Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə87/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   83   84   85   86   87   88   89   90   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Dünyagörüşü funksiyası. Din gerçəkliyi spesifik şəkildə əks etdirir, fövqəltəbii qüvvələrin və varlıqların

real surətdə mövcudluğunu etiraf edir.

  1. Tənzimedici funksiya. Din müəyyən dəyərlər və normalar sistemi işləyib hazırlamışdır; həmin sistem

insanların davranışını motivləşdirir və tənzimləyir.

  1. Kommunikativ funksiya. Bu funksiya kult və kultdankənar fəaliyyət prosesində ünsiyyətdə təzahür edir.

ç) İnteqrasiyaedici, mühafizəedici funksiya. Din müxtəlif birliklər səviyyəsində inteqrasiyanı təmin edə bilər, bu və ya digər ictimai amilin sabitliyini qoruya bilər.

  1. Kompensasiyaedici funksiya. İnsanın təbii və ictimai qüvvələr qarşısında real acizliyi, imkansızlığı tam

aşkara çıxdıqda din onu xeyli dərəcədə yumşalda bilən, kompensasiya edən vasitə kimi çıxış edir.
Dinin sosiologiyasında sekulyarizasiya fəal müzakirə olunan mühüm problemlərdən biridir. Hazırda bu anlayışı insanın dini təsirdən azad olması kimi başa düşürlər. Bu prosesdə qlobal sosial dəyişikliklər, elmi-texniki və mədəni tərəqqi mühüm rol oynayır. Sekulyarizasiya probleminə eynimənalı münasibət yoxdur. Başlıca səbəb dinin necə başa düşülməsidir. Dinin geniş izahına tərəfdar çıxan sosioloqlar (M. Zinqer, R. Bella, T. Lukman və s.) sekulyarizasiya anlayışını əsassız sayırlar. Dinin mövcudluğunu fövqəltəbii olana inamla əlaqələndirən sosioloqlar isə (B. Uilson, Ç. Qlok və başqaları) sekulyarizasiyanı çox mühüm sosial proses hesab edirlər; elə proses ki, dinin müasir cəmiyyətdə vəziyyətini kökündən dəyişdirir.
Yeri gəlmişkən qeyd edək ki, sekulyarizasiyanın özünün izahı cəhdləri də bir-birindən fərqlidir. Məsələn, B. Uilson onu insanların əvvəlki, kapitalizməqədərki birliklərinin yox olması, şəxsiyyətlərarası münasibətlərin fərdsizləşməsi və formallaşdırılması ilə izah edir. Sekulyarizasiyanın əleyhdarları (R. Bella, E. Qrili və başqaları) isə T. Parsonsun belə bir ideyasından istifadə edirlər ki, cəmiyyətdə sekulyarizasiya yox, yalnız institutların struktur və funksional diferensiasiyası baş verir.
Dinin sosiologiyasında diqqəti cəlb edən mühüm məqamlardan biri Qərb sosioloqları tərəfindən dindarlığın empirik tədqiqatlarının metodologiya və metodikasının işlənib hazırlanmasıdır. Bu problemin həllinə Amerika sosioloqu Ç. Qlok daha çox töhfə vermişdir. O, dindarlığın «çoxölçülü» modelləri adlandırılan modelləri işləyib hazırlamışdır.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə