Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Ali təhsil islahatları və Boloniya prosesi



Yüklə 1,1 Mb.
səhifə98/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   94   95   96   97   98   99   100   101   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Ali təhsil islahatları və Boloniya prosesi
Ali təhsil sahəsində islahatlar isə əsasən Avropa strukturları ilə, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ali təhsil sahəsindəki islahatlarda Azərbaycanın Boloniya prosesinə qoşulmasının xüsusi rolu var. Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan və 1999-cu ildə başlamış prosesə Azərbaycan 2005-ci ildə qoşulub. Azərbaycanın Boloniya prosesinə qoşulması ölkədə vahid Avropa standartlarına cavab verən ali təhsilə nail olmaq zərurətini meydana çıxarıb. 2005-ci ildən etibarən Azərbaycanda bu istiqamətdə islahatlar aparılır. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir. Ali təhsil islahatlarında ən mühüm mərhələ isə 2009-cu il mayın 22-də Azərbaycan prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramının qəbul edilməsidir. “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması siyasətini həyata keçirmək üçün yeni qanunvercilik bazasının formalaşdırılması da zəruri olmuşdur. Bu məqsədlə 2009-cu ilin iyun ayında “Təhsil Haqqında” yeni qanun geniş ictimai müzakirələrdən sonra parlamentdə qəbul edildi və onun tətbiqinə başlanıldı. 


Dövlət hesabına xaricdə təhsil

Azərbaycan ölkə daxilində ali təhsil standartlarını təkmilləşdirmək yönündə işlərin görülməsi ilə yanaşı ölkə prezidenti tərəfindən gənclərin xaricdə təhsilinə də ciddi diqqət ayrılmaqdadır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq Azərbaycan dövləti gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsilini maliyyələşdirməyə başlayıb və bu məqsədlə ayrıca dövlət proqramı qəbul edilib. Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə


Dövlət Proqramı”nın əsas hədəfləri aşağıdakılardır: xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidən hazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi. Proqram Dövlət Neft Fondunun ayırdığı vəsaitlər hesabına maliyyələşdirilir. Proqramın təsdiq olunmasından sonra Dövlət Neft Fondu tərəfindən hər il gənclərin xaricdə dövlət hesabına təhsil almasına 10 milyon manat ayrılıb. 2012-ci il üçün isə bu vəsait artırılaraq 15 milyon manata çatdırılıb. Bu proqram çərçivəsində Azərbaycan gəncləri Avstraliya, Cənubi Koreya, Çin, Malaziya, Sinqapur, ABŞ, Almaniya, Fransa, Niderland Norveç, İsveç, Finlandiya, İtaliya, Belçika və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrə təhsil almağa göndərilir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə