Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə100/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   96   97   98   99   100   101   102   103   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

c) Kommunikativ funksiya. Bu funksiya kult və kultdankənar fəaliyyət prosesində ünsiyyətdə təzahür edir.
ç) İnteqrasiyaedici, mühafizəedici funksiya. Din müxtəlif birliklər səviyyəsində inteqrasiyanı təmin edə bilər, bu və ya digər ictimai amilin sabitliyini qoruya bilər.
d) Kompensasiyaedici funksiya. İnsanın təbii və ictimai qüvvələr qarşısında real acizliyi, imkansızlığı tam aşkara çıxdıqda din onu xeyli dərəcədə yumşalda bilən, kompensasiya edən vasitə kimi çıxış edir.
Dinin cəmiyyətdəki rolu, yerinə yetirdiyi funksiyalar ictimai inkişaf gedişində dəyişir. Bu mənada sakralizasiya və sekulyarizasiya proseslərindən bəhs etmək olar.
Sakralizasiya müxtəlif sosial institutların, münasibətlərin, ictimai və fərdi şüur formalarının dini təsir və sanksiyalaşdırma sferasına geniş surətdə cəlb
olunması deməkdir. SSRİ-nin iflasından sonra bu prosesdə müəyyən canlanma hiss edilir.
Dinin sosiologiyasında sekulyarizasiya fəal müzakirə olunan mühüm problemlərdən biridir. Hazırda bu anlayışı insanın dini təsirdən azad olması kimi başa düşürlər. Bu prosesdə qlobal sosial dəyişikliklər, elmi-texniki
və mədəni tərəqqi mühüm rol oynayır. Sekulyarizasiya probleminə eyni mənalı münasibət yoxdur. Başlıca səbəb dinin necə başa düşülməsidir. Dinin geniş izahına tərəfdar çıxan sosioloqlar (M. Zinqer, R. Bella, T. Lukman vəs.)
sekulyarizasiya anlayışını əsassız sayırlar. Dinin mövcudluğunu fövqəltəbii olana inamla əlaqələndirən sosioloqlar isə(B. Uilson, Ç. Qlok vəbaşqaları) sekulyarizasiyanı çox mühüm sosial proses hesab edirlər; elə proses ki, dinin
müasir cəmiyyətdə vəziyyətini kökündən dəyişdirir.
Siyasət-dövlət,hakimiyyət münasibətləri öz ifadəsini dini şüur və fəaliyyətdə, dini münasibətlərdə tapır.Siyasi münasibətlərin dində ifadəsi ilk öncə,siyasi münasibətlərin hakimiyyət xarakteri ilə,məcburetmə mexanizmi ilə bağlıdır.Siyasət-dövlət fenomeni dini münasibətlərdə təkrar istehsal olunur.Dini münasibətlər hər şeydən əvvəl,ictimai həyatın mənəvi sferasına xas olan münasibətlər növünü səciyyələndirir.
Dini şüur həqiqi münasibətləri onların sürəti və oxşarlığı baxımından əks etdirməklə,dini münasibətlərin sxemini yaradır.Dini münasibətlərin sxemi hökmranlıq – tabeçilik münasibətlərinin,dövlət-hüquqi strukturun,ailə münasibətlərinin modelini işləyib hazırlayır.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə