Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə89/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   85   86   87   88   89   90   91   92   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Kommunikativ ünsür. Bu ünsür mədəniyyət dillərinin müxtəlifliyini nəzərdə tutur. Bu dillər müxtəlif işarə vahidlərinin çoxsəviyyəli sistemidir. İnsanlar kommunikativ fəaliyyət prosesində bu dillərdən istifadə edirlər. Buraya verbal (linqvistik) dil, jest, predmet - məkan, qrafık, obrazlı (o cümlədən bədii), formallaşdırılmış dil, emosiyaların dili, peşə fəaliyyətinin dili (lüğət ehtiyatı, əmək texnologiyaları, alətləri və s.) aiddir. Mədəniyyət dillərinin formalaşması [312 - 313] mənbələri həm təbii ilkin şərtlərə, həm də insanların qarşılıqlı fəaliyyətinin müəyyən sosial-kommunikativ, qiymət-məna xüsusiyyətlərinə malikdir. Mədəniyyət dilləri insanların kommunikasiya prosesində, onların birgə fəaliyyətində təşəkkül tapır və inkişaf edir. Mədəni kommunikasiyanın əsas kanalları şifahi kommunikasiya və yazılı nitqdir.

  • Semantik ünsür. Buraya mənəvi dəyərlər, mədəni fəallığın məna, işarə və simvolları daxildir. Mənəvi dəyərlər sosial əlaqələri nizamlamağın çevik sistemidir, şüurun fəal yönümləridir. Məna insan təcrübəsinin sosialmədəni kommunikasiyaya qoşulması üsuludur, insanı əhatə edən obyektlərlə, onun öz vəziyyəti və fəaliyyəti ilə sıx bağlıdır. O, tarixi təcrübə zəminində təşəkkül tapır, məlum birliyin bu və ya digər hadisəyə maraqlı münasibətini ümumiləşdirir. Mənanın mədəniyyətdə formalaşması uzun vaxt tələb edir. Mədəni işarələr və simvollar müəyyən dəyər - məna xüsusiyyətinə malikdir. Onlar gerçəklik haqqında bəzi məlumatları əks etdirir. Əslində sosial mühit işarə sistemləri ilə doludur. Onlar mədəniyyətin spesifık mətnləridir. İnsan həmin işarələrin mənasını nəzərə alır, müvafıq davranış nümayiş etdirir, öz hərəkətlərini başqalarının hərəkətləri ilə uyğunlaşdırır. Mədəni işarə öz məzmunundan «ayrılırsa», yeni məna kəsb edirsə, simvola çevrilir. Bu, tədrici prosesdir, öz informasiya və məna yükü baxımından olduqca səmərəlidir. Məsələn, palma budağı ilə göyərçin təsviri sülhün simvoludur. Gerb, bayraq, himn hər bir dövlətin ümummilli xarakteristikasıdır. Simvollar ritualların, təntənəli aktların mühüm ünsürüdür.


  • Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   85   86   87   88   89   90   91   92   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə