Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri əhatə edir



Yüklə 1,1 Mb.
səhifə86/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   82   83   84   85   86   87   88   89   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar: dini şüur, dini fəaliyyət, dini təşkilatlar.
Dini şüur ictimai şüurun spesifık formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir.
Dini ideologiya ən əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan haqqında dini müddəaların məcmusu kimi çıxış edir. Dini ideologiya din fəlsəfəsi ilə yanaşı teologiyanı və dini istiqamətli müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini nümunələrin, ideyaların, təsəvvürlərin, emosiyaların, əhval-ruhiyyələrin və s. spesifik sintezidir. Dini psixologiyanın varisliyində adət və ənənələrin rolu böyükdür. Yeri gəlmişkən qeyd edək ki, dini şüurun hər iki səviyyəsi (ideologiya və psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində dini psixologiyanın aparıcı, müəyyənedici rolunu qeyd edirlər.
Dini şüur dini fəaliyyətdə təzahür edir. Bu fəaliyyətin isə kult və kultdankənar formaları mövcuddur. Dini kult dini inamların reallaşdırılması səyidir. Kult xüsusi hərəkətlər sistemidir; həmin hərəkətlərin köməyi ilə insanlar fövqəltəbii varlığa, onların inamının predmeti olan münasibətlərə təsir göstərməyə çalışırlar.
Adətən kultun iki növünü ayırd edirlər: magiya və rəhm dilənən kult. Magiya real surətdə mövcud olan, müəyyən xassə və əlaqələrə malik olması güman edilən predmetlərə təsiri nəzərdə tutur. Rəhm dilənən kultda yüksək varlığın, yəni allahın obrazı əsasdır. Bu kultun müxtəlif formaları mövcuddur: dini mərasimlər, qurban kəsmə, dua, dini bayramlar və s. Kultdankənar fəaliyyət mənəvi və praktik sferalarda həyata keçirilir. Dini ideyaların işlənib hazırlanması, teologiya müddəalarının sistemləşdirilməsi və şərhi, ilahiyyat əsərlərinin yaradılması - bütün bunlar, kultdankənar mənəvi dini fəaliyyəti təşkil edir. Praktik dini fəaliyyətə isə missionerlik fəaliyyəti, ilahiyyat fənlərinin tədrisi, dini təşkilatlarda və institutlarda idarəetmə fəaliyyəti, dini təbliğat və s. aiddir.
Dinin spesifikası dini münasibətlərdə də özünü göstərir. Dini münasibətlər sosial münasibətlərin tərkib hissəsi olub, insanların dini fəaliyyəti prosesində onların dini şüuruna uyğun olaraq təşəkkül tapır. Dini fəaliyyətin növündən asılı olaraq, bu münasibətləri kult və kultdankənar münasibətlər kimi nəzərdən keçirmək olar. İctimai münasibətlər sistemində həmin münasibətlərin vəziyyəti və yayılması dinin cəmiyyətdəki digər institutlar içərisində tutduğu yerlə, onun ictimai həyat sferalarına təsiri ilə bilavasitə bağlıdır.
Əhalinin dindarlıq səviyyəsi dini münasibətlərin vəziyyətinin çox mühüm xarakteristikasıdır. Adətən dindarlıq anlayışı insana xas olan və onun fövqəltəbii varlığa inamında, itaətində təzahür edən müəyyən əlamətlərin məcmusunu ifadə edir. Dindarlığın dərəcəsini, səviyyəsini, xarakterini müəyyən etmək üçün dini şüurun, dini davranışın müxtəlif göstəricilərindən istifadə olunur, fərdin və ya qrupun dini əsasda daxil olduğu, qoşulduğu münasibətlər təhlil edilir. Bu halda dindarlığın dərəcəsi onu göstərir ki, dinin ayrıca şəxsə, sosial qrupa təsiri necədir; dindarlığın səviyyəsi onu göstərir ki, məlum regionda, sosial - qrupda dindar və qeyri-dindar əhalinin nisbəti necədir; dindarlığın xarakteri isə bu və ya digər dini konfessiyanın, sosial qrupların dindarlığının spesifikasını, fərqini üzə çıxarır.
Aparılmış sosioloji tədqiqatların nəticələrinə əsasən qeyd etmək olar ki, dinin xalqın mədəniyyətinə, adət və ənənələrinə nüfuzu insanların daha geniş dairəsinin dini fəaliyyətdə iştirakına səbəb olur. Onlar bu fəaliyyəti öz milli mədəniyyətinin, adət və ənənələrinin müəyyən hissəsi kimi qiymətləndirirlər. Dərin tarixi kökləri olan din insanların həyat tərzinə nüfuz edərək, onların milli xüsusiyyətlərinin formalaşmasında böyük rol oynamış, digər sosial institutlara fəal təsir göstərmişdir.
Din müxtəlif funksiyalar yerinə yetirir. Bunlar müxtəlif mənbələrdə bir-birindən fərqli göstərilir. Aşağıdakı funksiyalardan bəhs etmək olar:


  1. Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə