Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə76/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   73   74   75   76   77   78   79   80   81

Bildirişlər


1. Allah tərəfindən gəlmiş nümayəndələrin iddialarının nişanə və dəlilləri olmalıdır.

2. Peyğəmbərlərin məntiq və möcüzəsi bütün xalq üçün aydın və anlaşılasıdır.

3. Peyğəmbərlərin besətinin mühüm fəlsəfələrindən biri zalım qüvvəni aradan götürmək, bəşəriyyəti başqalarına bəndəçilikdən xilas etməkdir.

4. Xalqın çoxu zalım qüvvələrin ətrafında olmuşdur.

5. Zalım qüvvələrin təbliğ şüarlarını boykot etmək lazımdır. Firon xalqı aldadaraq onları doğru yola çəkdiyini bildirdiyindən, Allah-təala bu ayədə cavab olaraq bəyan edir ki, Firon qurtuluşa aparmırdı.

6. Elm və mərifət azğınlığın qarşısının alınması üçün bəs etmir. (Musa dəlillər gətirsə də, xalq Firona itaət edirdi.)


Ayə 98:

﴿يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ﴾

O (Firon), Qiyamət günü qövmünün önündə hərəkət edər və onları oda aparar. Onların daxil olduğu yer necə də pisdir!”


Nöqtələr


◘“Vird” dedikdə insanın daxil olduğu su başa düşülür. “Vurud” sözü isə suya doğru hərəkət mənasını bildirir. Amma bu söz sadəcə daxil olmaq mənasında işlənməyə başlamışdır.

Bildirişlər


1. Hər hansı proqramın yetərli olmasının nişanəsi onun insanı cəhənnəmə yox, behiştə aparmasıdır.

2. Dünyada xalqın qabağınca gedənlər axirətdə də onları öz arxasınca ya behişt, ya da cəhənnəmə aparacaq. Ədalətli (nur) imam xalqı behiştə (nura), zalım (od) imam xalqı cəhənnəmə (oda) yönəldəcək.


Ayə 99:

﴿وَأُتْبِعُواْ فِي هَـذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ﴾

Onlar dünyada lənətə düçar oldular, Qiyamətdə də belə olacaq. Onlara necə də pis əta olunar!”


Bildirişlər


1. Firon və başqa zalım qüvvələrin ardınca düşənlər dünya və axirətdə bədnamlığa və nifrinə düçar olar.
Ayə 100:

﴿ذَلِكَ مِنْ أَنبَاء الْقُرَى نَقُصُّهُ عَلَيْكَ مِنْهَا قَآئِمٌ وَحَصِيدٌ﴾

(Ey peyğəmbər,) bu (sözlər) abadlıqlar və şəhərlər haqqında sənə danışdıqlarımızdandır. Onlardan bəziləri hələ də qalır, amma bəziləri artıq viran olmuşdur.”


Nöqtələr


◘Ayədən belə bir məna anlaşıla bilər ki, bəziləri həlak edilsə də, onların əsərləri qalmışdır. Amma məhv edilənlərdən bəzilərinin əsər-əlaməti də yoxdur.

◘Quranda göstərlilən əhvalat mühüm rolu və təsirləri var: (bu əhvalat) qəlbəyatımlı və cazibəlidir; bir çox dəlillər üçün düşüncəyə yol açır; dərs oxumamış bir peyğəmbər üçün möcüzə sayılır; eşidənlər üçün ibrət dərsidir.


Bildirişlər


1. Tarixdən ibrət götürüləcək qədər danışmaq yetər.

2. Nuh, Hud, Saleh, Lut, Şüeyb, Musanın tarixi bəşər tarixinin mühüm hissələrindəndir.

3. Quran keçmişin tarixi ilə tanışlıq üçün bir mənbədir.

4. Yalnız Allah düzgün, sənədli və ibrətamiz əhvalatlar nəql edə bilər, bunu unutmayaq.

5. Quranın qeyd etdiyi əhvalatlar ən gerçək əhvalatlardır. Çünki bu əhvalatları Allah-təala nəql etmişdir.

6. Ümmətlərin tarixi onların nişanələri mövzusundan fərqlənir. Nişanələr məhv olub getsə də, tarix qalır.


Ayə 101:

﴿وَمَا ظَلَمْنَاهُمْ وَلَـكِن ظَلَمُواْ أَنفُسَهُمْ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِن دُونِ اللّهِ مِن شَيْءٍ لَّمَّا جَاء أَمْرُ رَبِّكَ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ﴾

Biz onlara zülm etmədik. Onlar özləri özlərinə sitəm qıldılar. Rəblərinin qəzəbi yetişdikdə Allah əvəzinə çağırdıqları tanrılar onlara fayda verməyib, yalnız zərərlərini artırdı.”


Nöqtələr


◘“Təbb” sözündən olan “tətbib” sözü zərər-ziyanın davamlılıq mənasını bildirir.

Bildirişlər


1. Zalımı cəzalandırmaq zülm yox, eynilə ədalətdir.

2. İnsanın taleyi onun əməl və rəftarlarından asılıdır.

3. Allahdan savay heç bir kimsə insana nicat verə bilməz.

4. Allahın iradəsi qarşısında kimsə müqavimət göstərə bilməz.


Ayə 102:

﴿وَكَذَلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَى وَهِيَ ظَالِمَةٌ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ﴾

Rəbbinin cəzası belədir–zülmkar şəhərləri və abadlıqları (Öz qəhri ilə) yaxalayır. Həqiqətən, Onun cəzası ağrılı və şiddətlidir.”


Bildirişlər


1. Allahın qəhr-qəzəbi və lütfü möhkəm və əbədi qanunlara əsaslanır. İlahi cəza müdafiə məqsədli və təsadüfi deyil.

2. Zülmkar ümmətlər Allahın qəhr-qəzəbinə düçar olur.

3. Yerində hədələmə ən təsirli tərbiyə vasitələrindəndir.

4. Allahın qəhr-qəzəbi onun rübubiyyət şənindəndir.

5. Bədbəxtlik və ilahi qəzəb amili insanın özüdür.

6. Allahın qəzəbi o zaman nazil olur ki, zülm məntəqənin simasına çökür.

7. Allahın qəhr-qəzəbini sadə və əhəmiyyətsiz saymayaq.
Ayə 103:

﴿إِنَّ فِي ذَلِكَ لآيَةً لِّمَنْ خَافَ عَذَابَ الآخِرَةِ ذَلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ النَّاسُ وَذَلِكَ يَوْمٌ مَّشْهُودٌ﴾

Əlbəttə ki, bunda (xəbərdarlıqlarda) axirət əzabından qorxan kəs üçün nişanə (ibrət) var. O gün ki, xalq bir yerə toplanar, o gün ki, (hamı onu) müşahidə edər və hamı üçün aşkar olar (bütün əməlləri və ruhiyyəsi ortaya qoyular).”


Bildirişlər


1. Hər hansı əhvalat hansısa məqsədlə bəyan olunmalıdır.

2 Yalnız axirətə inananlar həqiqi Quran əhvalatlarından ibrət götürürlər.

3. Qiyamət qorxusu (hətta ehtimala əsaslansa da) ibrət səbəbidir.

4. Qiyamətdə xalqın toplanması və iştirakı ixtiyar üzündən yox, məcburidir.

5. Qiyamət günü şahidlik günüdür. Hər bir kəs və hər bir şey bir başqasının xeyrinə və ya zərərinə şəhadət verər. Həmin gün pərdələr qaldırılar.
Ayə 104:

﴿وَمَا نُؤَخِّرُهُ إِلاَّ لِأَجَلٍ مَّعْدُودٍ﴾

Biz onu (o günü) yalnız müəyyən müddət təxirə salarıq.”


Ayə 105:

﴿يَوْمَ يَأْتِ لاَ تَكَلَّمُ نَفْسٌ إِلاَّ بِإِذْنِهِ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ﴾

O gün gələndə kimsə Allahın izni olmadan danışa bilməz. Onlardan bir dəstəsi bədbəxt, digər bir dəstəsi isə xoşbəxtdir.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə