Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə74/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

Nöqtələr


◘“Bəqiyyətullah” dedikdə bu ayədə halal sərmayədən əldə olunmuş qazanc nəzərdə tutulur. Rəvayətlərdə isə bütün mübarək vücudlar “bəqiyyətullah” adlandırılmışdır. O cümlədən, cəbhədən qələbə ilə dönən mömin döyüşçülər belə adlandırılırlar. Çünki onlar Allahın iradəsi ilə geri dönmüşlər. Əsrin imamı həzrət Mehdi (ə) də “Bəqiyyətullah” adlandırılmışdır. Çünki onun şərif vücudunu Allah xalqın hidayəti üçün saxlamışdır. Rəvayətdə oxuyuruq ki, “bəqiyyətullah” həzrət Mehdinin (ə) mübarək adlarındandır.1 Biz həzrətə (ə) bu adla salam veririk: “Əssəlamu ələykə ya bəqiyyətəllahi fil ərəzin.” Həzrət Mehdi (ə) Məkkədə zühur edəcəyi vaxt bu ayəni tilavət edib buyurar: “bəqiyyətullah mənəm.” Başqa məsumlar da “bəqiyyətullah” ləqəbi ilə çağırılmışlar.2

Bildirişlər


1.Cüzi, amma halal və pak ruzi çox, amma haram ruzidən üstündür.

2. Dünya fani, axirət isə həmişəlikdir. Bu səbəbdən də axirətə meyl dünyapərəstlikdən üstündür.

3. Əgər əskik satmasaq müştərilər artar, nəticədə qazancımız çoxalar.

4. Haramı halaldan üstün sayan kəsin imanı şübhəlidir.

5. İnsanlar öz əqidəsində azaddırlar. Hətta peyğəmbərlər də onları məcbur etmirlər.

6. İnsan haram yediyi üçün bədbəxt olsa, kimsə ona zamin deyildir.


Ayə 87:

﴿قَالُواْ يَا شُعَيْبُ أَصَلاَتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاء إِنَّكَ لَأَنتَ الْحَلِيمُ الرَّشِيدُ﴾

(Mədyən camaatı) dedi: “Ey Şüeyb! Namazın sənə əmr edir ki, (biz) atalarımızın pərəstiş etdiyini boşlayaq? Həm də malımızı istədiyimiz kimi sərf etməyək? Sən ki, dözümlü və dərrakəlisən! (Bizdən istədiklərin nədir?)


Bildirişlər


1. Bütün peyğəmbərlər müxaliflərlə qarşı-qarşıya gəlmişlər.

2. Ötən dinlərdə də namaz olmuşdur.

3. Namaz Şüeyb ayininin bariz nümunəsidir.

4. Həqiqi namaz insanı başqalarının hidayətinə, “əmr be məruf” və “nəhy əz münkərə” vadar edir.

5. Aşkar dəlillərə göz yumub ata-babaların yanlış əqidəsinə təqlid etmək bir çox azğınlıqların qaynağıdır.

6. Din nə siyasətdən, nə də iqtisadiyyatdan ayrıdır.

7. Peyğəmbər ayinləri qeyd-şərtsiz, heyvani azadlığı inkar edir.

8. Bir şeyə sahib olmaq onu istənilən bir istiqamətdə sərf etmək üçün dəlil ola bilməz. (Şüeyb qanunlarında məsrəfə nəzarət qanunu vardı.)

9. Bəzən müxaliflər bizi susduğumuz üçün tərifləyir.

10. Müxaliflər bəzən istehza olaraq tərifləyirlər.


Ayə 88:

﴿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىَ بَيِّنَةٍ مِّن رَّبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَى مَا أَنْهَاكُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ﴾

(Şüeyb) dedi: “Ey mənim qövmüm! Düşünmürsünüzmü ki, əgər Rəbbim tərəfindən aşkar bir dəlilim varsa və O mənə gözəl bir ruzi (nübuvvət) əta etmişsə, (necə Ona müxalif olum?) Mən sizi çəkindirdiyim bir şeyə müxalif olmaq istəmirəm. Mənim gücüm həddində islahdan savay bir istəyim yoxdur və Allahın lütfündən başqa bir tövfiqim yoxdur. (Buna görə də) Ona təvəkkül etmişəm və Ona doğru qayıtmışam.”


Nöqtələr


◘Ötən ayədə kafirlər etiraz etdilər ki, nə üçün biz öz malımızı azad sərf edə bilməyək? Həzrət Şüeyb bu ayədə cavab verir ki, sizə öz məsrəfinizdə şərt qoymağım düşmənçilik və şəxsi mənafe üçün yox, yaşayış və cəmiyyətinizin islahı üçündür.

Bildirişlər


1. Nübuvvət aşkar möcüzəyə əsaslanır.

2. Peyğəmbərlər hər şeyi Allahın bəxşişi bilirlər.

3. Güman etməyək ki, əskik satmaq və haram yeməklə yaxşı yaşaya bilərik. Çünki peyğəmbərlər və övliyalar günaha batmadan gözəl ruzi əldə etmişlər. (Yaxşı ruzi dedikdə, əskik satmaq və zülm bahasına əldə olunmamış ruzi başa düşülür.)

4. İnsanı ruziyə çatdıran onun zirəkliyi yox, Allah və Onun lütfüdür.

5. Həzrət Şüeyb kafirlərin “bizim malımız” sözü müqabilində “ mənə gözəl ruzi verilib” deməklə maddi çətinliyi olmadığını bildirir.

6. Yaxşıya dəvət edib pisdən çəkindirən kəs özü doğru yolda olmalıdır. Peyğəmbərlər təkcə göstəriş vermirdilər. Onlar özləri də ən üstün əməl nümunələri idilər.

7. Peyğəmbərlər nəinki ilahi göstərişə qarşı çıxmır, hətta bu barədə düşünmürlər.

8. Peyğəmbərlərin məqsədi insanların və cəmiyyətin islahıdır.

9. Peyğəmbərlərin işi zamanla yox, onların gücü ilə müəyyənləşir.

10. Addım atmaq bizdən, tövfiq isə Allahdandır.

11. İşdə ciddi səylə çalışaq. Amma bilək ki, müvəffəqiyyət Allahın əlindədir.

12. Təvəkkül o vaxt səmərə verir ki, insan səy göstərsin.

13. İslahatçı özü saleh, imanlı olmalı, təvəkkül və duadan uzaq düşməməlidir.

14. Bu ayədə “əmr be məruf” və “nəhy əz münkər” edənlərə bəzi tapşırıqlar verilir: özünüz əməl əhli olun; məqsədiniz cəmiyyətin islahı olsun; işdə tövfiqi, yardımı Allahdan bilin; daim Ona təvəkkül edin; çətinliklər zamanı Ona sığının


Ayə 89:

﴿وَيَا قَوْمِ لاَ يَجْرِمَنَّكُمْ شِقَاقِي أَن يُصِيبَكُم مِّثْلُ مَا أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَالِحٍ وَمَا قَوْمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ﴾

(Şüeyb dedi: “Ey mənim qövmüm! Mənimlə düşmənçilik və müxalifət sizi o işlərə sövq etməsin ki, Nuh, Hud, Saleh qövmü kimi (əzaba) düçar olasınız. (Bilin ki,) Lut qövmü (onların başına gələn) sizdən uzaq deyil.”


Bildirişlər


1. Hətta müxaliflərlə də gözəl tərzdə danışaq.

2. Bir nəfərlə düşmənçiliyə xatir özümüzün və cəmiyyətin xoşbəxtliyi üçün təhlükə yaratmayaq.

3. Bəşər qövmlərinin tarixi bir-birinə oxşardır. Onların təkrarlanması ibrət dərsidir.

4. Keçmişdəkilərin acı taleyini zarafat və təsadüf saymayaq. (Həzrət Nuh, Hud, Saleh və Lut Şüeybdən qabaq olmuşlar.)

5. Allah daim Öz əzabını nazil edə bilər. O, istənilən bir qövmü istənilən bir şəkildə, istənilən bir məntəqədə, istənilən bir zamanda məhv etməyə qadirdir. Necə ki, Nuh qövmü qərq oldu, Hud qövmü tufana düşdü, Saleh qövmü səmadan enən səslə həlak edildi, Lut qövmü viranlığa düçar oldu.

6. İbrət üçün ən yaxşı tarix ən yaxın tarixdir. Şüeyb qövmü Lut qövmü ilə həm məkan, həm də zaman baxımından yaxın idi.


Ayə 90:

﴿وَاسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ﴾

Rəbbinizdən bağışlanma diləyin. Ona doğru qayıdın. Həqiqətən, mənim Rəbbim mehriban və sevəndir.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə