Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə79/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   73   74   75   76   77   78   79   80   81

Nöqtələr


◘Peyğəmbər (s) buyurmuşdur: “Ayədə islah deyərkən insanların bir-birinə insafla yanaşması nəzərdə tutulur.1

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey İbn-Məsud, xalqla insaflı rəftar et, onlara xeyirxah ol, mərhəmət göstər. Əgər belə olsan, aralarında olduğun şəhər əhli qəzəbə gəldikdə Allah sənə nəzər salıb, sənə xatir onlara rəhm edər.”2


Bildirişlər


1. Allahın qəhr-qəzəbinin dəlili var.

2. Saleh olmaq bəs etmir, islahedici də olmaq lazımdır. (Allahın əzabından amanda qalma yollarından biri xalqın islah istəyidir.)


Ayə 118:

﴿وَلَوْ شَاء رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلاَ يَزَالُونَ مُخْتَلِفِينَ﴾

Əgər Rəbbin istəsəydi, bütün xalqı (məcburi surətdə) vahid bir ümmət qərar verərdi. Onlar hələ də ixtilafdadırlar.”


Nöqtələr


◘Qurani-məciddə insanların əqidə seçimində azad olmaları məsələsi dəfələrlə qeyd olunmuşdur. Allah xalqı doğru yola hidayət etsə də, onlar məcbur olunmur. İslam peyğəmbərinə (s) də xalqı məcbur etmək haqqı verilməmişdir. Həzrətin vəzifəsi xalqa haqqı xatırlatmaq və doğru yolu göstərmək olmuşdur.3 Buna görə də Allah təqva və günah yolunu insanın fitrəti dərk edəcək bir yolla çatdırmışdır. Bundan əlavə, cəmiyyətə peyğəmbərlər göndərilmiş, insanlar doğru yola dəvət edilmişlər. Yolunu öz istəyi ilə əyən insan özüdür.

Bildirişlər


1. İnsanın yaranışındakı ilahi sünnə əqidə və düşüncə azadlığına əsaslanır.

2. Allahın iradəsinə qarşı çıxmaq mümkünsüzdür.

3. Heç bir dövrdə insanlar həmfikir olmamışlar.

4. İnsanlar arasındakı ixtilaf onların azad olduğunu göstərir.


Ayə 119:

﴿إِلاَّ مَن رَّحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لأَمْلأنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ﴾

Rəbbinin mərhəmət etdiyi kəslər (ixtilafa münasibətdə) istisnadır. (Allah) bunun üçün (rəhmət üçün) xalqı yaratdı. Rəbbindən fərman gəldi ki, cəhənnəmi cin və insanla dolduracağam.”


Nöqtələr


◘Bəziləri deyirlər: Ayədə bildirilir ki, xalq daim ixtilafdadır. Yalnız Allahın lütf və rəhmət kölgəsində olanlar ixtilafdan uzaqdır. Allah insanları həmin vəhdət kəlməsi üçün yaratmışdır.1

◘İnsanın yaranış fəlsəfəsi Quran ayələrində müxtəlif şəkillərdə bəyan olunmuşdur. “Zariyat” surəsinin 56-cı ayəsində oxuyuruq: “Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq.” “Mulk”, surəsinin 2-ci ayəsində isə belə buyurulur: “Allah ölüm və həyatı sizi sınağa çəkmək üçün yaratdı.” Haqqında danışdığımız ayədə isə insanın rəhmətə qovuşmaq üçün yaradıldığı bildirilir. Zahirdə belə görünür ki, insan üç məqsədlə yaradılmışdır: ibadət, sınaq və rəhmət. Amma məsələyə bir qədər dərindən nəzər saldıqda görürük ki, hər üç səbəbin müştərək nöqtələri var və bu müştərək nöqtə insan ruhunun, mənəviyyatının təkamülüdür.

◘Ötən ayədə bildirildi ki, insan azaddır. Bu ayənin sonunda isə cəhənnəmin mütləq insan və cinlə doldurulacağı bəyan olunur. Bu iki ayədən belə anlaşılır ki, insan yol seçimində azad olsa da, batili qəbul etdikdə cəhənnəmə düşür.

◘Çoxsaylı rəvayətlərdə bildirilir ki, xalqın ixtilafının aşkar nümunəsi məsum rəhbər məsələsinə münasibətdir. Təbii olaraq, Allahın rəhmətinə qovuşanlardan, əhli-beyt və məsum rəhbərlərin xəttində olanlardan savay bütün xalq yolunu azmışdır.2

◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah insanı yaratmışdır ki, müəyyən işlər görüb ilahi rəhmətə çatsın.”3

Bildirişlər


1. Bütün ixtilafların yeganə həlli ilahi lütf və mərhəmətdir.

2. Yalnız ilahi yardımlar vəhdət amili ola bilər. Dünyəvi və maddi mehvərlər müvəqqəti, birtərəfli və xəyalidir.

3. Bəşərin yaranış fəlsəfəsi ilahi rəhmətin qəbulu və əldə olunmasıdır.

4. Allah müəyyən qanun və sünnələri Özünə zəruri edib.

5. Allahın qəti qəzəbi yalnız Onun lütfündən, peyğəmbərlərdən, səmavi kitablardan, moizə və xəbərdarlıqdan, möhlətdən sonra gəlir.

6. Allah insanı daxildən fitrət və ağılla təchiz edib, xaricdən peyğəmbərlər və səmavi kitablar göndərməklə höccəti tamamlamış, yetərincə sübutlar gətirmişdir.

7. Cəhənnəm məhduddur.

8. Cinlər də insanlar kimi vəzifəlidirlər, mükafatlanır və ya cəzalanırlar.


Ayə 120:

﴿وَكُـلاًّ نَّقُصُّ عَلَيْكَ مِنْ أَنبَاء الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ وَجَاءكَ فِي هَـذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَى لِلْمُؤْمِنِينَ﴾

Peyğəmbərlərin sənə danışdığımız hər bir əhvalatı qəlbini möhkəmləndirmək üçündür. Bunda (bu xəbərdə) sənin üçün həqiqət, iman əhli üçün öyüd-nəsihət var.”


Bildirişlər


1. Tarixin mühüm dönəmlərinin nəqli tərbiyə üsullarındandır.

2. Peyğəmbərlərin əhvalatının bəyanı tərbiyəvi əhəmiyyətə malikdir. Bu əhvalatlarda gərəksiz söz və nöqtə yoxdur.

3. Quranda qeyd olunan əhvalatlar peyğəmbərlərin həyatından götürülmüş seçmələrdir.

4. Quran əhvalatları əyləncə üçün yox, öyüd-nəsihət üçündür.

5. Əhvalatlarda dəyərli sətirlərə diqqət yetirilməlidir.

6. Qəlbdə aramlıq yaradan əhvalat ən yaxşı əhvalatdır.

7. Qəlblərə aramlıq verən Allahdır.

8. Peyğəmbərlərin də ruhuna qüvvət verilməlidir.

9. Gerçək və daimi aramlıq batil yolla əldə olunmur.

10. Yalnız arxayın təbliğatçı öz təbliğ və moizəsində müvəffəqdir.

11. Bütün Quran əhvalatları həqiqətdir və dəlil-sübutludur.

12. Təbliğdə öncə aramlıq, sonra dəlilli kəlam, daha sonra moizə gəlir.

13. Ən yaxşı tərbiyə üsulları belə hazırlıqlı insanlara təsir göstərir.
Ayə 121:

﴿وَقُل لِّلَّذِينَ لاَ يُؤْمِنُونَ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ﴾

İman gətirməyənlərə de ki, əllərindən gələni etsinlər, Biz də edərik.”


Ayə 122:

﴿وَانتَظِرُوا إِنَّا مُنتَظِرُونَ﴾

Siz intizarda olun, biz də intizardayıq.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə