22
Belə təbiətlə mən,
Xasiyyətlə yaşadım.
Daim gülər, şən oldum,
Məhəbbətlə yaşadım!
1986
Alnım açıq olub
Mənim hər adamla aram olmayır,
Ürəyim hər zaman aram olmayır.
Pislərlə bir yerdə sıram olmayır,
Növbəm yaxşıların arasındadı!
Qaçdım qaranlıqdan, qara yerlərdən,
Getdim bütövlüyə para yerlərdən.
Sağlama can atdım yara yerlərdən,
Soyadım safların sırasındadı!
Adım çağırıldı günəşdən, aydan,
Güc aldım dağlardan axan gur çaydan.
Alnım açıq olub, ürəyim əyan,
Əksim bu ellərin aynasındadı!
2002
Gözəldir təbiət
Dili var çayların, bulaqların da,
Ötür şirin-şirin, ötür aramsız.
De kimə gərəkdi, nəyə lazımdı,
Gözəl sahilləri keçsə adamsız!
Gözəldir təbiət insanlarıyla,
Günəşi, ulduzu, ay şamlarıyla.
Çəmən çiçəyiylə, bağça barıyla,
De ağız neyləyər püstə, badamsız!
Gövhərdi torpağım, zərdi daş-qayam,
Füsünkar qoynundan kimdir de, doyan.
Min ildir yatmısan, ey qafil, oyan,
De necə yatırsan indi Ağdamsız!
23
Şuşa şərdən getdi, Laçınsa feldən,
Nə çəkdik fitnəli, böhtanlı dildən.
Olduq Qarabağdan, bu gözəl eldən,
De necə dolandıq işıqsız, şamsız!?
Mövlud, çox məkrli çıxdı yağımız,
Qaralıb kömürə dönüb ağımız.
De nə vaxt gələcək gözəl çağımız,
Qalmasın bir qaçqın evsiz və damsız!
2007
Çal, başına dönüm mən
Ustad aşıq Yanvara
Yaman yerdə qəmləndirdin bizi sən,
Yaş axıtdın qəlbimizdən, düzü, sən.
Bu dünyanın kədər dolu sözüsən,
Aşıq qardaş, çal, başına dönüm mən!
Sən çalanda ürəyimiz kövrəlir,
Xatirələr baş qaldırır, yüksəlir.
Gözlərimiz dənizlənir, göllənir,
Aşıq qardaş, çal, başına dönüm mən!
Məclislərin yaraşığı, gülüsən,
Ötən şirin nəğməsisən, ünüsən,
Ulduzusan, günəşisən, günüsən,
Aşıq qardaş, çal, başına dönüm mən!
“Köçəri”ndə köçərilər köçəsi,
“Misiri”ndə Koroğlunun nərəsi.
“Kərəmi”ndə yanğı səsi, od səsi,
Aşıq qardaş, çal, başına dönüm mən!
Mövlud Teymur doymaq bilmir səsindən,
Duruşundan, yerişindən, izindən.
Bu aşıqlıq sənətindən, sözündən,
Aşıq qardaş, çal, başına dönüm mən!
2000
24
Azərbaycan adıyla
Sevincim hədsiz olur,
Azərbaycan adıyla!
Çaylarım dəniz olur,
Azərbaycan adıyla!
Qışım bahara dönür,
Boyum çinara dönür,
Gücüm Qoşqara dönür
Azərbaycan adıyla!
Buludlarım sellənir,
Küləklərim dillənir.
Zəmilərim yellənir
Azərbaycan adıyla!
Araz Kürə qovuşur,
Kür Xəzərə qovuşur,
Xəzər də coşub, daşır
Azərbaycan adıyla!
Çöl gülür, düz əl çalır,
Şairlər ilham alır.
Vətən oğlu ucalır
Azərbaycan adıyla!
1984
Çinar ağacı
Getdi gəncliyimin çılğın çağları,
Ay çinar ağacı, çinar ağacı.
Bükdün xəzəlinə o “dümağ”ları,
Ay çinar ağacı, çinar ağacı!
Getdi damağımdan dadı, ləzzəti,
İtdi, yoxa çıxdı sərhəddi, səddi.
İndi zəri yoxdu, sınıb da nərdi,
Ay çinar ağacı, çinar ağacı!
Çətin bir də qalxa, qəddi düzələ,
Qayıda əvvələ, önə, əzələ.
Hanı o boy-buxun, sinir, əzələ,
Ay çinar ağacı, çinar ağacı!
25
Alın şırımlanıb, üz qırışlanıb,
Könül buz bağlayıb, ürək qışlanıb.
Çölüm kotanlanıb, içim xışlanıb,
Ay çinar ağacı, çinar ağacı!
Dərdimi deməyə üz tutdum sənə,
Bəlkə, bir təsəlli verəsən mənə.
Bir az ürəklənəm, gələm özümə,
Ay çinar ağacı, çinar ağacı!
2002
Təbiətlə üz-üzə
Həyat qəribədir, həyat möcüzə,
Kimi dağa qalxır, kimi də düzə.
Durur təbiətlə qoşa, üz-üzə,
Deyir ki, gözəldir hüsnün, camalın!
Çağlayan şəlalə gur saçlarındı,
Duman ağrıların, acılarındı.
Ətirli çiçəklər bacılarındı,
Ağlayan söyüdlər pərişan halın!
Qaynayan bulaqlar gülər gözlərin,
Pıçıltı yarpaqlar şirin sözlərin.
Ovsarlı cığırlar alın izlərin,
İşıqdır istəyin, nurdur amalın!
Tərənnüm etməklə qurtarmır sözüm,
Gözəli seçməkdə sərrafdır gözüm.
Görürəm əsiri olmusan özün,
İtibdir ağılın, huşun, kamalın!
Həyat qəribədir, həyat möcüzə,
Kimi dağa qalxır, kimi də düzə.
Durur təbiətlə qoşa, üz-üzə,
Deyir ki gözəldir hüsnün, camalın!
1983
26
İki rəfiqə
Gözəl həkimlər – Rəhilə Zeynalovaya
və Zina Bisenqaliyevaya
Dispanserdə bir otaqda olurlar,
Bulud kimi boşalırlar, dolurlar.
Xəstələrə dost, rəfiqə olurlar,
Arzuları gedib çatır üfüqə!
Halal işə, əməyə göz dikiblər,
Neçəsinin qayğısını çəkiblər.
Hər qəlbdə bir yıxılmaz ev tikiblər,
Eyvanından çıx məğribə, məşriqə!
Günəşə bax, ulduza bax, aya bax,
Qucar səni Dərbənd, Göyçə, Qarabağ.
Bizimkidir hər bir bağça, hər bir bağ,
Boylan nura, çilçırağa, şəfəqə!
Mövlud Teymur bu otağa can deyir,
Gülən səhər, açan sabah, dan deyir.
Bir söz ilə Azəribaycan deyir,
Dispanserdə iki dosta, rəfiqə!
2008
Dördlüklər
Qadınsız nə həyat, nə də ömür var,
Qadındır yaradan, yaşadan bizi.
Bəlkə, ona görə ilk dəfə biz də
Qadına açırıq ürəyimizi!
Qadın qafiyədir “yadın” sözüylə,
Bəlkə buna görə yadınkı olur.
Atalar, analar çəkir zəhməti,
Köçür yad evinə, orda qocalır!
Qızılla, gövhərlə, zərlə ölçülməz,
Hər şeydən baş olan qadın həyası.
Qadına dünyada yoxdur bir əvəz,
Qadındır dünyanın günəşli yazı!
Hər xalqın, millətin başın ucaldır,
Gözəllik, ülvilik, düzlük, sədaqət.
Dostları ilə paylaş: |