Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə58/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

Nöqtələr


◘Bəzən kafirlər Peyğəmbərdən (s) tələb edirdilər ki, Məkkə dağlarını möcüzə ilə qızıla çevirsin. Ya da onun təsdiqi üçün mələk gəlməsini istəyirdilər. Bəziləri də qəlblərindəki kin-küdurət səbəbindən Həzrət Əli (ə) ilə bağlı Peyğəmbər (s) buyruqlarını qəbul etmək istəmirdilər. Bu səbəbdən də Peyğəmbərin (s) qəlbi sıxılırdı. Beləcə, ilahi göstərişlərin bəyanı təxirə salınırdı. Amma bu təxir Peyğəmbərin (s) paklığına zidd deyildi. Bəzən ilahi göstəriş ilahi məsləhətə xatir dərhal bəyan olunmaya bilər. Amma bu ayə vasitəsi ilə bütün mülahizələr kənara qoyuldu və ayə qətiyyətlə elan olundu.

◘Ola bilsin ki, vəhyin bəyan olunmasının tərki yalnız hidayətinə ümid bəslənilməyən inadkar fərdlərə aid idi. Amma Allah-təala göstəriş verdi ki, onlar iman gətirməsələr də, Peyğəmbər (s) öz vəzifəsini tərk etməsin.

Ayə başqa cür də mənalandırıla bilər: kafirlər o qədər biganə idilər ki, sanki onlara vəhy oxunmamışdı. Beləcə, Peyğəmbərin (s) qəlbini sıxan bəzi ayələrin bəyanının tərki fikri ola bilər.

Bildirişlər


1. Təbliğatçı Allah kəlamının bəyanında qətiyyətli olmalıdır. Xalqın bəhanələri heç bir vəchlə nəzərə alına bilməz.

2. Dəvət zamanı “sən beləsən” əvəzinə “məbada belə olasan” təbirini işlədək.

3. Kafirlər fiziki əziyyətlərdən əlavə, müxtəlif bəhanələri ilə Peyğəmbəri (s) sıxıntıda saxlayırdılar.

4. Xalqın ağlı onun gözündədir. Onlar risaləti yalnız var-dövlətlə birlikdə qəbul edirlər.

5. Biz nəticəyə yox, vəzifəmizi yerinə yetirməyə zaminik. Sən vəzifənə əməl et, qalan işləri Allahın öhdəsinə burax.

6. Təbliğatçının vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır.

7. Möcüzələrin gerçəkləşməsi xalqın istəyi, Allahın işidir.
Ayə 13:

﴿أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ﴾

Ya da deyirlər: “O, Quranı özündən düzəltmişdir.” De ki, əgər doğru deyirsinizsə, siz də özünüzdən on surə düzəldib gətirin. (Bu işdən ötrü) hər kəs Allahdan qeyri istədiyini (köməyə) çağırsın.”


Nöqtələr


◘Quran təkcə fəsahət və bəlağət baxımından möcüzə deyil, onun maarifi, moizələri, dəlilləri, qeybi xəbərləri və qanunları da möcüzədir. Çünki Quran təkcə Quranın fəsahət və bəlağətini anlayan ərəbləri yox, bütün xalqları dəvət edir. Digər bir ayədə buyurulur: “Əgər bütün ins və cin bir yerə toplanarsa, Quranın mislini gətirə bilməz.”1

◘Quranın ecazkar cəhətləri çoxdur: onun qiraətindəki şirinlik; iyirmi üç il ərzində nazil olmasına baxmayaraq məzmun həmahəngliyi; həmin dövrədək məlum olmayan elmlərin bəyanı; sonralar baş verəcək hadisələrin öncədən xəbər verilməsi; nişanəsi qalmamış qədim qövmlərin tarixi xəbərləri, insanın fərdi və ictimai həyatını əhatə edən ümumi və kamil qanunların bəyanı; təhrifdən uzaqlıq; daimi aktuallıq.

◘Bütün bu yüngülləşdirmə və təhriklərə baxmayaraq bəşər yenə acizdir. Quran bir yerdə “bütün Quranın oxşarını gətirin”2. Başqa bir yerdə ”Quranın on surəsinin oxşarını gətirin”, üçüncü bir yerdə “Quranın bir surəsinin oxşarını gətirin,”3 deyə müxalifləri mübarizəyə çağırır. Quran öz mübarizə çağırışında qarşı tərəf üçün çətinlik yaratmamaqla yanaşı həm də təhrik edir. Bir yerdə “əgər cin və ins əl-ələ versələr də belə, bacarmazlar”, digər bir yerdə “yer üzünün bütün beyinlərini dəvət edin” deyə qarşı tərəf mübarizəyə təşviq olunur. Tarix də sübuta yetirmişdir ki, İslama qarşı müharibələr alovlandırmış düşmənlər Quranın bir surəsinə oxşar surə gətirə bilməmişlər. Məgər bu möcüzə deyil?!

Bildirişlər


1. Kafirlər öz iddialarına dəlil göstərmək əvəzinə, Peyğəmbərə (s) böhtan atırdılar ki, Quran Allah kəlamı yox, Peyğəmbərin (s) öz sözləridir.

2. Quran tarixin əbədi möcüzəsidir.


Ayə 14:

﴿فَإِن لَّمْ يَسْتَجِيبُواْ لَكُمْ فَاعْلَمُواْ أَنَّمَا أُنزِلِ بِعِلْمِ اللّهِ وَأَن لاَّ إِلَـهَ إِلاَّ هُوَ فَهَلْ أَنتُم مُّسْلِمُونَ﴾

Əgər sizə (kömək istəyinizə) cavab verə bilməsələr, bilin ki, nazil olan şey Allahın elminə əsaslanır və Ondan başqa məbud yoxdur. (Bu halda) təslim olursunuzmu?!”


Nöqtələr


◘Kafirlər Peyğəmbərə (s) böhtan atırdılar ki, o, Quranı başqa birindən öyrənib.4 Quran onlara cavab verir ki, bu kitabın qaynağı başqalarının dediyi yox, ilahi elmdir. Bəzən də deyirdilər ki, Quran onun öz sözləridir, amma başqaları ona kömək etmişlər.5 Bu ayə bütün böhtanlara cavab verir.

Bildirişlər


1. Quranın qaynağı Allahın sonsuz elmidir.

2. Quran bəşərə məxsus ehtimal, fərziyyə, xəyal və düşüncə deyil. Bu kitab Allahın elminə əsaslanır.

3. Quran ilahi elmə əsaslandığından zaman, məkan, irq və nəsil kimi məhdudiyyətləri tanımır.

4. Quranın sirləri Allahın sonsuz elmi kimi tükənməzdir.

5. Düşmənlərin küfr və tərəddüdü sizi Allahın birliyi və Quran ilə bağlı şübhəyə salmasın.
Ayə 15:

﴿مَن كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لاَ يُبْخَسُونَ﴾

Dünya və ondakı gözəllikləri istəyənlərə əməllərinin əvəzini həmin bu dünyada tam verərik. Onda heç bir əskiklik olmayacaq.”


Nöqtələr


Sual: Bu ayədə buyurulur ki, dünyapərəstlərə əməllərinin əvəzi elə bu dünyada tam şəkildə verilər. Başqa bir ayədə isə hər kəsə Allahın istəyi həddində əta olunacağı bildirilir.1 Bu iki ayə bir-birinə zidd deyilmi?

Cavab: Bu ayədə buyurulur ki, işlərinin nəticəsini verərik. O biri ayədə isə işdən yox, arzudan danışılır. Allah-təala buyurur ki, bəziləri öz arzularının bir hissəsinə çatar.

◘Məada inanmayan və Allahın razılığı üçün iş görməyənlərin Allahdan heç bir alacağı yoxdur. Onlar elə bu dünyada ad-san qazanmaqla öz xidmətlərinin və ixtiralarının əvəzini alırlar. Axirət mükafatını yalnız axirətə inananlar gözləyə bilər. Nə Allahı, nə də axirət dünyasını qəbul etməyənin hansı tələbi ola bilər?!

◘Axirət əvəzinə dünya, əbədilik əvəzinə fanilik, sonsuzluq əvəzinə məhdudiyyət ardınca gedənlərin əməllərinin nəticəsi fani dünyada məhdudlaşacaq.


Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə