Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə61/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

Nöqtələr


◘Həzrət Nuh ilk “ülul-əzm”, yəni böyük peyğəmbərdir. O, şirk və bütpərəstliyə qarşı qiyam qaldırdı. Kafirlər qərq olduqdan sonra qalan bəşər nəsli həzrət Nuhdandır. Bu səbəbdən də Nuhu ikinci Adəm və ya ikinci ata adlandırırlar. Həzrət Nuh bütün peyğəmbərlərdən çox yaşadığı üçün ona “şeyxül-ənbiya” adı verilmişdir.

◘Ola bilsin ki, həzrət Nuh elə bu dünyada qövmünün ilahi qəzəbə gələcəyindən qorxurdu. Bu həqiqət növbəti ayələrdə təsdiqlənir.


Bildirişlər


1. Peyğəmbərlər ilk növbədə öz qövmlərinə təbliğ edirlər.

2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir.

3. Qafil insanın hər şeydən öncə xəbərdarlığa ehtiyacı var.

4. Göstəriş və təbliğ aydın və dəqiq olmalıdır.

5. Peyğəmbərlər həm xəbərdarlıq edir, həm də xalqa xeyirli yolu göstərirlər.

6. Peyğəmbərlərin məqsəd və vəzifələri tövhid məsələsinin bəyanıdır.

7. Şirkin tarixi həzrət Nuhun zamanına gedib çıxır.

8. Bütün insanlarda pərəstiş və ibadət cövhəri var. Peyğəmbərlər isə sadəcə bu yolu müəyyənləşdirir.

9. Peyğəmbərlər xalqın xeyirxahıdırlar və ona can yandırırlar.

10. Təbliğatçı və tərbiyəçinin vəzifəsi qarşı tərəfi şirkin pis aqibətindən xəbərdar etməkdir.


Ayə 27:

﴿فَقَالَ الْمَلأُ الَّذِينَ كَفَرُواْ مِن قِوْمِهِ مَا نَرَاكَ إِلاَّ بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلاَّ الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَى لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ﴾

Onun qövmünün kafir başçıları dedilər: “Biz səni yalnız özümüz kimi bir insan bilirik. Sadəlövh səfillərdən başqa kimsənin sənə itaət etdiyini görmürük. Sizdə özümüzlə müqayisədə heç bir üstünlük görmür, sizi yalançı sayırıq.”


Nöqtələr


◘Haqqın müxalifləri bəzən ilahi rəhbərləri kiçildərək deyirdilər: “Siz də bizim kimi insansınız və bizdən üstünlüyünüz yoxdur.” Bəzən də peyğəmbərlərin ardıcıllarını kiçik sayıb bildirirdilər: “Onlar əlsiz-ayaqsız, şəxsiyyətsiz kəslərdir.” Bəzən də peyğəmbərlərin əqidə məktəbini kiçik göstərərək deyirdilər: “Sizin sözünüz yalan, iftira, sehr və ya keçmişdəkilərin əfsanəsidir. Danışdıqlarınız adi sözdür, biz də istəsək, belə sözlər deyərik.”

Bildirişlər


1. Əyan-əşraflar, adətən, peyğəmbər müxaliflərinin ön cərgəsində dayanmışlar.

2. Xalq kütlələri, xüsusi ilə məhrumlar arasındakı bərabərlik təkəbbürlü qüvvələri qorxudur.

3. Dünyaya dərin bağlılığı olmayanlar daha tez iman gətirirlər.

4. Dünyapərəstlərin nəzərində həqiqət yox, var-dövlət dəyərlidir.

5. Peyğəmbərlərin müxaliflərinin heç bir dəlili yoxdur. Onlar zənn-güman əsasında danışırlar.

6. Kafirlərin ağlı onların gözündədir. Bu ayədə “görmürlər” sözü üç dəfə işlədilmişdir.


Ayə 28:

﴿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّيَ وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَ﴾

(Nuh öz qövmünə) dedi: “Rəbbim tərəfindən aşkar dəlillə gəldiyimi və Özündən mənə rəhmət (peyğəmbərlik xüsusiyyəti) verdiyini görsəniz və bu sizə məxfi qalmasa (yenə də boyun qaçıracaqsınız?) Sizi ikrah bəslədiyiniz bir şeyin qəbulluğuna vadarmı edək?!”


Nöqtələr


◘Bu ayə müxaliflərin ötən ayədə bəyan olunmuş iki iradına cavab verir:

a) Kafirlər deyirdilər ki, sən bizim kimi bir insansan. Ayə cavab verir ki, mən zahirdə sizin kimi olsam da, mənə Allahın xüsusi rəhməti lütf olunub və vəhy gəlib.

b) Müxaliflər deyirdilər ki, sənin ardıcılların sadəlövh və darbaxışlı adamlardır. Ayə cavab verir ki, onlar zahirən zəif görünsələr də, dəlilsiz yox, sübutlar əsasında iman gətirmişlər.

◘Peyğəmbərlər müxaliflər qarşısında qəlbigenişlik göstərir, onların böhtanlarına məntiq və dəlil əsasında cavab verirlər.


Bildirişlər


1. Peyğəmbərlər xalqın içərisindən çıxmış, daim xalqla olmuş və xalqla mehriban davranmışlar.

2. Təbliğdə mərhəmət hisslərindən istifadə edək.

3. Peyğəmbərlər daim dəlil-sübut əsasında dəvət etmişlər.

4. Nübuvvət məqamı ilahi bir rəhmətdir.

5. Peyğəmbərlər bütün kamilliklərini Allah tərəfindən bilirlər.

6. Dəlil, mənəviyyat və nübuvvət məsələlərini dərk etməyən kəs kordur.

7. İnsan din və məzhəb seçimində azaddır.

8. İnsanda haqqın qəbulu üçün zəmin olmasa, o, vəhy nurundan faydalana bilməz.


Ayə 29:

﴿وَيَا قَوْمِ لا أَسْأَلُكُمْ عَلَيْهِ مَالاً إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللّهِ وَمَآ أَنَاْ بِطَارِدِ الَّذِينَ آمَنُواْ إِنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَلَـكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ﴾

(Nuh sözünə davam edib dedi:) “Ey mənim qövmüm! Sizdən dəvətim müqabilində əvəz istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Mən iman gətirən kəsləri (sizin yersiz istəklərinizə görə) rədd etmərəm. Onlar öz Rəbbləri ilə görüşəcəklər. Amma mən sizi cahil bir qövm görürəm.”


Bildirişlər


1. Peyğəmbərlərin təmənnasızlığı onların haqlı olmalarının nişanələrindəndir.

2. Xalqdan təmənnasızlıq və dövlətlilərə etinasızlıq təbliğçinin müvəffəqiyyət rəmzidir. Əlbəttə ki, təbliğatçıların Allah yanında böyük mükafatları var.

3. Əgər peyğəmbərlərin dünyəvi məqsədləri olsaydı, onlar fəqirlərə yox, varlılara üz tutardılar.

4. Əyan-əşraf, varlılar vəd edirdilər ki, fəqirlər uzaqlaşdırılsa, onlar iman gətirərlər. Amma peyğəmbərlər müxaliflərin bu istəklərini qətiyyətlə rədd edirdilər.

5. Təbliğatda qazanc məqsədi olmayan insan üçün yoxsulla varlı arasında fərq yoxdur.

6. Təkəbbürlü başçıların istəklərinə əhəmiyyət verməyək.

7. Kafirlər möminləri əskik sayırdılar. Amma Peyğəmbər (s) onlara buyururdu: “Mən onları sizə dəyişmərəm.”

8. Haqq hökumət varlıların diqqətini cəlb etmək üçün məhrumları əldən buraxmamalıdır.

9. Allah yanında hörməti olanlar rədd edilməməlidirlər.

10. Qiyamətin yada salınması dünyəvi mövqeyə düzgün yön verir.

11. Fəqirliyinə görə möminləri təhqir etmək düşüncəsizlik nişanəsidir.

12. Quran möminləri əskik sayanları cahil və nadan kimi tanıtdırır.

13. Ariflərin dərəcələrindən biri ilahi fəzada görüş və hüzurdur. Varlılar belə bir məqamdan xəbərsizdirlər.
Ayə 30:

﴿وَيَا قَوْمِ مَن يَنصُرُنِي مِنَ اللّهِ إِن طَرَدتُّهُمْ أَفَلاَ تَذَكَّرُونَ﴾

(Nuh möminlərin rədd edilməsi istəyinə belə cavab verdi:) “Ey xalq! Əgər mən onları qovsam, Allah qarşısında mənə kim yardım edəcək? Nə üçün düşünmürsünüz?”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə