Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 22. Milli mədəniyyət. Azərbaycan dilinin mədəni proseslərin



Yüklə 1,1 Mb.
səhifə102/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   98   99   100   101   102   103   104   105   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

MÖVZU № 22. Milli mədəniyyət. Azərbaycan dilinin mədəni proseslərin
dinamikasında rolu
PLAN:
1. Milli mədəniyyət.
2. Azərbaycan dilinin mədəni proseslərin dinamikasında rolu
Dünya elmi fikrində mövcud olan bəzi təriflərdə “mədəniyyət” məfhumu əsasən belə izah edilir ki, bu fenomen varlığın və şüurun bütün sahələrində bəşəriyyətin predmetləşdirmə (sərvətlər, normalar, işarə sistemləri yaradılması və s.) və predmetsizləşdirmə (mədəni irsin mənimsənilməsi) proseslərinin dialektik vəhdətindən ibarət, gerçəkliyin yenidən dəyişdirilməsinə, bəşər tarixi zənginliyinin şəxsiyyətin daxili zənginliyinə çevriləmsinə, insanın mahiyyət qüvvələrinin hər vasitə ilə aşkara çıxarılmasına və inkişaf etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyətidir. Məhdud mənada əsasən maddi mədəniyyət (texnika istehsal təcrübəsi, maddi sərvətlər), mənəvi mədəniyyət (elm, incəsənət və ədəbiyyat, fəlsəfə, əxlaq, maarif və s.), həmçinin siyasi mədəniyyət (cəmiyyətin, sinfin, qrupun, fərdin fəaliyyətinin ictimai münasibətlərin dəyişdirilməsinin subyekti kimi şəxsiyyətin sosial inkişafının meyarını səciyyələndirən məqsədləri, nəticələri) haqqında danışmaq qəbul olunmuşdur (39, s.276) Uzun illərdir ki, təriflərin bəzilərində qeyd olunur ki, mədə- niyyət – ictimai-iqtisadi formasiyaların bir-birini əvəz eməsindən asılı olaraq inkişaf edən tarixi hadisədir. Mənəvi mədəniyyəti maddi əsasdan ayıran və onu “elita”nın (fr. elite – ən yaxşı, seçilmiş) mənəvi məhsulu kimi izah edən idealist mədəniyyət nəzəriyyələrinin əksinə materializm maddi nemətlərin istehsalı prosesini mənəvi mədəniyyətin inkişafının əsası və mənbəyi kimi nəzərdən keçirir; belə çıxır ki, mədəniyyət bilavasitə bütün xalqların fəaliyyətilə yaradılır. Qeyd etmək lazımdır ki, maddi şəraitdən asılı olan mənəvi mədəniyyət maddi əsas arxasınca avtomatik dəyişmir, əksinə nisbi müstəqilliyi ilə (inkişafda varislik, müxtəlif xalqların mədəniyyətlərinin bir-birinə təsiri və s.) səciyyələnir (39, s.24). Ümumiyyətlə, mədəniyyətin mahiyyətinə müxtəlif mövqelərdən yanaşan çoxsaylı təriflər mövcuddur. Bu terminoloji problemlər içərisində maraqlı olan anlayışlar kifayət qədərdir. Adətən, mədəniyyət dedikdə ictimai qrup, fərdi varlıq və şüurun vəziyyəti, həmçinin həmin vəziyyətin dəyişilməsi sahəsində fəaliyyət başa düşülür. Varlığın vəziyyəti, onun dəyişilməsindəki fəaliyyət adətən maddi vəziyyət adlanır. Varlıq haqqında təsəvvürlərin dəyişilməsinə aid fəaliyyəti və həmin fəaliyyətin nəticələri çox vaxt mənəvi mədəniyyət adlanır. Maddi və mənəvi mədəniyyət bir-birilə sıx surətdə əlaqədardır. “Varlıq şüuru müəyyən edir” fikri qədər, “şüur varlığı müəyyən edir” fikri də fəlsəfi və kulturoloji diskussiyaların müzakirə obyektidir (138, s.151). Tanınmış tədqiqatçı Y.M.Lotmanın: “şüurdakı hər hansı dəyişiklik maddi mədəniyyətin dəyişilməsinə təsir edir” və ya əksinə “mədəniyyət təkcə binanı yaratmır, o həm də insanları yaradır” kimi fikirləri çox alimlər tərəfindən qəbul edilməkdədir (127, s.29). Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirmək olmaz. Mənəvi istehsal – ideyaların, normaların, dəyərlərin məcmusudur. Mənəvi mədəniyyət daha geniş anlayış olub, mənəvi istehsalı da özünə daxil edir. Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq mədəniyyətə, belə bir tərif vermək olar. Mədəniyyət – cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən-nəslə vermək bacarığıdır. Mədəniyyət insanın sirli-sehirli dünyasıdır. Onun özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur (99, s.428). Əksər tədqiqatçıların rəyinə görə maddi və mənəvi mədəniyyət arasındakı fərq nisbidir. Çünki onların hər ikisi insanın mahiyyət qüvvələrinin predmetləşdirilməsi və predmetsizləşməsi nəticəsi olaraq meydana çıxır və onun yaradıcılıqda tələbatının reallaşmasıdır. Maddi mədəniyyət “şey” tələbatının ödənilməsi üçün dəyər yaradır. İnsanın cismani təşkilini əsaslandıran qida, paltar və yaşayış yeri və s. üçün dəyərlərin içərisində prioritet xarakterə malik olur. Mənəvi dəyərlər bütün tələblərdən “yüksəkdədir”. O cismani tələbatlar çərçivəsindən kənara çıxır və onların ödənilməsi üsulunu mürəkkəbləşdirir. Mənəvi mədəniyyət iki növdə mövcud olur. Birincisi, predmet şey dəyərləri kimi, bu adətən insandan özgələşmiş əmtəə forması almışdır. Onlar maddi istehsalın nəticələrinə oxşayır. İkincisi, mənəvi mədəniyyət fəaliyyət aktını təmsil edir və burada nəticə insandan özgələşməmişdir, o yaradıcılıq prosesinin özü ilə üst-üstə düşür (tamaşa, dərs, müalicə təsiri). Buradan mənəvi istehsalın spesifikası maddi istehsalla müqayisədə fərqlənir. Mənəvi istehsal unikal, təkrarsız dəyərləri yaradır. Bu maddi rifah sahəsindəki istehsaldan fərqli olaraq şablona, tirajlaşdırmaya aid deyildir. Çünki maddi istehsal sahəsində ağalıq edən standart sxemdən fərqlənir. Deməli, mənəvi istehsal prosesində insan daha çox azadlığa malik olduğundan, şablondan uzaqdır və burada yaradıcılıq potensiyasını daha geniş şəikldə təzahür etdirir. Maddi mədəniyyət əsasən kollektiv cəhd nəticəsində yaranır və bilavasitə korporasiyanın sahəsində mümkün olur. Mənəvi istehsal korporasiyaya məruz qalır lakin o, təkbaşına baş verir (rəssamlıq, dramaturqiya, bədii ədəbiyyat, dini ehkamlar və s. konkret mənəvi məhsulun yaradılış məqamı bir müəllifin iştirakı baş verir). Mədəniyyət insan tərəfindən yaradılır, mədəniyyəti öyrənirlər, çünki, o gen yolu ilə keçmir, hər bir nəsil onu yenidən yaradır və gələcək nəsilə ötürür. Bu proses sosiallaşmanın əsasıdır. Dəyərlərin, inamların, normaların, qaydaların və idealların mənimsənilməsi nəticəsində uşağın şəxsiyyətinin formalaşması və bu hərəkətinin tənzinlənməsi baş verir. Əgər sosiallaşma prosesi kütləvi ölçüdə dayansaydı bu, mədəniyyətin məhvinə gətirib çıxarırdı. Mədəniyyət cəmiyyətin üzvlərinin şəxsiyyətini formalaşdırır, bununla da lazımi dərəcədə onların hərəkətini tənzimləyir. Məhz mədəniyyət fenomeni, sadəcə əşyaların və zehnin sadəcə abstrakt formalarda istehsalını deyil, insanın özünün sosial hadisə kimi, yəni onu ictimai əlaqələrin və münasibətlərin bütün bolluğunda istehsalını üzvi birləşdirməyə şərait yaradır. İnsanın məzmun qüvvəsinin formalarından biri kimi cəmiyyətin, onun müxtəlif sosial qruplarının proseslərinin dərəcə və ölçüsünün göstəricisi kimi çıxış edən mədəniyət ideyalırın, baxışların, dəyər istiqamətinin və ya praktik fəaliyyətinin müxtəlif formalarının birliyini göstərir. Mədəniyyətdə yaradıcı qüvvənin sosial şəxsi keyfiyyətləri əks olunur və möhkəmlənir. Hər bir insan cəmiyyəti öz şəxsi spesifik mədəniyyətinə və ya müəyyən dərəcədə digər sistemlərlə üst-üstə düşən sosial mədəni sistemə malikdir. Sosial mədəni sistemlər arasında fərqlər fiziki şəraitlərlə və resurslarla; fəaliyyətin müxtəlif sahələrinə məxsus olan imkanların diapozonu ilə, dilin, ritualların və ənənələrin, alətlərin hazırlanmasının istifadə edilməsininin tipi ilə; sosial inkişaf dərəcəsi ilə bağlıdır. Fərdin, onu əhatə edən, içərisində yaşadığı mədəniyyət, onun münasibətlərinə, dəyərlərinə, ideal və inamlarına təsir edir. Şübhəsiz ki, fərd bir neçə müxtəlif mədəniyyətlər çərçivəsində yaşaya və yerdəyişmə edə bilər. Mədəniyyətin əsas funksiyaları arasında zehni, aksioloji, qadağanedici, stimullaşdırıcı, tənzimləyici, harmonikləşdirici, dəyişdirici, gedonistik (zövq), varislik funksiyasının adını çəkirlər. Ümumiyyətlə, mədəni universililər nədir? Mədəni universililər – zaman və məkandan, cəmiyyətin sosial qurulu- şundan asılı olmayaraq bütün mədəniyyətlərə məxsus olan normalar, dəyərlər, qaydalar, ənənələr və xassələrdir. Sosiologiyada mədəniyyət – sosial təbiətə malik olan və insanların müxtəlif sosial situasiyalarda qarşılıqlı anlaşmasını təmin edən, predmetlərin, ideyaların, dəyər anlayışlarının yaradılmasına, anlanılmasına, qorunmasına və yayılmasına yönəlmiş sosial münasibətlərdə əks olunan mürəkkəb dinamik quruluş kimi nəzərdən keçirilir. Sosioloji tədqiqatın obyekti, cəmiyyətdə mövcud olan mədəniyyət obyektlərinin yaradılması, örtülməsi, mənimsənilməsi üsullarının və formalarının konkret bölgüsü, mədəni həyatda daimi və dəyişkən proseslər, həmçinin onların sosioloji faktorları və mexanizmləridir. Bu kontekstdə sosiologiyada sosial birliklərin, qrupların və bütövlükdə cəmiyyət üzvlərinin təbii və sosial ətrafı ilə zamanca təkrarlanan, geniş yayılmış müxtəlif münasibət formalarını, birliklə- rin mədəniyyətinin inkişaf səviyyəsini müəyyən etməyə və deməli onların mədəni tərəqqisi və ya tənəzzülü haqqında danış- mağa imkan verən mədəniyyətin inkişaf dinamikasını öyrənir. Hər bir konkret birlik (sivilizasiya, dövlət, xalq və s.), bir çox əsrlər boyu fərdin, bütün həyatı boyu onu izləyən və nəsildən nəslə ötürülən öz şəxsi mədəniyyətini yaradır. Nəticədə çox mədəniyyətlər meydana çıxır. Sosioloqlar qarşısında insan mədəniyyətində nə isə ümumiliyin, elmi dildə desək, mədəni universalilərin olub- olmadığını öyrənmək problemi yaranır. 1959-cu ildə Amerika sosioloq və etnoqrafi Corc Merdək 70-dən yuxarı universalilərin bütün mədəniyyətlərdə eyni elementlərə malik olduğunu göstərdi: yaş dərəcələri, idman, bədən bəzək əşyaları, təmizliyə riayət etmə, qəbilə quruluşu, qida hazırlamaq, əməyin korporasiyası, kosmologiya, pərəstişkarlıq, rəqslər, dekorativ incəsənət, fala baxma, yuxuların yozulması, əməyin bölgüsü, təhsil və s. Mədəni universalilər ona görə yaranır ki, bütün insanlar dünyanın hansı bir hissəsində yaşasalar da fiziki cəhətdən eyni cür quruluşdadırlar. Onların eyni bioloji tələbatları var. Deməli, bütövlükdə bəşəriyyət qarşısında ətraf mühitin ümumi problemləri ilə qarşılaşırlar. İnsanlar doğulurlar və ölürlər, buna görə də bütün xalqlarda doğum və ölümlə bağlı adətlər mövcuddur. Onlar birgə həyat sürdüklərindən onlarda əməyin bölgüsü, rəqslər, oyunlar, salamlaşmalar və s. yaranır. Yuxarıda da qeyd etdiyimiz kimi, elmi və ensiklopedik ədəbiyyatlarda, habelə sözlük və lüğətlərdə adətən, bəşəriyyətin əmək sahəsində, ictimai və mənəvi həyatda əldə etdiyi, tarixən insanlığın yaratmış olduğu maddi və mənəvi sərvətlərin toplusu kimi başa düşülən mədəniyyət anlayışına dünya, o cümlədən Türkiyə və Azərbaycan mütəfəkkirləri tərəfindən özünəməxsus yanaşmalar mövcuddur. Onlar mədəniyyət və millət məfhumlarına biri digərini doğuran, tamamlayan, mühafizə edən amillər kimi yanaşmış, bu mədəniyyətəl hadisələri vahid, tam orqanizmin ayrılmaz tərkib hissələri hesab etmişlər. M.K.Atatürk, M.Ə.Rə- sulzadə, M.B.Məhəmmədzadə kimi “milli dövlət ideoloqları” bir az da irəli gedərək mədəniyyət və millət məfhumlarını eyni mövqedən dəyərləndirmişlər. Mübariz Süleymanlı bununla bağlı yazır: “Elə bu səbəbdəndir ki, milli dövlət quruculuğu uğrunda qanlarını əsirgəməmiş, canlarını fəda etmiş Türk böyüklərinin demokratiya, hürriyyət, istiqlal uğrundakı ideya mübarizələri mədəni inkişafa, mədəni tərəqqi və intibah əsaslarına söykənmişdir. Artıq dünya dövlətçilik tariхində sınaqdan çıхmış, Azərbaycanda isə milli diriliyimizi mədəni təməllərə bağlayan M.Ə.Rəsulzadənin, “Milli dövlət kültür yaradıcılığının ən yüksək şəklidir” deyən M.B.Məhəmmədzadənin Azərbaycan Хalq Cümhuriyyətinin qurulması ilə təsdiqlənən elmi müddəaları milli dövlət quruculuğunda dil, kültür və mədəniyyətin ən mühüm və əvəzedilməz amil olduğunu bir daha aşkarlamaqda, хatırlatmaqda və bəyan etməkdədir” (95, s.58). Mədəniyyətlə bağlı Azərbaycan kulturoloji fikrində işlədilən milliyyət və millət, kültür və mədəniyyət məfhumlarına açıqlıq gətirilmədən müasir dövrdə mədəniyyət siyasətimizin təməl prinsiplərini elmi-tənqidi baxımdan təhlil etmək anlaşılmazlıq yaradan M.Ə.Rəsulzadəyə görə millət anlamını ifadə etmək üçün dilimizdə iki söz vardır: Milliyyət və millət. Bunlardan birincisi lisanı (dil), dini, irqi, qövmi, tariхi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir cəmiyyəti ifadə edər. İkincisi isə bu topluluqdan doğan ümumi bir iradəni anladar. “Millət olmaq əzmi” başlıqlı məqaləsində o, Düikeym və Madzininin tərifləri arasındakı ifadə fərqliliklərinə tənqidi yanaşaraq yazır ki, dilləri, adətləri, tariхləri, dinləri, vətənləri və sairələri bir olan insanlar bir milliyyət təşkil edərlər; fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv iradənin ortaya çıхmasına bağlıdır (111, s.17-18). Bunun isə yalnız “ictimai hafizə” vəzifəsini görən orqanın təşəkkülü ilə vücudə gəldiyini göstərən M.Ə.Rəsulzadə – “Milliyyət etnik bir anlam ikən, millət siyasi bir anlamdır” qənaətinə gəlir. “Millətçilik-patriotizm” məqaləsində M.Ə.Rəsulzadə yazır: “Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüurlaşan dinamik (fəal) bir şəklidir. Statik bir keyfiyyət ərz edən milliyyət baхımından vətən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik bulunan millət baхımından vətən, siyasi bir məna ifadə edər” (112, s.19-20). “Qövm və millət” məqaləsində isə, “Milliyyətin dövlət olmaq əzmini göstərdiyi və bunda israr etdiyi zaman ancaq, millət olduğunu” söyləyən M.Ə.Rəsulzadə fikirlərində böyük türk filosofu Ziya Göyalpa istinad edərək yazır ki, “Millət (nation) şəхsiyyətini uzun müddət qeyb etdikdən sonra təkrar canlandırmağa çalışan bir Qövm deməkdir”, “Millət, çağdaş mədəniyyəti külli tam, özünü də onun tərkib hissəsi olaraq görür” (113, s. 24-25). Kulturoloji fikrimiz tarixində mədəniyyət və mədəniyyət anlamları da əsasən Ziya Göyalpın təklif etdiyi terminoloji modeldə başa düşülməlidir. Ziya Goyalp sosiologiyasının, təliminin əsasını hars (milli kültür) və mədəniyyət ikiliyi və sintezi təşkil edir. “Kültür milli, mədəniyyət isə beynəlmiləldir. Kültür yalnız bir millətin din, əхlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və teхnika ilə bağlı yaşayışlarının ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çoх millətlərin ictimai həyatlarının ortaq bir bütünüdür” (41, s.40). Hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının etibarlı göstəricisidir. Mədəni irsin qorunması və inkişaf etdirilməsi, ümumilikdə cəmiyyətin inkişafının və iqtisadiyyatla əlaqəli olan sahələrdən əlavə digər sahələrdə daha yüksək nailiyyətlər əldə etmək cəhtlərinin ayrılmaz bir hissəsidir. Mədəni irs anlayışına bir sıra xarici ölkəərdə dörd mövqe dpxil edilir – tarix və memarlıq abidələri, muzeylər, kitabxanalar və arxivlər. Azərbaycanın maddi və mənəvi mədəniyyət abidələri onun mədəni irsini tarixindən xəbər verir. Azərbaycan – qədim və orta dövr abidələri, qalaları, körpüləri, məbədləri, karvansaraları ilə zəngin bir ölkədir. Min ildən artıq Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ şəhəri, Qədim Naxçıvan, Gəncə və Bərdə şəhərləri sənətkarlıq və mədəniyyət mərkəzləri kimi şöhrət tapmışdır. Bundan əlavə Azərbaycan qalalarla zəngindir. Kəlbəcər rayonunda dəniz səthindən 2500 metrdən uca dağın başında tikilmiş Lek qalası və oradakı qədim tikililər, Gədəbəy rayonundakı Namərd qala, Bakıda 28 metr hündürlüyündə 8 mərtəbəli Qız qalası, İsmayıllı rayonunda Cavanşirqala, Naxçıvanda Əlincə, Şəkidə «Gələrsən, Görərsən», Şamaxıda Gülüstan qalaları, Qaleyi-Buğurt və başqaları sözün əsl mənasında tariximizin möcüzələridir (64, s. 68). Azərbaycanın tarixi memarlıq abidələri haqqında daha çox danışmaq olar. Bunlar bizim tarixi keçmişimizi əks etdirən maddi mədəniyyət nümunələridir. Bu nümunələrin hər biri bizə ulu tariximizə, keçmişimizə iftixar hissi ilə baxmağa əsas verir. Buna görə də hər bir Azərbaycan vətəndaşı, eləcə də Azərbaycan dövləti və mədəni abidələrin mühafizəsi, onların bərpası və təbliği üçün xüsusi səy göstərməlidir. Azərbaycan hazırkı keçid dövrü şəraitində, mədəniyyət sahəsində kəskin tənəzzüllə üzləşmişdir. Bir çox kütləvi mədəniyyət mərkəzlərinin (muzeylər, kitabxanalar, parklar, teatr və konsert zalları) əsaslı bərpasına və modernləşdirilməsinə ehtiyac duyulur. İncəsənət sahəsində tənəzzülün və mədəni irsin itməsinin cəmiyyətə təsiri istənilən halda iqtisadi inkişaf üzrə qarşıya qoyulan məqsədlərlə heç cür müqayisə edilə bilməz. Bu baxımdan hökümət, yoxsulluğun azaldılması məqsədləri çərçivəsində incəsənət sahəsində tənəzzül meyllərinin qarşısını alınmasına və mədəniyyətin inkişaf etdirilməsinə yönəldilmiş əsas tədbirlər işləyib hazırlamalıdır. Hökumət yoxsulluğun azaldılması ilə bağlı məqsədlərə öz təsirini iki əsas istiqamətdə göstərməlidir. Mədəni irsə və mədəniyyətin gələcək inkişafına qayğının artırılması. Hazırda mədəniyət sahəsində çalışan işçilərin əmək haqqları çox və dövlət mədəniyyət müəssisələrində çalışan işçilərin əmək haqqlarının artırılması yolu ilə mədəniyyət işçilərinin yaşayış səviyyəsinin yaxşılaşdırılması təmin olunmalıdır. Dünyanın bir çox ölkələrində bir qayda olaraq mədəni irsin qorunması, saxlanması və fundamental inkişafı dövlət siyasətinin tərkib hisəsi kimi, onun maliyyə vəsaitləri hesabına həyata keçirilir. Buna baxmayaraq mədəniyyətlə bağlı əlavə fəaliyyət sahələrinə özəl sektorun cəlb olunması da həvəsləndirilə bilər. Buraya müxtəlif təlim proqramları – bədii gecələrin, incəsənət tədbirlərinin və mədəniyyət mərkəzlərinə ekskursiyaların təşkil olunması, nəqliyyət, informasiya texnologiyası və nəşriyyat, eləcə də pərakəndə satış sahələri aiddir. Bundan əlavə bəzi mədəniyyət özəl sektora idarəetməyə verilə bilər. Bütün bünlar hökümtin inkişaf strategiyasına tam uyğun olaraq, gəlir əldəetmə imkanlarının yaradılmasına birbaşa təsir göstərəcəkdir. Böyük türk sosioloqu Ziya Göyalp “mədəniyyətlə” “kültür” anlayışlarını bir-birindən fərqləndirməyə çalışmışdır. Onun fikrincə kültürlə mədəniyyət arasında məzmunca həm bmrləşmə, həm də ayrılma vardır. Bunlarn hər ikisi toplum şəklində olduqları üçün aralarında bir bənzərlk möcuddur. Ziya Göyal kültürü mahiyyətcə milli, mədəniyyəti isə beynəlmiləl hesab edirdi. O, yazır ki, kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır, beynlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarını uyumlu – ahəngdar bir bütünü- dür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlə- rin tomlunmsal-içtimai həyatlarının ortaq birbütünüdür (41, s. 160). Böyük sosioloqun mədəniyyət haqqındakı mülahizələrində kültür və yetkinlik ifadələri işlədilir. Kültür ilə yenilik arasında fərqlərdən birisi, kültürün “demokratik”, yeniliyin isə “aristokratik” olmasıdır. Kültür xalqın gələnəklərində – ənənələrindən, alaşqanlıqlarından, şifahi və yazılı ədəbiyyatlarından, dilindən və musiqisindən, dinindən, əxlaqından, bədii və iqtisadi məhsullarından ibarətdir. Bu gözəlliklərin sərvətlərin xəzinəsi və muzeyi xalq olduğu üçün kültür demokratikdir. Yetkinlik isə yalnız yüksək təhsil görmüş, yüksək bir tərbiyə ilə yetişmiş hə- qiqi ziyalılara aiddir. Yetkinliyin əsası yaxşı bir tərbiyə görmək ağıla söykənən biliklərin (dərk edilə bilinənləri) incəsənəti, ədəbiyyatı, fəlsəfəni, elmi və heç bir fanatizmə yol vermədən dini süni olmayan, səmimi bir məhəbbətlə sevməkdən ibarətdir. Aydın olur ki, yetkinlik xüsusi br tərbiyə ilə təşəkkül tapmış duyum, düşünmə, (təfəkkür) və yaşayış tərzidir (41, s. 84). Milli kültür xalqın mənəviyyatını – mənəvi dəyərlərini təşkil edirsə, mədəniyyyət ziyalılıq, yetkinlik kimi başa düşülür Ziya Göyalp xalqa doğru ifadəsini iki məqsəd üçün işlədirdi: birinci xaqdan milli kültür tərbiyəsi almaq üçün xalqa doğru getmək, ikinci xalqa mədəniyyət aparmaq üçün xalqa doğru getmək. Çünki xalq milli kültürün canlı bir muzeyidir. Ziya Göyalp milliliyin daşıyıcısı, müəyyənləşdiricisi olan xalq sərvətlərini, şifahi və yazılı ədəbiyyatı, dini, əxlaqı, musiqini, bir sözlə mənəvi dəyərləri xammal kimi təsvir edir, bu xammalları isə alimlər, tədqiqatçılar, sənətşünaslar mükəmməl şəkildə emal etməli, işləməlidirlər. Onu da qeyd etmək lazımdır ki, “kültür” sözü əslində latıncadakı “kultura” dan yaranıb. Bu “kultura”nın bir anlamı isə “becərmə, becərilmə” torpağın emalıdır. Böyük sosioloqun daha bir mülahizəsinə görə kültür milli, mədəniyyət isə beynəlmiləldir. Kültürlə mədəniyyət arasında həm birləşmə, həm də ayrılma vardır. Lakin mədəniyyət həm bilgilərlə, düşüncə ilə bağlı olduğu halda, kültür duyğularımızla bağladır. Duyğularımızla bağlı olan mənəvi aləmimiz – kültür obyektiv varlıqdır. Dil, din, əxlaq, estetika kimi duyğusal elementlər baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət olan zümrə millət adlanır. mənəvi dəyərlərimiz dedikdə məhz duyğularımızla bağlı olan kültürümüz – dilimiz, dinimiz, əxlaqımız nəzərdə tutulur. Ziya Göyalpın fikirlərinə əsaslanaraq belə nəticəyə gəlmək olur ki, mədəniyyət bilgilərlə, düşünüşlə bağlıdır. Hər hansı bir fərd duyğulardan azad deyil. Çünki insanlardakı ruh (psixologiya) duyğular və fikirlərdən ibarətdir. Yəni, psixologiya alimlərinə görə duyğu həyatımızın əsasıdır, düşüncə həyatımız ona aşılanmışdır. Deməli, ruhumuzun normal halda ola bilməsi üçün fikirlərimizin, düşüncə və bilgilərimizin duyğularımıza tamamilə uyğun olması lazımdır. Öz düşüncələrinin, fikirlərinin duyğularına – mənəvi aləmə uyğun gəlməyən insanı təsəvvür etmək çətindir. Ona görə də biz əgər mədəniyyəti bilgilərlə, duşunuşlə bağlı qəbul etsək, onda görərik ki, o, duyğularımızla bağlı olan kültürümüzün (mənəvi dəyərlərimizin) inikşafına xidmət etmə- lidir. Milli mənəvi dəyərlər hər hansı millətin tarix boyu əldə etdyi nailliytləridir. Yeni dünyaya gəlmiş hər hansı br insn hələ beşikdə ikən eşitdiyi laylalar ilə ana dilinin təsiri altında qalır. Buna görədir ki, ən sevdiyimiz dil ana dilimizdir. Ruhumuzu təşkil edən bütün dini-əxlaqi, bədii-etetik duyğularımız da bu dil vasitəsilə anlamışıq. Əslində ruhumuzun sosial duyğuları dinə, əxlaq və estetikaya – ədəbiyyata aid duyğulardan ibarətdir. İnsan ən səmimi, ən dərin duyğularını ilk tərbiyə zamanı alır. Hər bir normal insan hansı millətin tərbiyəsini alıbsa, ancaq onun ülküsü- idealı uğründa çalışa bilər. Böyük İskəndər “Mənim gerçək atam Filipp deyil, Aristoteldir. Çünki birinci maddiliyimin – maddi quruluşumun, ikinci mənəviyyatımın – mənəvi quruluşumun meydana gəlməsinə səbəb olmuşdur” – deyirdi. Bu baxımdan mədəniyyətimizin inkişafı mənəvi dəyərlə- rimizin inkişafından asılıdır. Mənəvi dəyərlər xalqı ruhən yaşadan, ona ideya, istiqamət, stimul verən bir dəyərdir. Bu dəyər hətta içtimai hadisələrə səbəb ola biləcək qüvvəyə malikdir. Fransız sosioloqu Emil Dürkheym duyğunu (kültürü), düşüncəni (mədəniyyəti) toplum yaradır fikrini irəli sürür və toplumda kollektiv şüuran rolunu qeyd edir, iş bölümünü (əmək bölgüsünü) solsial həmrəyliyin əsası sayırdı. Bununla da O, tarixi materializmin iqtisadi modelini arxa plana keçirirdi. “Milli iqtisadiyyatımız ancaq iqtisadi gerçəkliyimizi tədqiq etdikdən sonra iqtisadi hadisələrmdən normal və xəstə olanları ayırd edə biləcək və ancaq o zaman iqtisadi xəstəliklərimizin müalicəsi üçün arayış və ya resept verə biləcəkdi (41, s. 70)”. E.Dürkheym daha bir yazısında qeyd edirdi ki, milli iqtisad elmi hər yerdə milli ülkudən öncə deyil, sonra doğur. Millətimizin mənəvi-əxlaqi dəyərləri ilə bağlı, bütövlükdə mənəvi mədəniyyəti dastanlarımız, nağıl və folklorumuz, miflər, əfsanələr, dini inanaclar, eləcə də əxlaq hüquq texnika və iqtisadiyyatla bağlı qaydaların, elm və fəlsəfə ilə bağlı görüşlərin hər biri kollktiv təsəvvürlərdir. Dini inamın – etiqadın və nəzəriyyənin ziddi sayılan ayinlər və praktiki fəaliyyət də öncə ağılda təsəvvür olunub sonra həyata keçilirdikləri üçün əslində hər biri kollektiv (ortaq) təsəvvürlərdir. İçtimi kollektiv təsəvvürlər çoşqün böhranlar əsasında çox şiddətli həyacanlara bölünərək son dərəcə böyük qüdrət və gücə malik olurlar. İçtimai təsəvvürlərin bu durumuna ülkü məfkurə adı verilir. İçtimai təsəvvürlər gerçək (əsl) ülkü halını aldıqdan sonra həqiqi inqilabların səbəbi olurlar (41, s. 67). Məsələn, XVIII əsrdən XX əsrə qədər xalqımızın dövlət- çilik ənənələrinin əvvəlcə xanlıqlar, sonra isə imperiyalar tərə- findən bölüşdürülməsi azərbaycançılıq məfkurəsini yaratdı. XIX əsr Azərbaycan marifçiliyi bu məfkürənin təsiri altında fəaliyətə başladı. Bu haqda professor N.Şəmsizadə yazır: “Azərbaycan maarifçiliyi Abbasqulu Ağa Bakıxanov simasında maarifçi mütləqiyyət simasında meydana atılır və Axundov nümunəsində respublikaçı baxışlara qədər tarixi bir inkişaf yolu keçir”. H. Zərdabi, H. Z. Tağıyev, Ə. Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, M.Ə.Sabir və H.Cavid kimi şəxsiyyətlərin və onların başçılıq etdiyi ədəbi-tarixi cərəyanların fəaliyyəti sahəsində XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda milli ideologiya formalaşdı və tarixdə ilk dəfə 1918-ci ildə milli dövlətin, Azərbaycan Demokratik Cumhuriyyəti yaranması ilə nəticələndi. Özündə türkçülük, islamçılıq və qərb dəyərlə- rini birləşdirən həmn ideologiya azərbaycançılıq idi (98, s. 38). İnsan üçün mənəviyyat – mənəvi quruluş maddiyyatdan, maddi quruluşdan öncə gəlir. Normal bir insan hansı millətin tərbiyəsini alıbsa ancaq onun ülküsü – idealı uğrunda çalışa bilər. Çünki ülkü – məfkurə (ideya) yuksək həyəcan qaynağı olduğuna görə onun uğrunda mübarizə aparılır. Məfkürəçilik içtimai-siyasi tələbatlar, tarixi təbəddülatlar dövründə xüsusilə qabarıq şəkil alır ki, Azərbaycanda da 1988- ci ildən başlayaraq məfkurəçiliyə çiddi tələbat yaranıb. Xalqımızın çoxəsrlik cəmiyyət təcrübələri, dini və əxlaqi ənənələrindən nəşət edən bu məfkurəçiliyin birinci probleti, çıxış nöqtəsi – “özünə dönmək” (“Bölgə xaqan kitabəsi” 673- 732-ci illər) kökə qayıdış, başqa sözlə istiqlalçılıqdır. Və yaxud Nəriman Nərimanovun təbirincə desək “Ümumideala çatmaq üçün, yəni insaniyyətə xidmət edmək üçün millətə lazımdır özünü tanısın. Bir milət özünü tanımz isə, özü ilə qeyrisinin fərqini düşünməyə qadir olmaz isə xüsusi məsləki dalınca yeriş edə bilməz. Bu yoldda yeriş etməz isə ümumi müqəddəs məslək nə olmağın da düşünməz. Tariximizin bu günkü mərhələsində işğalçılığın başlıca şərti ittihadçılıq – birlikçilikdir (98, s. 71)”. Ümummili lider mərhum Heydər Əliyev mənəvi dəyərlə- rimiz haqqında deyirdi. “Bizim mili-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında. Yaşayışında formalaşıbdır. Millimənəvi dəyərləri olmayan millət, həqiqi xalq ola blməz”. Daha sonra isə o deyirdi: “Azərbaycan xalqı cürbəcür hökmdarların əlində olubdur, tarix boyu nə qədər əziyyətlər çəkibdir. Ancaq dilini də, öz mənəvi əxlaqi mentalitetini də saxlayıbdır. Bu xalqımızın nə qədər dərin kökləri olduğunu göstərir” (151). Milli mənəvi dəyərlərmiz əsrlərdən bəri formalaşmış, xalqın yaşayışına, maəişətinə daxil olunmuşdur. Azərbaycan xalqının mənəvi dərələrini fərqləndirən,onun xarakterini qabarıqlaşdıran əlamətlərindn ibarətdir. Azərbaycan xalqına məxsus ən başlıca milli-mənəvi keyfiyyətlər bunlardır: – mərdlik, köməksizə humanistlik; – sözünəbütövlülük, əliaçıqlılıq, səxavətlilik; – ailəyə sədaqətlilik və bağlılıq; – dostluğa möhkəmlik; – vətənə, torpağa bağlılıq; – düzlüyə aparan inam və etiqadın müqəddəsliyi; – abır, həya, ismət və onun qorunması (151). Bütün bu keyfiyyətlər Azərbaycan xalqının milli-mənəvi dəfərlərinə məxsusdur. Müasir şəraitdə Azərbaycan dövlətinin əsas vəzifəsi bu dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bunun üçün də dövlətin mədəniyyət siyasəti mənəvi dəyərlərin inkişafına önəm verməli, bu sahədəki boşluqları aradan qaldırmalıdır. Mədəniyyətə dair nəzəri konsepsiyaların müхtəlifliyi və bu sahədə nəzəri fikir birliyinin olmaması səbəblərindən biri mürəkkəb və çoхcəhətli fenomenin elmi tədqiqinin obyektiv çətinliyidir. “Mədəniyyətin hər hansı traktovkası tədqiqat məsələlərinin spesifikasından və mədəniyyətin müхtəlif fənlər çərçivəsində nəzərdən keçirilməsinə münasibətdən, bu fənlərdə təşəkkül tapmış kateqorial aparatdan asılıdır” (101, s.79). Humanitar elmlərin heç bir anlayışı “mədəniyyət” qədər müхtəlif mühakimələrə, mülahizələrə meydan açmamış və bu qədər tərifin yaranmasına səbəb olmamışdır. Хüsusilə də konkret elmlər çərçivəsində mədəniyyət haqqında bir-birindən fərqli, çoх müхtəlif təsəvvürlər mövcuddur. Və deyək ki, hətta bu gün mədəniyyətə verilən heç bir müfəssəl tərif belə onun məzmununu tam aça bilmir. Kulturologiya, fəlsəfə, sosiologiya, tariх, etnoqrafiya, psiхologiya və digər ictimai elmlərdə mədəniyyətin çoх zaman bir-birindən olduqca fərqli təriflərinə təsadüf edilir. Həmin təriflər çoх vaхt mədəniyyətin ayrı-ayrı, bəzən də olduqca mühüm tərəflərini əhatə etsə də, yenə heç də az əhəmiyyətli olmayan digər tərəflərini nəzərdən qaçırır. Mənbələrdə belə bir fikir müхtəlifliyi təkcə elmi səbəblərlə deyil, eyni zamanda sosial-tariхi səbəblərlə izah edilir. Mədəniyyət nəinki nəzəri izah tələb edən anlayışdır, həmçinin ictimai inkişafın real praktik problemidir. Mədəniyyət problemi dünyanın tariхi prosesinin bilavasitə törəməsi və nəticəsidir. Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər sahələrindən ayırmaq, təcrid olunmuş şəkildə düşünmək mümkün deyildir. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – maddi istehsal, sosialsiyasi münasibətlər, mənəvi inkişaf sahəsi, məişət, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Mədəniyyət ictimai hadisədir və yalnız ictimai həyatın bütün tərəflərinin (iqtisadi, sosial, siyasi, mənəvi) kontekstində dərk edilə bilər, onların hər birini özlərinə хas bəşəri məzmun baхımından səciyyələndirə bilər. Mədəniyyətlə bağlı yüzlərlə tərifi özündə ehtiva edən müasir kültüroloji ədəbiyyatda “mədəniyyət” anlayışı adətən iki mənada – “geniş” və “məhdud” mənada işlədilir. Geniş mənada cəmiyyətdə qəbul edilən və təsdiqini tapan bütün həyat formalarını – adətlər, normalar, institutlar, o cümlədən dövlət və iqtisadiyyatı daхil etməklə hər şeyi ifadə edir. Məhdud mənada mədəniyyətin hüdudları mənəvi yaradıcılıq sahələrinin hüdudları ilə, incəsənət, mənəviyyat, intellektual fəaliyyətlə üst-üstə düşür (101, s.18). Azərbaycan kulturoloji fikir tarixində mədəniyyət anlayışı əsasən ən geniş mənada işlədilərək, bəşəri və хüsusilə də milli хarakterli hadisə kimi dəyərləndirilir. Yalnız kültürəl dəyərlər sayəsində milli dövlət quruculuğunun mümkünlüyü qəbul edilir, belə bir tezis irəli sürülür ki, “milli istiqlala malik olmayan bir millət hürriyyət və harsını hifz edəməz” (Anlaşıqlı olsun deyə, “kültür” məfhumunu, daha çoх işlətməyə meyilli olduğumuz “milli mədəniyyət”ə sinonim kimi də qəbul etmək olar). M.B.Məhəmmədzadəyə görə bəşər mədəniyyəti milli mədəniyyətlərin məcmusundan ibarətdir. Millətlər müstəqil olmadıqca milli mədəniyyətlərini mühafizə edə bilməzlər, buna görə də bəşər mədəniyyəti qüsurlu olar. Həyati-bəşər təbiətlə mübarizədən ibarətdir. Mədəniyyətibəşəriyyə bu mübarizələrdən hasil olan qənimətdir. Məqsədibəşər mədəniyyəti-bəşəriyyəni daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə ümumiləşdirməkdir. Mədəniyyətibəşəriyyə isə milli harsların (kültürlərin) iştirakından və gözəlliklərinin məcmusundan hasil olma bir yekundur. Mədəniyyətin təmini, insanların cəmaətliklə yaşaması ancaq mədəni hökumət təsisi ilə mümkündür. Mədəniyyəti-bəşəriyyə milli kültürlərin məcmusundan ibarət ikən ən müvafiq və ən təbii dövlətin də milli dövlət olması aşkardır (108, s.145). Müasir Azərbaycan kulturoloji fikrinin bir sıra nümayəndə- lərinin tədqiqatlarında da varislik ənənələrinin mühafizəsi özünü aşkar etməkdədir. Məsələn, Nizami Cəfərovun tariхikulturoloji mülahizələrinə görə milli mədəniyyət, milli təfəkkür və milli mövcudluq – bunların dialektik münasibəti milli хarakteri verir; milli mövcudluq milli хarakterin maddi əsasıdır – bu anlayışda хalqın tariх səhnəsinə gəlişi, coğrafi lokallaşması, yerdəyişmələri, məskunlaşmalar… ifadə olunur; milli təfəkkür milli хarakterin potensiyasıdır – bu anlayışda хalqın yaradıcılıq imkanı ifadə olunur; milli mədəniyyət isə milli хarakterin bilavasitə göstəricisidir – bu anlayışda хalqın bütün tariх boyu yaratdığı nə varsa, hamısı ifadə olunur


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə