Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Dünya Bankı ilə birgə həyata keçirilən təhsil islahatları



Yüklə 1,1 Mb.
səhifə97/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   93   94   95   96   97   98   99   100   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

Dünya Bankı ilə birgə həyata keçirilən təhsil islahatları

Azərbaycan öz təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq üçün beynəlxalq təşkilatlarla da fəal əməkdaşlığa başlayıb. Ötən əsrin 90-cı illərinin sonlarından etibarən Dünya Bankı təhsil islahatlarının həyata keçirilməsində Azərbaycanın tərəfdaşıdır. 1998-ci ildə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında təhsil islahatlarının həyata keçirilməsinə dair kredit razılaşması əldə edilib. Ardınca Azərbaycan prezidentinin sərəncamı ilə ölkənin təhsil sistemində islahatların aparılmasını təşkil etmək üçün xüsusi Dövlət Komissiyası yaradılıb. Komissiyanın vəzifəsi Dünya Bankının ayırdığı kredit hesabına təhsil sistemində islahatlar proqramını hazırlamaq idi. Dünya Bankı ilə təhsil sistemində islahatlara dair əməkdaşlığın birinci mərhələsi 2003-cü ilə qədər davam edib. 2003-cü ildən etibarən isə islahatların ikinci mərhələsi məzmun və mahiyyətcə yeni bir forma alıb. Həmin il Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış kredit razılaşmasına əsasən 2004-2009-cu illər ərzində həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi qəbul olunub. Dünya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi bu layihə təhsildə idarəetmənin təkmilləşdirilməsi və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllim hazırlığı, kurikulumun (tədris proqramlarının) hazırlanması, dərslik strategiyası və digər sahələri əhatə edib. Azərbaycan təhsil islahatlarının həyata keçirilməsində Dünya Bankı ilə əməkdaşlığı davam etdirərək təhsil sektorunun inkişafına dair 2009-2014-cü illəri əhatə edən ikinci layihənin həyata keçirilməsinə başlanılıb. Dünya Bankı ilə əməkdaşlıq şəraitində həyata keçirilən təhsil islahatları nəticəsində bu vaxta qədər əldə edilmiş nəticələr arasında ümumi təhsil sistemində yeni dərslik siyasətinin tətbiqi, bu siyasətin həyata keçirilməsi üçün müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının yaradılması, ümumi təhsilin yeni milli qiymətləndirmə konsepsiyasının qəbul olunması, fasiləsiz müəllim hazırlığı üçün yeni konsepsiyanın qəbul olunması göstərilə bilər. 





Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə