Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə90/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   86   87   88   89   90   91   92   93   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Normativ - etalon ünsürü. Bu, insan fəaliyyətini onun normalaşdırılması baxımından səciyyələndirir. Mədəni norma davranışın, mənəvi fəallığın müəyyən standartıdır. Konkret mədəniyyəti təmsil edən adamlar öz fəaliyyətində bu normalara istinad edirlər. Normalar fəaliyyətin müəyyən mədəniyyətə xas olan çox mühüm prinsiplərini təsbit edirlər. Cəmiyyətdə mədəni normaların daimi yeniləşməsi prosesi gedir. Lakin ictimai praktikanın müxtəlif sahələrində yeniləşmənin sürəti fərqlidir. Mədəni innovasiyaların bir qismi zaman keçdikcə normaya çevrilə bilər. Bunun üçün həmin innovasiya əhalinin əsas hissəsi tərəfındən bəyənilməli, qəbul edilməli, bir neçə nəslin həyat prosesində təkrar istehsal olunmalıdır.

Mədəni praktikada mədəni nümunələrin özünəməxsus yeri vardır. Onların məzmunu dünya haqqında informasiyanı, onu qiymətləndirmə məqammı, burada insanın fəaliyyət üsulunu və s. əks etdirir. Mədəni nümunələrin təşəkkülü müxtəlif cür baş verir. Bədii yaradıcılıqda, dini praktikada onların çoxluğu daha çox hiss olunur. Geniş diapazona malik müxtəlif mədəni hadisələr (məsələn, maddi predmetlər, insanların davranış maneraları, zahiri xarakteristikaları, incəsənətin janr və üslub xüsusiyyətləri, iqtisadi münasibətlərin formaları, siyasi mədəniyyət təzahürləri və s.) mədəni nümunələr ola bilər. Etnomilli mədəniyyət nümunələri xüsusilə davamlıdır.
Konkret mədəniyyət nümayəndələrinin fəaliyyətindəki mədəni nümunələrin, normaların bütöv komplekslərini mədəni özək adlandırmaq qəbul olunmuşdur. Bu, əsrlər ərzində qorunub saxlanılan fenomendir, xalqın fərdi mahiyyəti ilə sıx bağlıdır. Mədəniyyətin özəyi onun ayrı-ayrı komponentlərinin münasibətlərini nizamlayan özünəməxsus katalizatordur; o, məlum mədəniyyətin digər mədəniyyətlərlə qarşılıqlı təsirində onun identikliyini mühafızə edib saxlamağa imkan verir.
Mədəni normalarla və nümunələrlə müqayisədə adətlər daha bütöv xarakterə malikdir. Mədəni tənzimləmənin bir forması olan adətlər adamların konkret davranışını sosial cəhətdən əhəmiyyətli vəziyyətlərdə ifadə edir. Ənənə anlayışı adətlərlə müqayisədə daha geniş məna kəsb edir. O, təkcə davranış stereotiplərini deyil, həm də nəsildən - nəslə ötürülən sosial-mədəni irsin bütün həcmini əhatə edir. Ənənələr zamanın tələblərinə uyğun olaraq, dəyişikliklərə uyğunlaşa bilər. Onlarda sabitləşdirici və dinamik ünsürlər sıx çulğalaşmışdır. Onlar yeni ünsürləri özündə birləşdirə bilər, formaca və məzmunca dəyişə, yeniləşə bilər. Ənənələrdə xalqın təcrübəsini nəsildən-nəslə ötürmək, başqa xalqların praktikasındakı faydalı ünsürləri seçmə qaydasında əks etmək xüsusiyyəti vardır.
Rituallar, mərasimlər mühüm nizamlayıcı əhəmiyyətə malikdir. Ritual-mərasim davranışı xeyli dərəcədə formallaşmışdır. Böyük simvolik mənası olan belə davranış sosial əlaqələrin möhkəmlənməsində, mədəni varisliyin qorunub saxlanılmasında müəyyən rol oynayır.
Normativ-etalon ünsürün müxtəlif vahidlərini müqayisə etsək, onların müəyyən fərqlərini görmək olar. Belə ki, konkret insanın yerinə yetirdiyi mədəni normalar və nümunələr bir çox cəhətdən avtomatik xarakter alır. Onlar insan fəaliyyətinin bütün tərəflərinə dərindən nüfuz etmişlər. Adətlər, ənənələr, rituallar, mərasimlər isə mədəni norma və nümunələr komplekslərindən ibarət olub, daha çox demonstrativ xarakterə malikdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə