Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə71/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

Nöqtələr


◘Bir gün Əmirəlmöminin Əli (ə) rastlaşdığı bir dəstə müsəlmanı salamladı. Onlar həzrətin salamına uzun-uzadı cavab verdilər. Həzrət buyurdu: “Salama mələklərin İbrahimə dediklərindən artıq cavab verməyin. Salamın cavabına “və rəhmətullahi və bərəkatuh” artırmaq kifayətdir.”1

Sual: Hazırki ayədə mələklər həzrət İbrahimin zövcəsinə onun “əhli-beyti” deyə xitab etdilər. Adətən hər bir şəxsin zövcəsi onun ev əhli sayılır. Nə üçün İslam Peyğəmbərinin (s) zövcələri onun əhli-beytindən sayılmır?



Cavab: Əgər sözün yalnız lüğət mənasına istinad etsək, “Əhli-beyt” sözü insanın zövcəsinə aid olur. Amma bəzən sözün mənasını dəyişən dəlillə rastlaşırıq. Məsələn “Hud” surəsinin 46-cı ayəsində Nuhun oğlu onun əhli sayılmır. Necə ki, həzrət Peyğəmbər (s) Salman haqqında buyurur: “Salman bizim əhli-beytdəndir.”2 Təthir ayəsi3 haqqında bir çox rəvayətlər var. Peyğəmbər (s) müəyyən şəxsləri öz əbası ilə örtərək yalnız onları əhli-beyti saymışdır. Həzrət öz zövcəsi Ümmü-Sələməyə əbaya daxil olmağa icazə verməmişdir.

Bildirişlər


1. Bəzən mələklər peyğəmbər olmayan kəslərlə də danışırlar.

2. Mələklər tərəfindən qadına da xitab oluna bilər. (Mələklər həzrət İbrahimin zövcəsinə inanmamağı qadağan etdilər.)

3. Heç vaxt Allahın qeybi yardımlarından ümidimizi üzməyək.

4. Bir işə təəccübdən yaxa qurtarmaq üçün Allahın saysız nemətlərini yada salaq. (Odu İbrahimə soyudan, onu bütlərə qalib edən Allah qoca qarı və qoca kişiyə də övlad əta edə bilər.)

5. Saleh övlad Allah tərəfindən rəhmət və bərəkətdir.
Ayə 74:

﴿فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءتْهُ الْبُشْرَى يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ﴾

Elə ki, qorxu və dəhşət İbrahimdən uzaqlaşdı və ona (övladla bağlı) müjdə gəldi, Bizimlə Lut–qövmü haqqında (onlara şəfaət vermək məqsədi ilə) mübahisəyə başladı.”


Nöqtələr


◘Həzrət İbrahimin mübahisəsi, “Ənkəbut” surəsinin 31-ci ayəsində bəyan olunmuş mübahisə ola bilər. İbrahim mələklərə dedi: “Həzrət Lut, Allahın peyğəmbəri həmin məntəqədə olduğu halda oranı necə alt-üst edirsiniz?!” Onlar cavab verdilər: “Biz onların halından tam xəbərdarıq, Lut və onun ardıcıllarına nicat verərik.”

Bildirişlər


1. Elm ruhi aramlıq üçün müqəddimədir. (İbrahim məsələdən agah olub arxayınlaşdı.)

2. Peyğəmbərlərdəki qorxu ötəri bir haldır.

3. Əvvəlcə təhlükəni aradan qaldırmaq, sonra mərhəmət diləmək lazımdır.

4. Ruhi aramlıq həmnövlərə diqqət (insanın insana diqqəti) üçün zəmindir.

5. Həyəcanlı vaxtda qərar qəbul etməyək.

6. Nemətlə bağlı müjdə bizi başqalarının taleyindən xəbərsiz qoymasın.

7. Peyğəmbərlər öz tabeçiliklərində olanların fikrindədirlər.

8. Təkcə öz qövmümüz və tayfamızın fikrini çəkməyək.

9. İlahi müqəddərat qətiləşmədiyi bir vaxt israrın, şəfaət diləməyin, dua və təvəssülün təsiri var.

10. Allahın mələkləri və məmurları ilə mübahisə Allahla mübahisədir.


Ayə 75:

﴿إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُّنِيبٌ﴾

Doğrudan da, İbrahim dözümlü, ah-nalə çəkən, tövbə və dua əhli idi.”


Ayə 76:

﴿يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَذَا إِنَّهُ قَدْ جَاء أَمْرُ رَبِّكَ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ﴾

(Allahın Lut qövmü ilə bağlı qərarı qəti olduğundan mələklər İbrahimin şəfaət istəyinə belə cavab verdilər:) “Ey İbrahim! Bundan gözünü çək. Həqiqətən, Allahın fərmanı çıxarılıb və qarşısı alınmaz əzab hökmən onları yaxalayacaq.”


Nöqtələr


◘74-cü ayədə həzrət İbrahim Lut qövmünə əzabla bağlı mübahisəyə başladı. 76-cı ayədə buyurulur ki, ey İbrahim, bu mübahisədən əl çək. Bu iki ayə arasında İbrahimin şəxsiyyət və məqamının qorunması üçün onun yalnız canıyananlıqdan mübahisəyə qatıldığını önə çəkmək məqsədi ilə bu Allah peyğəmbərinin həlimliyi, ah-nalə əhli olması, təslimçiliyi qeyd olunur.

Bildirişlər


1. Peyğəmbərlər bəşəriyyətin ən canıyanan rəhbərləridirlər. Onlar öz dözümləri, ah-nalələri, duaları ilə xalqın qurtuluşu üçün çalışırlar.

2. Hər hansı xəbərdarlıqda insanın məqam və şəxsiyyəti gözlənilməlidir.

3. İbrahim şəfaət istədiyi vaxt əzabın qətiliyindən xəbərsiz idi.

4. Allahın əzabı da tərbiyə məqsədi ilə nazil olur.

5. Bəzən peyğəmbərlərin də şəfaəti qəbul olunmur. Allahın fərmanı qəti olduqda heç bir məqam onun qarşısını ala bilməz.
Ayə 77:

﴿وَلَمَّا جَاءتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَـذَا يَوْمٌ عَصِيبٌ﴾

Mələklərimiz Lutun sorağına gəldikləri vaxt onların gəlişindən qəmgin oldu və sıxıntıya düşdü. (Öz-özünə) dedi: “Bu gün çətin bir gündür!”



Nöqtələr


◘Allahın elçiləri gözəl gənclər simasında gəldiklərindən Lut öz qövmünün qonaqlara münasibətdə pis fikrə düşəcəyindən narahat oldu.

◘“Zaqə bihim zərən”, yəni “əli heç bir yerə çatmadı”. Bu təbir həzrət Lutun aciz qalmasına işarədir.


Bildirişlər


1. Peyğəmbərlərin elmi məhduddur. (Həzrət Lut bilmirdi ki, onun qonaqları insan qiyafəli mələklərdir.)

2. Pisliklə mübarizənin ilk mərhələsi qəlb mübarizəsidir.

3. Ev sahibi qonaqları qorumağa borcludur.
Ayə 78:

﴿وَجَاءهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُواْ يَعْمَلُونَ السَّيِّئَاتِ قَالَ يَا قَوْمِ هَـؤُلاء بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ فَاتَّقُواْ اللّهَ وَلاَ تُخْزُونِ فِي ضَيْفِي أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ﴾

Lutun pis işlər görmüş qövmü tələsik onun yanına gəldi. (Həzrət Lut onların mələklərə təcavüzünün qarşısını almaq üçün öz qızlarına işarə edərək) dedi: “Ey mənim qövmüm! Bunlar mənim qızlarımdır. (İzdivac məqsədiniz varsa, onlarla evlənə bilərsiniz.) Onlar sizin üçün daha pakdır, Allahdan qorxun, məni qonaqların qarşısında rüsvay etməyin. Aranızda (günah əvəzində izdivacı qəbul edən) bir nəfər yetkin yoxdurmu?”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə