Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə66/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

Nöqtələr


◘“Hubut”, yəni “en” göstərişi həm həzrət Adəmə, həm də həzrət Nuha ünvanlanmışdır. Bunun ardınca xalq mömin və kafir olmaqla iki dəstəyə bölünür.

◘Nuhla olan ümmətlər dedikdə, ya onun sonralar qəbilələr təşkil edən hər bir yoldaşı, ya da bir qəbilədən olan və gəmiyə minən möminlər başa düşülür. “Uməmun” dedikdə, həzrət Nuhun özü ilə götürdüyü heyvanlar nəzərdə tutula bilər. Çünki Quranda canlılar “uməmun əmsaləkum” adlandırılmışdır.1 Yəni heyvanlar da insanlar kimi bir ümmətdir.


Bildirişlər


1.Əzəmətli seldən sonra yer üzündə həyat iki təhlükə ilə üzləşdi: Bunlardan biri “səlam” sözü ilə torpağın aradan qaldırılan çirkabı, digəri bərəkət vədi ilə bərpa edilən bitkilərin məhvi idi.

2. Əgər Allah bəzən moizə və xəbərdarlıq edirsə, hətta atanın gözü qarşısında övladı batırırsa, bəzən də Öz salam və bərəkətini nazil edir.

3. Salamatlıq və bərəkət möminin əldə etdiyi ilahi nemətlərdəndir. Kafir isə yalnız dünya matahı əldə edir. Demək hər matah nemət və bərəkət deyil. Nemət odur ki, sonu xeyirlə başa çatsın.

4. Allah kafirlərə dünya malını əsirgəmir.

5. Öncə nemət və möhlət vermək, sonra mükafatlandırmaq və ya cəzalandırmaq ilahi sünnə, qanundur.

6. Həm mehr, həm də qəhr Allahdandır.

7. Allah gəmiyə süvar olmuş möminlərdən kafir ümmətlərin yaranacağını Nuha xəbər verdi.
Ayə 49:

﴿تِلْكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ مَا كُنتَ تَعْلَمُهَا أَنتَ وَلاَ قَوْمُكَ مِن قَبْلِ هَـذَا فَاصْبِرْ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ﴾

(Ey peyğəmbər,) bunlar sənə vəhy etdiyimiz qeybi xəbərlərdəndir. Bundan öncə nə sən, nə də sənin qövmünün bundan xəbəri vardı. Səbir et ki, həqiqətən, aqibət, (qələbə) müttəqilər üçündür.”


Nöqtələr

Quranda Nuhun siması;1


◘Həzrət Nuhun adı Quranda qırx dəfə yad olunsa da onun anadan olduğu yer, peşəsi, vəfatı və dəfn yeri haqqında məlumat verilmir. Çünki bəşəriyyət üçün Nuhun həyat tarixçəsi yox, rəftarları ibrətdir.

◘Həzrət Nuhun əhvalatı Quranın altı surəsində zikr olunmuşdur: “Əraf”, “Hud”, “Muminun”, “Şuəra”, “Qəmər”, “Nuh”. Bu əhvalat, “Hud” surəsində daha ətraflı bəyan olunmuşdur.

◘Nuh ilk ülul-əzm peyğəmbərdir. Onun ümumbəşəri risaləti, kitabı və şəriəti vardı.

Həzrət Adəmdən sonra bu ülul-əzm peyğəmbərin besəti şirk, bütpərəstlik və zülmün genişlənmə dövrünə təsadüf edir. Nuhun proqramını tövhid, namaz, əmr be məruf və nəhy əz münkər, ədalət və sədaqət mövzuları təşkil edirdi.

◘Həzrət Nuhun risalət müddəti doqquz yüz əlli il olmuşdur. Sonra Allah ona dəvətinin qəbul olunmayacağını bildirdikdə, Nuh məyus oldu və nifrin etdi. Nəticədə Nuhun zövcəsi və övladı kafirlərlə birlikdə qərq oldu.

◘Həzrət Nuh bəşərin ikinci atası, Adəm, və İdris peyğəmbərdən savay bütün peyğəmbərlərin atası seçildi.2 Allah ona salam göndərdi.3

◘Həzrət Nuhun əhvalatı azca fərqlə Tövratda nəql olunmuşdur. Kəldanilərin, hindilərin, çinlilərin, yunanların, farsların kitabları zalım və günahkar xalqın Allahın qəzəbinə gəlməsini Nuhun tufanının səbəbi kimi göstərir. Zərdüştilərin müqəddəs kitabı Avestada bütün insanları qərq edəcək tufandan danışılır. Cəmşidə vəhy olunur ki, hündür bir divar ucalt, saleh kişiləri və qadınları, eləcə də hər heyvandan bir cütünü orada yerləşdir.

◘Həzrət Nuhun risaləti ümumbəşəri idi. Nifrini ilə bütün kafirlərin qərq olması onun peyğəmbərlik əhatəsini sübut edir. Əgər həzrət Nuh bir məntəqəyə peyğəmbər göndərilsəydi, gəmiyə hər heyvandan bir cüt götürməyə ehtiyac qalmazdı. Şübhəsiz, ki, bu iş yer üzündə heyvan nəslinin qorunması üçün idi. (Əl-minar” təfsirində iddia olunur ki, həzrət Nuh bir məntəqəyə peyğəmbər göndərilmişdir. Amma “əl-mizan” təfsiri bu iddianı qətiyyətlə rədd edir.)

◘Həzrət Nuhun əhvalatı min illik bir tarixdir. Bu tarixdə yer üzünü əhatə edən sel, bir nəslin məhvi və yeni bir cəmiyyətin bünövrəsinin qoyulması, haqqın batilə qələbəsi, peyğəmbər nifrinin qəbulu, əqidəyə görə ata ilə oğul arasında rabitənin kəsilməsi, varlıq aləminin Allah göstərişinə təslim olması, heyvan nəslinin qorunması, gəmiqayırma mövzuları özünə yer almışdır.

◘Bu əhvalat göstərir ki, insan peyğəmbər moizələrinin təsir etmədiyi bir səviyyəyə alçala bilər. Bu sayaq alçalmış insan peyğəmbər ardıcıllarını əskik sayıb, Allahın qəzəbindən dağa sığınmaq fikrinə düşür!


Bildirişlər


1. Quran bəşər tarixi ilə tanış olmaq üçün ən üstün mənbədir.

2. Tarixin bir çox səhnələri bəşər üçün qaranlıqdır. Bunlardan biri də həzrət Nuhun tarixidir.

3. İslam Peyğəmbəri (s) və xalqın həzrət Nuhun tarixi ilə tanış olmaq üçün vəhydən başqa yolu yox idi.

4. Ən dəqiq və ən faydalı məlumatı vəhy yolu ilə əldə etmək olar. Çünki vəhy heç bir kənar təsirin dəyişmədiyi sonsuz elm çeşməsidir.

5. Peyğəmbərlər yalnız Allahın istədiyi həddə qeyb elmindən xəbərdardırlar.

6. Ötən peyğəmbərlərin tarixi və taleyi növbəti rəhbərlər üçün böyük təsəllidir.

7. Həm səbir zəruridir,həm də təqva. Səbir və təqva qələbə şərtidir.

8. Nəhayətdə haqq qalibdir, batil məğlub!


Ayə 50:

﴿وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ إِنْ أَنتُمْ إِلاَّ مُفْتَرُونَ﴾

Ad qövmünə doğru qardaşları Hud (göndərildi, o, xalqa) dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün Ondan savay heç bir məbud yoxdur. (Siz bütlərə pərəstiş etməkdə yanılırsınız.) Siz yalnız iftira və böhtan əhlisiniz.”


Nöqtələr


◘Həzrət Nuhun ardınca həzrət Hud məbus oldu. Bu peyğəmbərin əhvalatı “Əraf”, surəsinin 65-72-ci ayələrində bəyan olunmuşdur. Məlum olur ki, həzrət Hud Ad qəbiləsindən olmuşdur. Çünki o ayədə “Ad qardaşı” kimi təqdim olunur.

◘Nuhun vəfat vaxtı çatdıqda ətrafındakılara buyurdu: “Məndən sonra qeyb dövrü olacaq. Həmin vaxt zalım hakimlər ortaya çıxar və Allah mənim nəslimdən olan Hud adlı canişinlə sizə qurtuluş nəsib edər.”1

◘Bütlərin şəfaətçi kimi tanınması həm Allaha iftiradır, həm də bütlərə böhtandır. Bütlər heç bir xeyir və zərər yetirmək gücündə deyil.


Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə