Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə81/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   77   78   79   80   81   82   83   84   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Maddə 15. Ümumtəhsil məktəbləri
1. Ümumi təhsil üç pillədən ibarətdir:

    • ibtidai təhsil (I—IVsiniflər);

    • əsas təhsil (V—VIII siniflər);

    • orta təhsil (IX—XI siniflər).

Üçüncü pilləni başa vuranlar tam orta ümumi təhsil alırlar.
İbtidai, əsas və orta təhsil müəssisələri ayrı-ayrılıqda da fəaliyyət göstərə bilərlər.
İbtidai təhsil 6 yaşdan başlayır.
2. 14 yaşı bitmiş şagirdlər məktəb nizamnaməsinə əsasən məktəbdən çıxarıla bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumluq və himayə orqanlarının razılığı olmadan məktəbdən çıxarıla bilməzlər.
3. İbtidai və əsas təhsil pillələrində siniflərdə, günü uzadılmış qruplarda şagirdlərin orta sıxlığı, maddi-texniki baza imkan verdikcə, 20 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur.
4. Kənd yerlərində, zəruri hallarda, ibtidai və əsas təhsil pillələrində məktəb və ya ayrıca siniflər yaradılarkən şagirdlərin sayı nəzərə alınmır. Bu cür məktəblər və ya siniflər yerli təhsil orqanlarının qərarı ilə açılır.
5. Əsas təhsil məcburidir.
6. Əsas təhsili başa vurmuş şagirdlər öz təhsillərini ümumtəhsil məktəblərinin orta təhsil pilləsində, incəsənət məktəblərində, peşə məktəblərində və peşə litseylərində davam etdirirlər, həmin məktəblərə qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə qaydası məktəb nizamnaməsi ilə müəyyən olunur.
7. Ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsində təlim təbiət-riyaziyyat və humanitar təmayüllər üzrə aparılır. Xüsusi istedada malik şagirdlər üçün ixtisas sinifləri açılır.
8. Orta təhsil pilləsində, maddi-texniki baza imkan verdikcə, siniflərdə şagirdlərin orta sıxlığı 15 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənəd əsasında həyata keçirilir. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində, bədən tərbiyəsi və əmək təlimi dərslərində siniflər iki yerə bölünür.
9. Xüsusi istedadı olan şagirdlər üçün ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsindən başqa ixtisaslaşdırılmış fənn məktəbləri, gimnaziyalar, litseylər və digər təlim-tərbiyə ocaqları yaradılır. Ayrı-ayrı fənn məktəbləri müvafiq ali məktəblərin nəzdində də fəaliyyət göstərə bilər.
10. İşləyən yurddaşların orta təhsil ala bilməsi üçün ümumtəhsil müəssisələri bazasında axşam və qiyabi təhsil sinifləri, qrupları açılır.
Ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına da yol verilir.
11. Şagirdlərin təlimdə fərqləndirilməsi bilik yarışının səmərəli təşkilinə yönəldilir. Mükəmməl bilik və bacarıq başlıca məqsəddir.
biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə