Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə64/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

Bildirişlər


1. Kafirlər ilahi qəzəbə düçar olanadək məsxərə etdilər.

2. Həzrət Nuhun əhvalatı böyük əhəmiyyətə malikdir.

3. Suyun istənilən şəkildə qaynaması Allahın əmrinə tabedir.

4. Yaranışın da, məhvin də səbəbi Allahdandır. O, od dolu təndirdən su qaynadır, atəşi İbrahimə gülüstan edir, həyat qaynağı olan su bir nəslin məhvinə səbəb olur.

5. Heyvan və canlı varlıqların nəsli qorunmalıdır.

6. Əqidə bağlılıqları ailə bağlılıqlarından üstündür. Nuhun zövcəsi və oğlu gəmiyə götürülmədi.

7. Haqq tərəfdarları tarix boyu az olmuşdur.

Rəvayətlərdə ayədəki “az” sözünün Nuha iman gətirmiş 80 nəfərə işarə olduğu bildirilir.6


Ayə 41:

﴿وَقَالَ ارْكَبُواْ فِيهَا بِسْمِ اللّهِ مَجْرَاهَا وَمُرْسَاهَا إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ﴾

(Nuh gəmidəkilərə) dedi: “Hərəkəti və dayanması Allahın adı ilə olana minin. Həqiqətən, mənim Rəbbim bağışlayan və mehribandır.”


Nöqtələr


◘Peyğəmbərin böyük səhabəsi Əbuzər Kəbə halqasından tutduğu halda uca səslə dedi: “Ey Xalq! Öz qulaqlarımla eşitmişəm ki, Peyğəmbər (s) buyurdu: “Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona süvar olsa, nicat tapdı, hər kəs ondan uzaq düşsə, həlak oldu.” Bu hədis ilkin İslam dövrünün tanınmış şəxsiyyətləri Əbu-Səid Xidri, İbn-Abbas, Əbdüllah ibn Zübeyr, Ənəs ibn Malik tərəfindən də nəql olunmuşdur. Uyğun hədislə məşhur sünni mənbələrində də rastlaşmaq olar.1

◘Bu mütəvatir (yetərli, ardıcıl) hədisi digər bir mütəvatir hədislə yan-yana qoyaq. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Müsəlmanlar 73 firqəyə bölünər. Bu firqələrdən yalnız biri nicat tapar.” Aydındır ki, Peyğəmbər (s) nicat tapmış firqənin öz əhli-beyti olduğunu nəzərdə tutur.

Rəvayətlərdə bildirilir ki, gəmi Rəcəb ayının əvvəlində və Kufə məscidindən hərəkətə başladı.2

Bildirişlər


1. Bütün işlərə Allahın adı ilə başlamaq təvəkkül rəmzi və işə ilahi rəng verməkdir.

2. İstər işə başlayanda, istər işi başa çatdıranda Allahdan yardım diləmək lazımdır.

3. Gəmi, sadəcə bir vasitədir. İnsan bütün işlər Onun iradəsindən asılı olan Allahı unutmamalıdır.

4. Nuhun ətrafındakılar həmin dövrdə yer üzünün yeganə möminləri olsalar da, eybsiz və günahsız deyildilər. Allah onları bağışladı.

5. Nuhun ardıcıllarının tufandan qurtulması Allahın rübubiyyət, bağışlama və rəhmət cilvələrindəndir.
Ayə 42:

﴿وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَى نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَب مَّعَنَا وَلاَ تَكُن مَّعَ الْكَافِرِينَ﴾

Gəmi onları dağ kimi dalğalar arasından irəli aparırdı. Həmin vaxt (Nuh bir guşədə dayanmış) oğlunu səslədi: “Ey oğlum! (İman gətir və) bizimlə süvar ol, kafirlərlə qalma.”


Nöqtələr


◘Belə görünür ki, həzrət Nuh öz oğlu ilə gəminin hərəkətindən öncə danışmışdır. Çünki gəmi hərəkətə başladıqdan sonra dağ kimi dalğalar arasında gəmiyə süvar olmaq mümkünsüz idi.1

Sual: Nə üçün Nuh yalnız oğlunu gəmiyə dəvət etdi?



Cavab: Əvvəla, insanın övlada münasibətdə vəzifəsi daha ağırdır. İkincisi, övladı kənara çəkildiyindən Nuh onun peşman olduğunu güman etdi. Nuhun bu müraciəti, yəni oğlunu qurtuluşa çağırması ətrafdakılara əzabın ciddiliyi ilə bağlı işarə ola bilər.

◘“Nurus-səqəleyn” təfsirindəki rəvayətə əsasən, Nuhun oğlu onun doğma oğlu olmamışdır.

◘Həzrət Nuh gəmiyə qalxdığı gün oruc tutmuş və ətrafındakılara da belə bir göstərişi vermişdi: “Oruc tutmaq təhlükədən qurtuluş rəmzidir.”2

◘Dağ tək yüksək dalğaları ötüb keçməsi Nuhun gəmisinin əzəmətindən və peyğəmbərin hünərindən danışır.


Bildirişlər


1. Gəmiyə süvar olanları da təlatümlü bir yol gözləyirdi. Gəmiyə minmək və gəminin Nuh kimi şəxs tərəfindən idarə olunması ilə iş bitmirdi.

2. Son anadək kafir olsalar belə ətrafdakıların qurtuluşu haqqında düşünək.

3. Bir guşəyə çəkilib dünyadan küsmək qurtuluş deyil.

4. Valideyn öz övladının taleyi üçün məsuliyyət daşıyır.

5. Kafirlərlə yaxınlıq hətta peyğəmbər övladını belə dindən uzaq salır.

Nuh oğlu pislərə qoşulduğu an

Peyğəmbər yolunu itirdi tamam.


6. Təkcə kafir olmaq yox, kafirlərlə birlikdə olmaq da təhlükəlidir.

7. Ailənin sağlam olması bəs etmir. Küfrə uğramış çirkin mühit bir çox azğınlıqlar törədir.


Ayə 43:

﴿قَالَ سَآوِي إِلَى جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاء قَالَ لاَ عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللّهِ إِلاَّ مَن رَّحِمَ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ﴾

(Nuhun oğlu) dedi: “Tezliklə bir dağa sığınaram ki, məni sudan qorusun.” (Nuh) dedi: “Rəhm olunmuşlardan başqaları üçün Allahın qəhri qarşısında heç bir hifz edən (sığınacaq) yoxdur.” (Elə bu vaxt) bir dalğa bu iki nəfər arasına ayrılıq saldı və o, (Nuhun oğlu) qərq oldu.”


Nöqtələr


◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Nuhun əhvalatında Kəbə evindən savay bütün yer üzünü su basdı.”3

Bildirişlər


1.Təhlükə zamanı müvəhhid şəxs Allaha, müşrik isə dağa sığınır. Şərq-qərbə, var-dövlətə, vəzifə və məqama sığınmaq şirkdir.

2. Allahın qəzəbi nazil olduqda möhkəm dağlar belə narın suyun qarşısında dayanıb kimsəni xilas edə bilmir.

3. Bütün canlı aləm üçün həyat qaynağı olan su Allahın əmri ilə fəlakət və əzaba dönür.

4. Təbiət hadisələri təsadüfi deyil. Bu hadisələr Allahın hikmət dolu fərmanı əsasında gerçəkləşir.

5. Allahın qəhr-qəzəbindən yalnız Onun Özünə sığınmaq olar.

6. Kafirlərə qoşulmaq qərq olmaqla nəticələnir.

7. Ailə və qohumluq əlaqələri ilahi cəzanın qarşısını ala bilmir. Peyğəmbər oğlu atasının gözü qarşısında qərq olduqda, ata bu ilahi əmrə təslim olmalıdır.

8. Bəli, Allah rəhimlidir. Amma O həm də hikmət sahibidir. O bəzən Öz rəhməti ilə ana vücudunda körpə üçün süd qərar verir, bəzən Öz hikməti ilə atanın gözü qarşısındaca övladın həyatına son qoyur.


Ayə 44:

﴿وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءكِ وَيَا سَمَاء أَقْلِعِي وَغِيضَ الْمَاء وَقُضِيَ الأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ وَقِيلَ بُعْداً لِّلْقَوْمِ الظَّالِمِينَ﴾

(Su hər yeri bürüdükdən sonra) deyildi: “Ey torpaq! Suyunu ud. Ey asiman! (Yağış yağdırmaqdan) dayan.” (Beləcə) su çəkildi, iş başa çatdı və (gəmi) “Cudiyə” (dağa) yan aldı (oturdu.) Deyildi ki, zalım qövm rədd olsun!”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə