövcudlara ruzi çatdırmağın şərti onların yerindən və ehtiyaclarından xəbərdarlıqdır. Olduqca dəqiq bir sistem əsasında bütün varlıq aləminin son ehtiyaclarından xəbər tutmaq olar. Ruzi yetirən varlıq insanların, heyvanların sayını, onların fərdi xüsusiyyətlərini və ən çeşidli ehtiyaclarını bilməlidir.

◘Əgər bütün biliklər Quranda toplanmışsa, demək kitabdan xəbərdar olan kəs hər şeyi bilir. “Rəd” surəsinin son ayəsində oxuyuruq: “Kafirlərə de ki, mənim şahidim Allahdır və kitab elmini bilən kəs.” Şiə və sünni rəvayətlərində nəql olunur ki, kitab elmini bilən kəs dedikdə, Həzrət Əli (ə) nəzərdə tutulmuşdur.

◘Allahın iki sünnəsi, qanunu var: bu qanunlardan biri ruzi yetirmək, digəri işlərin vasitələrlə gerçəkləşdirilməsidir. Demək, ruziyə çatmağın insanın səyi ilə heç bir ziddiyyəti yoxdur.


Bildirişlər


1. Diri varlığın qidalanma haqqı var. Allah canlı varlıqları qidalandırmağı Özü üçün zəruri etmişdir.

2. Bizim ruzimiz Allahın əlindədir, başqalarının qarşısında boyun əyməyək.

3. Ruziyə görə nə hərislik göstərək, nə də qorxaq.

4. Allah həm ruzi mənbələri vermiş, həm də onun əldə olunması üçün ağıl və vasitə əta etmişdir.

5. İstər səfərdə, istərsə də vətəndə, harada olsaq, Allahın nəzəri altındayıq.

6. Bu dünyanın bütün məlumatları dəqiq şəkildə qeydə alınır.


Ayə 7:

﴿وَهُوَ الَّذِي خَلَق السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاء لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلاً وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ﴾

O, göyləri və yeri altı gündə xəlq edən kəsdir. Onun ərşi (hökuməti) su üzərində qərar tutmuşdur ki, hansınızın xeyir əməl sahibi olduğunu müəyyənləşdirmək üçün sınağa çəksin. Əgər desən ki, siz öləndən sonra diriləcəksiniz, şübhəsiz, kafirlər deyəcəklər ki, bu aşkar sehrdən başqa bir şey deyil.”


Nöqtələr


◘Ayədə “altı gün” deyərkən altı mərhələ, dövr nəzərdə tutulmuşdur. Çünki yaranışın əvvəlində gecə-gündüzü müəyyənləşdirəcək günəş yox idi.

◘“Ərş” dedikdə çardaq və üstü örtlü bir yer, həmçinin padşahların hündür taxtı nəzərdə tutulur. Bəzən bu söz hansısa qüdrətə işarə olur. Məsələn, deyirlər ki, filankəs taxta oturdu, yəni qüdrətə çatdı.

Sual: Ayədə bildirilir ki, yaranışın məqsədi insanın sınağa çəkilməsidir. Başqa ayələrdə isə fərqli məqsədlər bəyan olunmuşdur. Burada ziddiyyət yoxdurmu?

Cavab: Məqsədlər ardıcıl mərhələli şəkilə malik olur. Məsələn, şum əkin üçündür, əkin buğda üçündür, buğda çörək üçündür, çörək isə insan üçün. Quranda da məqsədlər bu sayaq mərhələli bəyan olunmuşdur:

a) Yaranış sınaq üçündür.

b) Sınaq yaxşını pisdən seçmək üçündür.1

v) Yaxşını pisdən ayırmaq mükafat və cəza üçündür.2

q) Mükafat və cəza vəd olunmuş əməl üçündür.3

◘Həzrət Əli (ə) buyurmuşdur: “İlahi sınaq bilgi qazanmaq üçün deyil. Allah hər şeydən agahdır. Sınağın məqsədi insanın reaksiyasıdır. İnsan yaxşı əməlinə görə mükafat, pis əməlinə görə cəza alır.4

◘Rəvayətlərdə ağıl və təqvaya əsaslanan əməl xeyir, gözəl əməl sayılmışdır.1 İmam Sadiq (ə) buyurmuşdur: “Əməlin gözəlliyi onun çoxluğunda yox, elm, ixlas və təqva ilə müşayiət olunmasındadır.”2


Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə